Abadlıq işləri
aparılır
ARDNŞ-in Qaz Emalı Zavodunda ekoloji tarazlığın qorunması istiqamətində
əsaslı tədbirlər həyata keçirilir
Bu gün ölkə
iqtisadiyyatının inkişafında böyük rol oynayan
neftçilər neft-qaz hasilatının artırılması
ilə yanaşı, ekoloji tarazlığın qorunmasında
da aktiv iştirak edirlər. Hazırda Bakı və Abşeron
yarımadasında neft və neft məhsulları ilə
çirklənmiş torpaqların təmizlənməsi Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
qarşısında duran əsas vəzifələrdən biridir.
Qeyd edək ki, hazırda bu istiqamətdə əsaslı işlər görülür.
2010-cu il “Ekologiya ili”dir. Bunun üçün də
ARDNŞ neft və neft məhsulları ilə çirklənmiş
torpaqların təmizlənməsi
işini daha sürətlə həyata
keçirir və həmin ərazilərdə
geniş yaşıllıq
zolaqları salınır.
Dövlət Neft Şirkətinin
Qaz Emalı Zavodu (QEZ) da bu istiqamətdə səylə çalışan
müəssisələrdən biridir.
Qaz Emalı Zavodunun
ümumi işlər üzrə direktor müavini Nizami Quliyev
bizimlə söhbətində 2009-cu il ərzində müəssisədə
su mənbələrinin və atmosfer havasının
mühafizəsi üzrə texniki-təşkilati tədbirlərin
yerinə yetirilməsi barədə məlumat verdi. Bildirdi ki,
ötən il tədbirlər planına uyğun olaraq, zavodun
istehsalat sahələrində istismar edilən texnoloji
qurğular, avadanlıqlar, iş otaqlarının texniki vəziyyətinin
yaxşılaşdırılması məqsədi ilə
planlaşdırılan əsaslı təmir, tikinti və
quraşdırma işlərinin yerinə yetirilməsinə
ciddi nəzarət olunub. Köhnəlmiş və korroziyaya
uğramış metal konstruksiyalar və köhnə
söküntülərin tullantıları ərazinin təkrar
çirklənmə mənbəyinə çevrilməməsi
üçün xüsusi ayrılan yerlərə və təşkilatlara
təhvil verilir.
QEZ-in
qarşısında duran vəzifələrdən biri
ARDNŞ-in Ekoloji Siyasətinə uyğun olaraq nəzərdə
tutulmuş kompleks tədbirlər daxilində ekoloji maarifləndirmə
işinin təşkil edilməsidir. ARDNŞ-in “Ekoloji təbliğat
və maarifləndirmə haqqında” 12 avqust 2008-ci il tarixli əmrinin
icrasını təmin etmək məqsədi ilə 2009-cu ildə
zavodun sifarişi əsasında tərtib edilmiş kadr
hazırlığı planına uyğun olaraq Təlim, Tədris
və Sertifikatlaşdırma Departamentinin Təlim, Tədris Mərkəzində
zavodun mütəxəssisləri ekologiya üzrə təlim
kurslarına göndəriliblər.
N.Quliyevin sözlərinə
görə, zavodun ərazisində, inzibati binanın daxilində
və girişində ətraf mühitin mühafizəsini və
yaşıllıqların qorunmasını əks etdirən
stendlər quraşdırılıb. “2009-cu il ərzində
ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə
zavodun giriş sahəsində və sexlərdə 16500
ağac əkilib. Bunlardan 12400-ü Eldar şamı, 2000-i
zeytun, 1200-ü nar, 500-ü qarağac, 400-ü şaftalı
ağacıdır.”
Hesabat ili ərzində
texnoloji qurğularda və digər istehsalat sexlərində və
sahələrində abadlıq işləri aparılıb. Texnoloji
sobaların, qazanxananın tüstü borularından,
ventilyasiya qurğularından, məşəl şamından,
qoruyucu qapaqların, texnoloji kommunikasiyaların birləşmələrində
buraxıla bilən sızıntılardan karbohidrogen
qazlarının atmosferə tullantıları əmələ
gəlir. Buna görə də, atmosferə buraxılan
tullantıların miqdarını azaltmaq məqsədi ilə
bir çox tədbirlər həyata keçirilib. Müəssisədə
hər il ətraf mühitin mühafizəsi sahəsində tədbirlər
planı nəzərdə tutulur. Bu da qeyd olunan sahə üzrə
müsbət nəticələrin əldə olunmasına səbəb
olur.
Direktor müavini qeyd
etdi ki, 2009-cu il ərzində Qaz Emalı Zavodunda ətraf
mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli
istifadə sahəsində bir çox tədbirlər həyata
keçirilib. “Zavodun “Dənizkənarı su nasosxanası-Qaz
Emalı Zavodu arası D500 mm-lik su kəməri” uzun müddət
istismar olunduğuna və hazırda texnoloji, ekoloji baxımdan
günün tələbinə cavab vermədiyinə görə
obyektdə tikinti-quraşdırma işləri aparılıb
və istismara verilib.”
Bununla yanaşı,
Qaz Emalı Zavodu ilə “Ekol Muhəndislik Xidmətləri”
Qapalı Səhmdar Cəmiyyəti arasında
bağlanmış müqaviləyə əsasan zavodun
balansında olan çənlər, qurğuların təmiri
zamanı və digər hallarda formalaşan neftli-yağlı
və mexaniki qarışıqlı tullantıların
(neftşlamların) zərərsizləşdirilməsi həyata
keçirilir.
Ötən il müəssisədə
təsdiq olunmuş tədbirlər planına uyğun olaraq su
mənbələrinin mühafizəsi və ondan səmərəli
istifadə olunması üzrə işlər
görülüb. Belə ki, suyun dövretmə sisteminə
neft məhsullarının düşməsinin
qarşısını almaqdan ötrü texnoloji
qurğuların soyuducu və soyuducu-kondensatorlarında olan
ilanvari boru kəmərləri, suyun dövretmə sistemində
2 saylı soyuducu qradirnidə ətrafa axan suyun
qarşısının alınması üçün
sıradan çıxmış şiferlər və texnoloji
sexlərdən neftayırıcılara axıdılan dəniz
suyu kollektor kanalında sınmış beton örtükləri
yenisi ilə əvəz olunub. Aralıq əmtəə və
təmizləyici qurğular sahəsində məişət və
sənaye kanalizasiya xətləri əsaslı təmir olunub. Təmizləyici
qurğudan dövretmə sisteminə axıdılan suyun tərkib
hissəsi vaxtında analiz olunub. Görülən işlər
nəticəsində müəssisənin nəinki
texniki-iqtisadi göstəriciləri artıb, eyni zamanda, ətraf
mühitin mühafizəsi sahəsində müsbət
göstəricilər əldə olunub.
Nail
Rəhimzadə
İki
sahil.- 2010.- 3 mart.- S.13.