“Bakı
gecələri - 2010”
Mədəniyyət və Turizm
Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi
və Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə “Bakı gecələri - 2010” Estrada Mahnı
Festivalının seçim
turuna start verilib.
Lent.az-ın Mədəniyyət
və Turizm İdarəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, festival mahnı
müəlliflərinin yaradıcılıq
fəaliyyətinin inkişaf
etdirilməsi, estrada ifaçılarının
bədii-peşəkar hazırlıqlarının
təkmilləşdirilməsi, beynəlxalq müsabiqələrdə
Azərbaycanın yüksək
səviyyədə təmsil
olunması və estrada mahnı janrının inkişafı
məqsədilə keçirilir.
Festivalda 18 yaşından yuxarı
hər bir professional mahnı ifaçısı
iştirak edə bilər. Üç konsert proqramından təşkil olunacaq və Gənc Tamaşaçılar Teatrında
keçiriləcək ilkin
mərhələdə təqdim
olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Yüksək bal toplamış
əsərlər finala
- 24 dekabrda Heydər Əliyev Sarayında baş tutacaq qala konsertə vəsiqə qazanacaq. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə iştirak edən müğənnilər
“Bakı Gecələri
Estrada Mahnı Festivalının
Laureatı” adına layiq görüləcək.
Qeyd edək ki, “Bakı Gecələri”
Estrada Mahnı Festivalının
qalibi 2008-ci ildə Cəlal Abbasov, 2009-cu ildə isə Murad Arifin “Sevdiyini
söylə” mahnısı
ilə Natəvan Həbibi və İntizar Məmmədov dueti olmuşdu.
Artıq 2010-cu ildə yazılmış
mahnıların seçiminə
başlanılıb. Təşkilat
Komitəsi tərəfindən
mahnılar toplanıb,
konsert proqramlarına daxil edilir. Hər
bir bəstəkar və ya müğənni
2010-cu ildə ərsəyə
gələn əsəri
Təşkilat Komitəsinə
təqdim edə bilər.
“Bakı Gecələri-2010” Estrada Mahnı Festivalının
rejissoru Nail Naiboğlu,
prodüseri isə Pərviz Oqtayoğludur.
İki sahil.- 2010.- 9 iyul.- S. 16.