Əhaliyə mükəmməl xidmət edən sistem qurulur

 

Azərbaycanda əhali abonentlərin sayı 1 milyon 250 min, sahibkarlıq fəaliyyəti göstərən hüquqi fiziki şəxslərin sayı isə təxminən 20 minə yaxındır

 

Azərbaycanda neft-qaz sənayesinin inkişafı ilə ölkə əhalisinin qazla təchizatı arasındakı balans pozulmuşdur. Məhz bu tendensiyanı vaxtında dəyərləndirən ölkə başçısı İlham Əliyev 1 iyul 2009-cu il tarixli sərəncamı ilə qazın təchizatına məsul olan, lakin bu sahəni əhalinin tələbləri səviyyəsində təmin edə bilməyən “Azəriqaz” QTC-ni ARDNŞ-in tabeliyinə keçirdi. ARDNŞ-in tərkibində formalaşan “Azəriqaz” İstehsalat Birliyi sonrakı mərhələdə qaz təsərrüfatının yenidən qurulması və müasir səviyyədə idarə olunması üçün əhəmiyyətli struktur dəyişikliyi apardı.

Bu mənada, Birliyin tərkibində yeni yaradılan Kommersiya Departamentinin qarşısında mühüm vəzifələr durur. Departamentin direktoru Xanvər Abasov bildirdi ki, Birliyin istismardan və texniki işlərdən kənar bütün fəaliyyəti ilə, xüsusən, kommersiya işləri ilə departament məşğul olacaq. “Yəni istər əhali abonentin, istərsə də sənaye müəssisələrinin qazı çəkilib, sayğacına möhür vurulandan sonra Kommersiya Departamentinin işi başlayır. Xüsusən, ilk növbədə abonentlərlə müqavilə bağlayırıq, onlara kod verib banklarda qeydə alınmasını təşkil edirik. Sonra sayğaclardan aylıq qaz sərfiyyatını götürüb bazaya daxil edirik.”

Mərkəzi Bankın kütləvi ödənişlərin mərkəzləşdirilmiş informasiya sistemi (KÖMİS) adlanan bir mexanizmi var. Bu sistemə qoşulan banklarda interaktiv ödənişlər aparılarkən həmin ödənişləri müvafiq operatorlar sistemə daxil edirlər. Sonra bu informasiyalar oradanAzəriqaz” İB- in elektron abonent bazasına ötürülür.

Hələlik bu sistemə bankların 70 faizi qoşulub. Bu il isə bankların hamısının qoşulması planlaşdırılır ki, son nəticədə hətta ucqar kənddə abonentlər banklar vasitəsi ilə borclarını ödəyə biləcəklər. Hazırda bu başlanılıb hər ayın 1-də fiziki hüquqi şəxs qismində olan abonentlərin borcları çıxarılır əhaliyə bildirişlər paylanılır.

- Xanvər müəllim, kommersiya departamenti ilə eyni vaxtda yaradılanAzqazservisMəhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kommersiya fəaliyyəti ilə məşğul olacaq. Yəni abunə haqlarının yığımını bu müəssisə həyata keçirəcək. Departamentlə bu müəssisənin hansı ortaq vəzifələri vardır?

- Kommersiya Departamenti bu işləri həyata keçirməklə bərabər, öz səlahiyyətlərinin bir hissəsini yeni yaranmışAzqazservis” MMC ilə bölüşübdür. Bu proses təbii ki, “Azəriqaz” İB ilə bağlanmış müqaviləyə uyğun gerçəkləşib. Müqavilənin şərtlərinə görə, “Azqazservis” MMC sayğac göstəricilərinin çıxarılması, bildirişlərin paylanması, qazdan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması kimi işlərlə məşğul olacaq.

Lakin bununla belə, Kommersiya Departamentinin səlahiyyətləri daha genişdir müqavilə şərtlərinə görə, “Azqazservis” MMC bizim qarşımızda cavabdehlik daşıyır. Əvvəla ona görə ki, biz ölkənin ən aparıcı şirkəti olan ARDNŞ-in “Azəriqaz” İB-in struktur vahidi kimi fəaliyyət göstəririk. Digər tərəfdən, “Azqazservis” MMC özəl təşkilatdır, müqavilə şərtlərini poza bilməz hətta ola biləcək narazılıqlara görə abonentlər bizə müraciət edə bizdən cavab istəyə bilərlər. Yəni əhali ilk növbədə dövlət müəssisəsi kimiAzəriqazİstehsalat Birliyini tanıyır problemlərinin həllini buradan gözləyir.

- Hüquqi fiziki şəxslərin, o cümlədən əhali abonetflərin sizinlə yenidən müqavilə bağlaması qeydiyyatdan keçməsi şərtdirmi?

- “Azəriqaz” ARDNŞ-in tərkibinə keçəndən Azəriqaz” İB yaranandan sonra o böyük müəssisələrlə, xüsusən, “Azərenerji” ASC, “Azərikimya” ASC kimi iri alıcılarla müqavilələrimizi dəyişdik. Eyni zamanda, digər başqa müəssisələr bizimlə yeni müqavilələr bağladılar.

- Bu tip müqavilələrdə hansı yeniliklər şərtlər mövcuddur?

- Təbii ki, qiymətlə bağlı yeniliklər var. 1iyul 2009-cu ilədək, yəniAzəriqaz” QTC ARDNŞ-in tərkibinə keçməzdən əvvəl qiymətlərdə fərq vardı. Qeyri-əhali abonentlər üçün qazın 1000 kubmetri 100 manat, əhali abonentlər üçün 47 manat 20 qəpik idi. Tarif Şurası 2009-cu ilin iyulunda bu qiymətləri bərabərləşdirərək əhali abonentlər üçün qazın satış qiymətinin 1000 kubmetrini 100 manata yüksəltdi.

Əslində, qiymətlərin belə bərabərləşdirilməsi, qazdan qeyri-qanuni istifadənin qarşısını aldı. Yəni fiziki şəxs kimi qeydiyyatdan keçmiş abonent evində şirniyyat, yaxud çörək sexi açır sərf etdiyi qazın pulunu əhali abonentə şamil olunan qiymətlə ödəyirdi. Həmin dəyişikliklərdən sonra bu nöqsanlar aradan qaldırıldı.

Bizim abonentlərlə bağladığımız mövcud müqavilə layihəsiAzəriqazİstehsalat Birliyinin mütəxəssisləri tərəfindən müzakirə olunub. O cümlədən layihə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Dövlət Xidməti ilə razılaşdırılıb.

MüqavilədəAzəriqaz” İB-in, eyni zamanda, abonentlərin hüquq vəzifələri aydın göstərilir. Xüsusən, qazdan qeyri-qanuni istifadə halları olanda dəymiş ziyanın ödənilməsi ilə bağlı hüquqlarımız öz əksini tapıb. Məsələn, sayğaca müdaxilə olunubsa dərhal tədbirlər görülür.

Yaxud sayğaca müdaxilə halı var, lakin bu gözlə görünmürsə, onda əməkdaşlarımız qazı sayğacdan bağlayır qaz cihazlarını yandırır. Sayğac bağlandıqdan sonra cihazlarda qazyanması davam edirsə, sayğac dövriyyədən çıxarılır dövlət yoxlamasına göndərilir. Onun yerinə isə yeni sayğac quraşdırılır. Burada müdaxilə halı təsdiq olunursa, dəymiş ziyan ödənilir.

Ümumiyyətlə isə, sahibkarlıqla məşğul olan şəxslərə sənaye qaz cihazları onların vəsaiti hesabına ödənilir. Həmçinin müqavilədə sayğacdan kənar qoşulma halları ilə bağlı da müddəalar var. Belə halda dərhal qaz təchizatı dayandırılır, akt yazılır dəymiş ziyan qaz borusunun həcminə təzyiqinə uyğun olaraq, yəni maksimal rejimlə hesablanır.

- “Azəriqaz” İB- müqavilə bağlamış əhali qeyri-əhali abonentlərin sayı qədərdir?

- Əhali abonentlərin sayı 1 milyon 250 min nəfərdir kifayət qədər böyük rəqəmdir. Sahibkarlıq fəaliyyəti göstərən hüquqi fiziki şəxslərin sayı isə təxminən 20 minə yaxındır. Azərbaycanda qeydiyyatdan keçmiş istixanaların sayı təxminən 8 mindir onlarla üçüncü tip müqavilələr bağlanır. Ancaq işləyən istixanaların sayı 1000-dir. Bizim ölkə daxilində satdığımız qazın ən böyük alıcısıAzərenerji” ASC-dir. Təxminən satılan qazın yarısını bu dövlət təşkilatı alıb ölkədəki 11 elektrik stansiyasına ötürür. Qalan yarısı isə əhaliyə sənaye müəssisələrinə, büdcə təşkilatlarına satılır.

- “Azəriqaz” İB bir neçə debitor borcu olan təşkilatlara borclarını ödəmək üçün müraciətlər edib. Bu müraciətlər hansı qaydada həllini tapır?

- Həqiqətən borclu təşkilatlar var. Mən bu sıradaAzəralüminum” SC-nin adını çəkmək istəyirəm. Düzdür, bu təşkilat işləmir, ancaq borcu var. Borcu olan müəssisələrin qaz təchizatını dayandırırıq. Büdcə təşkilatlarından olan BDU-nun 320 min manatdan çox borcu var. Lakin onların qaz təchizatını dayandırmaq olmur. Onda gərək bu təhsil müəssisəsi fəaliyyətini dayandırsın.

O ki qaldı kommersiya xarakterli müəssisələrə, əgər onların borcu olarsa təchizat dərhal dayandırılır. Hazırda bu tip müəssisələrin borcu yoxdur. Eyni zamanda, kommersiya müəssisələri bilirlər ki, qaza olan borcun ödənilməsi üçün əlavə vaxt verilmir.

Düzdür, bir-iki istisna hal mövcuddur. Belə ki, borclu müəssisələr bizə zəmanət məktubu göndərir, biz isə onlara iki-üç ay vaxt veririk. Ancaq bu şərtlə ki, hər ay istifadə etdiyi qaz sərfiyyatının qiymətini ödəsin.

- Xanvər müəllim, bu il departamentin qarşısında hansı vəzifələr durur? Konkret fəaliyyət planlarınız nədən ibarətdir?

- Biz çalışırıq ki, ötən illər ərzindəAzəriqaz”ın enmiş nüfuzunu qaldıraq. Bunun üçün insanlara mükəmməl xidmət edən bir sistem qurulur biz bu işin başa çatması üçün ARDNŞ-in, o cümlədənAzəriqaz” İB rəhbərliyinin başladığı əhəmiyyətli yeniliklərə dəstək olmaq istəyirik.

İndiAzəriqaz” İB-in 185 saylı qaynar xətti mövcuddur. Biz buraya daxil olan müraciət şikayətləri araşdırıb dərhal həllinə nail oluruq. Eyni zamanda, “Azəriqaz” İB-in rəhbərliyinə bununla bağlı mütəmadi məlumatlar verilir. Sevindirici haldır ki, son iki-üç ayda şikayətlərin sayı minimuma enib.

 

 

Elçin Zaman

 

İki sahil.- 2010.- 3 mart.- S. 8.