Türkanda mədəniyyət mərkəzinin açılması qəsəbə sakinlərində dərin razılıq hissi doğurmuşdur

 

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Türkan Qəsəbəsində Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

 

İyulun 7-də Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin açılışı olmuşdur. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva qızı Leyla Əliyeva iştirak etmişlər.

Mərasim iştirakçıları Mehriban xanım Əliyevanı Leyla Əliyevanı gül-çiçəklə qarşıladılar.

Azərbaycanın birinci xanımı qızı mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra bina ilə yaxından tanış oldular.

Məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mərkəzin inşasına 2009-cu ilin fevralında başlanılmışdır. Binanın ümumi sahəsi 1500 kvadratmetrdir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Türkan ətrafdakı qəsəbələrin uşaqları burada fəaliyyət göstərəcək bir çox dərnəklərdə məşğul olacaqlar.

İkimərtəbəli binanın foyesində ulu öndərin həm sovet dövründə, həm müstəqillik illərində mədəniyyət tədbirlərində iştirakını, incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotostend qurulmuşdur.

Mərkəzin oxu zalı kitabxanası ilə tanışlıq zamanı bildirildi ki, burada Azərbaycan, rus, ingilis dillərində müxtəlif sahələri əhatə edən kitablar toplanmışdır. Kitabxanada ulu öndər haqqında kitablar, Heydər Əliyev Fondunun nəşrləri yer almışdır.

Məlumat verildi ki, idmanın intellektual növünə həvəs göstərən gənclər üçün mərkəzdə şahmat dərnəyi fəaliyyət göstərir. Təcrübəli mütəxəssislər uşaqlara şahmatın sirlərini öyrədəcəklər.

Mehriban xanım Əliyeva uşaqların informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün mədəniyyət mərkəzində fəaliyyət göstərən kompyuter dərnəyi ilə tanış oldu. Burada gənclərə kompyuter bilikləri veriləcək, müxtəlif proqramlar öyrədiləcəkdir. Bildirildi ki, kompyuterlərin hamısının internetə çıxışı vardır.

Mərkəzin ikinci mərtəbəsini isə Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən stend bəzəyir.

Azərbaycanın birinci xanımı rəsm dərnəyində balaca rəssamların əl işləri ilə tanış oldu.

İkinci mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi üçün 250 nəfərlik geniş akt zalı vardır. Zal ən son avadanlıqla təchiz edilmişdir.

Bina fərdi havalandırma sistemləri ilə təchiz edilmişdir.

Mədəniyyət mərkəzi üçün ayrılan ərazidə gözəl park salınmışdır.

Mehriban xanım Əliyeva qızı Leyla parkın ərazisi ilə tanış oldular. Ərazi zəngin bitki örtüyü ilə göz oxşayır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2008-ci ildə burada olarkən ərazidəki ağacların qorunmasının vacibliyini bildirmişdi. Burada 7 min 500 kvadratmetr sahədə qazon salınmış, müasir işıqlandırma sistemi qurulmuşdur. Parkda uşaqların əylənməsi üçün meydança yaradılmış, balacalar üçün müxtəlif attraksionlar qurulmuşdur. Burada ana uşaqlar üçün nəzərdə tutulan çay evi inşa edilmişdir.

Mehriban xanım Əliyeva görülən işlərdən razılığını bildirdi.

Sonra Mehriban xanım Əliyeva Xəzər rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mədəniyyət mərkəzinin açılması münasibətilə türkanlıları təbrik edən Mehriban xanım Əliyeva binanın inşasına dair qəsəbə sakinləri ilə müzakirələri yada salaraq bildirdi ki, Azərbaycanın bütün başqa bölgələrində olduğu kimi, Xəzər rayonunda da geniş abadlıq-quruculuq işləri gedir. Yeni təhsil müəssisələri, səhiyyə obyektləri, mədəniyyət ocaqları tikilir, istirahət parkları salınır. Bu hər birimizi sevindirir.

Mədəniyyət mərkəzinin ətrafında gözəl, səliqəli parkın salınmasının sakinlərin istirahəti baxımından əhəmiyyətini vurğulayan Mehriban xanım dedi ki, burada dincəlmək üçün hər cür şərait yaradılmışdır.

Mehriban xanım dedi ki, mədəniyyət mərkəzində fəaliyyət göstərən müxtəlif dərnəklər, şahmat məktəbi, rəsm sinfi uşaqların dünyagörüşünün zənginləşməsi, biliklərinin artırılması baxımından mühüm rol oynayacaqdır.

Rayonda görülən işləri yüksək qiymətləndirən Mehriban xanım Əliyeva burada əhalinin vəziyyəti ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğuladı. Azərbaycanın birinci xanımı bildirdi ki, bütün məsələlər Heydər Əliyev Fondunun nəzarəti altındadır.

Xalq artisti Ağaxan Abdullayev, qəsəbə ağsaqqalı Əli Əliyev, rayon sakinlərindən Tamilla Muradova, Şükufə İbrahimova göstərilən diqqət qayğıya görə Mehriban xanım Əliyevaya Xəzər rayonu sakinləri adından minnətdarlıq etdilər. Onlar Türkanda belə bir mədəniyyət mərkəzinin açılmasının qəsəbə sakinlərində dərin razılıq hissi doğurduğunu xüsusi vurğuladılar.

Tədbir iştirakçıları Mehriban xanımın mədəniyyətə, təhsilə, sənətkarlara, ziyalılara qayğısını yüksək qiymətləndirərək bildirdilər ki, o, Milli Məclisin deputatı kimi bu rayonun problemlərinin həllini həmişə diqqətdə saxlayır. Rayonun qəsəbə kəndlərində geniş abadlıq-quruculuq, yenidənqurma işləri aparılır, yeni sosial obyektlər tikilir, yollar çəkilir, yeni yerləri açılır.

Sakinlər qarşıdan gələn parlament seçkilərində Mehriban xanıma dəstək olacaqlarını söyləyərək onu öz rayonlarında yenidən deputat kimi görməkdən məmnun qalacaqlarını bildirdilər.

Daha sonra rayon ictimaiyyətinin nümayəndələri Mehriban xanım Əliyeva Leyla Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

 

 

İki sahil. – 2010.- 8 iyul.- S. 3.