Akademik Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir

 

ARDNŞ-in I vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Xoşbəxt Yusifzadə qlobal layihələrin Gürcüstan ərazisindən keçməklə reallaşmasındakı xidmətlərinə görə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir. X.Yusifzadə orta məktəbi bitirdikdən sonra 1947-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş 1952-ci ildəNeft qaz yataqlarının geologiyası kəşfiyyatıixtisasını bitirərək dağ mühəndisi-geoloq peşəsinə yiyələnmişdir.

10 il müddətində açıq dənizdə - məşhurNeft Daşlarıyatağında çalışmış, burada böyük geoloq vəzifəsindənNeft Daşlarıneft qazçıxarma trestinin baş geoloqu - rəis müavini kimi əmək yolu keçmişdir. 1963-cü ildəDənizneftİstehsalat Birliyinə işə keçmiş, burada 1963-cü ildən 1970-ci ilə qədər Birliyin baş geoloqunun müavini vəzifəsində çalışmışdır. 1970-ci ildən başlayaraq 22 il ərzində mütəmadi olaraq, fəaliyyəti bütün Xəzər dənizini əhatə edənXəzərdənizneftqazsənayeÜmumittifaq Sənaye Birliyinin, sonradanXəzərdənizneftqazİstehsalat Birliyinin baş direktor müavini - baş geoloqu vəzifəsində çalışmışdır. 1992-ci ildə yaradılmışAzərineftDövlət Konserninin birinci vitse-prezidenti, 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrində çalışmış hal-hazırda isə həmin şirkətin birinci vitse-prezidentidir.

Onun bilavasitə iştirakı rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan Rusiya sektorlarında 20-dən artıq neft qaz yataqları, o cümlədən dünyada məşhur olan Azəri, Çıraq Günəşli kimi yataqlar kəşf edilmiş istismara daxil edilərək mənimsənilmişdir. X.Yusifzadə istehsalat fəaliyyəti ilə yanaşı daim elmi tədqiqatlarla məşğul olmuşdur. 1960-cı ildə Bakıda namizədlik və 1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Professordur və 164-dən artıq elmi işlərin, o cümlədən 12-dən çox monoqrafiya və 5 ixtiranın müəllifidir.

X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki I vitse-prezidentidir, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Azərbaycan Neft Təsərrüfatı jurnalının redaksiya heyətinin üzvü, həmçinin Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının Avropa Alim-Geoloqları Mühəndisləri Assosiasiyasının üzvüdür. Azərbaycanda və Xəzər dənizində neft-qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrinə görə X.Yusifzadə bir sıra Dövlət mükafatlarına və fəxri adlara layiq görülmüşdür. O, 2000-ci ildə Müstəqil Azərbaycanın “İstiqlal” ordeni, 2004-cü ildə “Əsrin müqaviləsi”nin 10 illiyi münasibətilə “Şöhrət” ordeni və 2009-cu ildə “Şərəf” ordeni ilə təltif olunmuşdur.

 

 

İki sahil.- 2010.- 6 iyul.- S. 4.