Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarındadır

 

Milli Məclisin Təhlükəsizlik müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadənin www.yap.org.az saytına müsahibəsi

 

- Aydın müəllim, hər il 26 iyun tarixi ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu gün ərəfəsində istərdik ki, Azərbaycan Ordusunun keçdiyi yol, hazırkı durumu haqqında fikirlərinizi bildirəsiniz...

- Ordu Azərbaycan dövlətinin əsas atributlarından biridir. Müstəqil Azərbaycan dövləti yarandıqdan sonra ilk görülən mühüm işlərdən biri ordu quruculuğu olub. 1993-cü ilə qədər bütün sahələrdə olduğu kimi ordu quruculuğu məsələlərinə ciddi yanaşılmırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğuna xüsusi diqqət yetirilib. Həmin dövrdən etibarən ordu təsadüfi insanlardan təmizləndi, peşəkar hərbçilərdən ibarət strukturun yaradılmasına başlandı, Silahlı Qüvvələrimizdə nizam-intizam yarandı. Eyni zamanda, insanlarda hərbi vətənpərvərlik hissləri gücləndi hər bir gəncin orduda xidmət etməsi şərəf məsələsinə çevrildi. Ölkəmizin iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsait artırılır. Bu gün Azərbaycanın büdcədə ayırdığı müdafiə xərcləri Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycan Silahlı Qüvvələri regionun ən hazırlıqlı ən müasir silahlarla təchiz edilmiş bir strukturudur. Azərbaycan Ordusu Vətənin keşiyində çox mətinlə durur torpaqlarımızın işğaldan azad edilməsi məsələsində əmrləri yerinə yetirməyə hazırdır. Bu gün hazırlıqlı zabit heyəti, öz vəzifəsinə böyük məsuliyyətlə yanaşan əsgər heyəti Vətənin keşiyində layiqincə dayanırlar. Birmənalı demək olar ki, Azərbaycan Ordusu dövlətçiliyin keşiyində duran vacib dövlət strukturudur cəmiyyətlə ordunun birliyi dövlətin varlığının əsasını təşkil edir.

- Bu yaxınlarda Milli Məclisdə Azərbaycanın Hərbi Doktrinası təsdiq olundu. Ümumiyyətlə, bu sənədin qəbul edilməsi ölkəmizin təhlükəsizliyi müdafiəsində kimi rol oynayacaq? Bu baxımdan sənədin əhəmiyyəti nədən ibarətdir?

- Hərbi Doktrina ölkəmizin ikinci konstitusiyası sayıla bilər. Sənəddə ölkənin hərbi təhlükəsizliyini təmin edən bütün müddəalar açıqlanır. Baxmayaraq ki, doktrina 2010-cu ildə qəbul olundu, buna qədər sənədin üzərində ciddi aparılırdı, beynəlxalq təcrübə öyrənilirdi, ordu quruculuğunda əldə edilmiş nəticələrdən istifadə edilirdi. Qeyd etmək lazımdır ki, doktrinanın hazırlanmasında ilk növbədə Azərbaycanın təcrübəsi böyük rol oynadı. Bilirsiniz ki, 2007-ci ildə Azərbaycanın milli təhlükəsizlik konsepsiyası təsdiq edildi. onun əsasında hərbi təhlükəsizliyi təmin edəcək bu sənəd üzərində böyük getdi. Sənəddə həmçinin, Azərbaycanın ərazi bütövlüyünə hərbi təhlükə törədəcək faktorlar sadalanır. Onların içərisində birincisi qonşu Ermənistanın torpaqlarımızı işğal etməsidir, daha sonra Azərbaycanın dövlət müstəqiliyinin şübhə altına alınması cəhdləridir, qeyri-qanuni miqrasiyadır, daxili sabitliyi pozmaq cəhdləri s. amillərdir. Bunun qarşısını almaq üçün yüksək hazırlıqlı silahlı qüvvələrin hazırlanması, onun peşəkar kadrlarla təmin edilməsi, strateji taktiki hazırlıq məsələlərinin həyata keçirilməsi ən əsası ordu ilə cəmiyyətin sıx birliyinin təmin edilməsidir. Bu gün Hərbi Doktrina 2010-cu ilə qədər Azərbaycanın həm dövlət, həm ordu quruculuğunda əldə etdiyi nəticələri özündə əks etdirən çox ciddi bir sənəddir. Eyni zamanda, həmin sənəd ehtiyac olduqda ona dəyişiklik etmək ehtimalını da qüvvədə saxlayır. Qeyd edim ki, Azərbaycan birmənalı şəkildə öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinin əleyhinədir. Amma doktrinada göstərilir ki, hərbi-siyasi zərurət yaranarsa, müvəqqəti olaraq istisna kimi Azərbaycanda hərbi bazalar yerləşdirilə bilər. Yəni bununla da, Azərbaycan müəyyən məqamda manevr etmək imkanlarını öz əlində saxlayır. Təsadüfi deyil ki, Hərbi Doktrinanın qəbulu dünyada da marağa səbəb oldu. Hətta işğalçı Ermənistanın parlamentində müzakirə mövzusuna çevrildi. Bunun özü göstərir ki, doktrinanın müddəaları işğalçıları ciddi narahat edir.

- Hazırda Azərbaycan hərbi sahədə beynəlxalq müstəvidə geniş əlaqələrə malikdir. Bu baxımdan ordumuzun NATO standartlarına uyğunlaşdırılması məsələsi daim cəmiyyətin diqqət mərkəzində olub. Bu istiqamətdə mövcud vəziyyəti necə dəyərləndirmək mümkündür?

- Ordu quruculuğu başlayarkən Azərbaycan Silahlı Qüvvələrinin müasir NATO standartlarına uyğun olaraq yenidən qurulacağı tam aydın idi. Çünki bunun üçün yetərli potensial mövcud idi. Eyni zamanda, Azərbaycanda ali hərbi məktəblər sisteminin yaradılması, onun tədris prosesinin NATO dost Türkiyə dövlətinin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini verməkdədir. Azərbaycan zabitlərinin böyük bir hissəsi vaxtaşırı xarici ölkələrdə ixtisasartırma kurslarına göndərilir. NATO-nun Qərargah Hərbi Təlimləri üzrə keçirilən seminarlarda Azərbaycan generalları zabitləri iştirak edirlər. Azərbaycanda aşağı orta təbəqə komandirlərinin hazırlığı üçün NATO standartlarına uyğun təlim-tədris mərkəzləri yaradılmağa başlandı. Bu isə hərbi qulluğa məsuliyyətlə yanaşan, hazırlığı kifayət qədər yüksək olan aşağı təbəqə komandir heyətinin peşəkarlıq səviyyəsinin daha da yüksəlməsinə zəmin yaratdı. Azərbaycan Ordusu ən müasir silahlarla silahlanıb. Ordumuzun şəxsi heyəti üçün həmin silahlardan istifadə edilməsi təlimi həm ölkə daxilində, həm ölkəmizdən kənarda keçirilir. bu gün hər bir Azərbaycan gənci üçün orduda xidmət etmək fəxrdir. 2008-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 90 illiyi ilə bağlı keçirilən hərbi parad bütün dünyaya səs saldı bir sıra dövlətlərin Azərbaycan Ordusu haqqında təsəvvürlərinin dəyişməsinə səbəb oldu. Eyni təəssürat ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün Silahlı Qüvvələrinin birgə böyük masştablı təlimində yarandı. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordunun inkişafı baxımından yeni mərhələnin əsasını qoydu. Azərbaycan artıq öz silahlarını istehsal edir. Bu silahları həm daxili tələbata yönəldə bilir, həm bu silahlar dünya bazarlarına çıxarılır.

- Aydın müəllim, qeyd etdiyiniz kimi Azərbaycan Silahlı Qüvvələrinin səviyyəsi beynəlxalq miqyasda da etiraf olunur. Bəs işğalçı Ermənistanda bu sahədə vəziyyət necədir?

- Azərbaycan Ordusu bu gün Azərbaycan dövlətinin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, ordumuz regionun ən hazırlıqlı ən müasir strukturu sayılır. Bütün bunlar Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verdiyini göstərir. Bu fakt torpaqlarımızın 20 faizini işğal etmiş bütün siyasətini ancaq ancaq qonşu dövlətlərin torpaqlarını işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur. Təbii resursları kasad, militaristləşdirilmiş siyasətin həyata keçirilməsi, Azərbaycana, Türkiyəyə, Gürcüstana torpaq iddiaları irəli sürməsi beləliklə özünü inkişafdan kənarda qoyması Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olub. Ermənistan sivil dövlət qurmaq, obyektiv qanunlarla işləyən iqtisadiyyat yaratmaq, mehriban qonşuluq siyasətinə əsaslanan xarici diplomatiya həyata keçirmək əvəzinə qonşu dövlətlərə torpaq iddiasına üstünlük verir. Bu da işğalçı dövlət üçün bumeranq effekti verir ziyanı özünə dəyir. Bu gün Ermənistan ordusu faktiki olaraq, hərbi polis rejimini xatırladır. Orduda qulluq etmək erməni vətəndaşları üçün şərəf yox, zülmə çevrilib. Xidmətdən yayınmaq halları, dedovşina faktları ildən-ilə artmaqdadır. Orduda hansısa vətənpərvərlikdən, ruh yüksəkliyindən danışmaq olmaz. Ermənistan ordusunun maddi təminatının zəifliyi şəxsi heyətin ruh yüksəkliyinin zəifliyində özünü göstərir. Ordu köhnə silahlarla təchiz olunub, ərzaq təminatı bərbad vəziyyətdədir. Orduya dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsi korrupsiyanın yeyintisinə çevrilir. Ermənistandakı dərin böhran ordunu da pis vəziyyətə salıb.

 

 

İki sahil.- 2010.- 24 iyun.- S.11.