DÖVLƏT KOMİSSİYASI
ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI TÖRƏTDİYİ
MİSLİ GÖRÜNMƏMİŞ CİNAYƏTLƏRİ
DÜNYAYA YAYIR
Azərbaycan Prezidenti İlham Əliyevin
Dağlıq Qarabağ problemi
ilə əlaqədar informasiya
mübarizəsində daim
hücumda olmaq tövsiyəsinə uyğun
olaraq, Ermənistan Respublikasının
ölkəmizə qarşı yeritdiyi ilhaqçılıq və
etnik təmizləmə
siyasəti nəticəsində Azərbaycanın
üzləşdiyi faciələr barədə obyektiv beynəlxalq ictimai fikrin
formalaşdırılması, həqiqətlərin dünyaya çatdırılması
istiqamətində təbliğat işi daha da
gücləndirilmişdir. İndi düşmənə qarşı
informasiya mübarizəsi
düşünülmüş,
planlı, müvafiq dövlət
orqanları ilə əlaqəli şəkildə
aparılır, Azərbaycan reallıqlarının beynəlxalq
aləmə çatdırılması sahəsində hücum və ardıcıllıq taktikası üzrə uzun müddətə hesablanmış kompleks tədbirlər həyata keçirilir.
Azərbaycan
Respublikasının Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasından bildirmişlər ki, qurum əsir
və itkin soydaşlarımızın taleyini
araşdırmaqla yanaşı, ermənilərin azərbaycanlılara
qarşı törətdiyi misli görünməmiş cinayətlər,
həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, həm də bu problemin tarixi,
ayrı-ayrı vaxtlarda azərbaycanlılara qarşı həyata
keçirilmiş deportasiya siyasəti ilə bağlı
faktlar, erməni terrorçularının əsirlikdə
saxlanılan azərbaycanlılara verdikləri işgəncələr
haqqında kitablar, broşürlər çap etdirir, sənədli
video-foto materiallar hazırlayır, onların müxtəlif
dillərdə dünyanın bir çox ölkələrində
yayılmasını təşkil edir. Eyni zamanda, münaqişənin
tarixi və hüquqi aspektləri haqqında kitab və disklərin
Azərbaycan Respublikasının dövlət strukturlarına
və xaricdəki səfirliklərinə, diaspor təşkilatlarına,
tərəfdaş dövlətlərə, tanınmış
alim və ictimai-siyasi xadimlərə, konfliktoloqlara göndərilməsi
prosesi davam etdirilir.
Bundan başqa, ölkədə
və xaricdə fəaliyyət göstərən kütləvi
informasiya vasitələrində, Dövlət
Komissiyasının rəsmi saytında müntəzəm
olaraq Komissiyanın fəaliyyəti barədə məlumatlar
yayılmış, görülmüş işlər barədə
müsahibələr verilmiş, məqalələr dərc
olunmuş, soyqırımı, etnik təmizləmə,
vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin
ictimaiyyətə çatdırılması istiqamətində
məqsədyönlü fəaliyyət göstərilmişdir.
İnternet şəbəkəsindən istifadə edilərək
beynəlxalq təşkilatlar və informasiya agentlikləri ilə
müntəzəm yazışmalar aparılmış,
müvafiq materiallar, o cümlədən video və fotofaktlar
göndərilmişdir.
Ermənistanın Azərbaycana
təcavüzü, bir milyondan artıq azərbaycanlının
qaçqın və məcburi köçkün şəraitinə
düşməsi, ermənilər tərəfindən törədilmiş
terrorçuluq əməlləri və soyqırımı
cinayəti barədə həqiqətlərin
çatdırılması və insanlığa qarşı
cinayət olan Xocalı faciəsinin 18-ci ildönümü ilə
əlaqədar “Xocalıya ədalət” kampaniyası çərçivəsində
Dövlət Komissiyası Qətər, Küveyt və Birləşmiş
Ərəb Əmirliklərində bu ölkələrdəki
Azərbaycan səfirlikləri ilə birgə silsilə tədbirlər
keçirmişdir.
Azərbaycan
Respublikasının Qətər Dövlətindəki səfirliyi
ilə Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının birgə keçirdikləri tədbirdə
Azərbaycan icmasının nümayəndələri, bu
ölkədə akkreditə olunmuş bir sıra diplomatik
nümayəndəliklərin rəhbərləriı, yerli
kütləvi informasiya vasitələrinin təmsilçiləri,
xarici vətəndaşlar iştirak etmişlər. Səfir
Eldar Səlimov ermənilər tərəfindən Azərbaycana
qarşı törədilmiş terrorçuluq əməlləri
və insanlığa qarşı cinayət olan Xocalı faciəsi
barədə tədbir iştirakçılarına ətraflı
məlumat vermişdir. Dövlət Komissiyasının katibi
Şahin Sayılov çıxış edərək tədbir
iştirakçılarına faktlar əsasında ermənilərin
xalqımıza qarşı həyata keçirdiyi
soyqırımı, etnik təmizləmə, vandalizm, əsir,
girov və itkinlərlə bağlı həqiqətləri
çatdırmışdır. Sonra Qətərdə ən
böyük icma olan Pakistan diasporunun rəhbəri, siyasi tədqiqatçı
və yazıçı-publisist Əşrəf Sədiqi
çıxış edərək, dost və qardaş Azərbaycan
xalqının yaşadığı faciələrdən
üzüldüklərini və dövlətinin daim ölkəmizin
yanında olduğunu xüsusi qeyd etmişdir.
Tədbir
iştirakçılarına Xocalı faciəsini və erməni
terrorçuluğunun fəsadlarını əks etdirən sənədli
film, kitablar, şəkillər və digər materiallar təqdim
olunmuşdur.
Dohada keçirilən
tədbirlər çərçivəsində Azərbaycan səfirliyinin
köməyi ilə Dövlət Komissiyasının nümayəndə
heyəti Qətər Mədəniyyət və İrs
Nazirliyinin İctimai Kitabxanalar Departamentinin direktoru Abdulla Naser
Alansari ilə görüşmüşdür. Nümayəndə
heyəti ən qədim əlyazması 7-ci əsrə aid olan
Qətər Mərkəzi Kitabxanasının fəaliyyəti
ilə yaxından tanış olmuş və buranın qiraət
fonduna daxil edilməsi üçün quruma Azərbaycan
Respublikası haqqında çoxlu kitablar hədiyyə
etmişdir.
Xocalı faciəsinin
ildönümü ilə əlaqədar Azərbaycan
Respublikasının Küveyt Dövlətindəki səfirliyi
və Dövlət Komissiyası birgə sərgi və təqdimat
mərasimi təşkil etmişlər. Tədbirdə
Küveytin dövlət təşkilatlarının nümayəndələri,
ictimai xadimlər, aparıcı universitetlərinin müəllim-professor
heyəti, bu ölkədə akkreditə olunmuş diplomatik
korpusun nümayəndələri, Azərbaycan icmasının
üzvləri və jurnalistlər iştirak etmişlər.
Səfir Şahin
Abdullayev Ermənistanın təcavüzü, bir milyondan
artıq azərbaycanlının qaçqın və məcburi
köçkün vəziyyətinə düşməsi, ermənilər
tərəfindən Azərbaycana qarşı törədilmiş
terrorçuluq əməlləri və insanlığa
qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir
iştirakçılarına ətraflı məlumat
vermiş, “Xocalıya ədalət” kampaniyası çərçivəsində
il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini
bildirmişdir.
Dövlət
Komissiyasının katibi Şahin Sayılov
çıxışında Ermənistanın azərbaycanlılara
qarşı etnik təmizləmə və soyqırımı
siyasəti, Azərbaycana qarşı təcavüzü nəticəsində
ölkəmizə dəymiş maddi-mənəvi zərər
və mədəniyyət abidələrinin
dağıdılması, beynəlxalq hüquq normalarına
zidd olaraq əsir və girov götürülmüş Azərbaycan
vətəndaşlarına qarşı törədilmiş
cinayətlər haqqında geniş məlumat vermiş,
ölkəmizin hüquq mühafizə orqanlarının əməliyyat-istintaq
materialları əsasında Xocalı faciəsini törədən
konkret şəxslər və onların cinayət əməlləri,
öldürülmüş, işgəncələrə məruz
qalmış, əsir və girov götürülmüş
Azərbaycan vətəndaşları barədə faktları
təqdim etmişdir.
Tədbir iştirakçılarına
Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını
əks etdirən sənədli film, kitablar, şəkillər
və digər əyani vasitələr, “Xocalı
uşaqların gözü ilə” şəkil sərgisi
nümayiş etdirilmişdir. Tədbir Küveytin “Kuwait I” və
“Əl-Vətən” telekanalları, “Əl-Ray”, “Ən-Nahar”,
“Al-Qabas” və “Arab Times” qəzetləri tərəfindən
geniş işıqlandırılmışdır.
Xocalı faciəsinin
ildönümü ilə əlaqədar Azərbaycan
Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki
səfirliyi Dövlət Komissiyası ilə birgə anma mərasimi
təşkil etmişdir. Tədbirdə ictimai xadimlər, Birləşmiş
Ərəb Əmirliklərinin aparıcı universitetlərində
təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan
icmasının üzvləri və yerli nüfuzlu kütləvi
informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Səfir Elxan Qəhrəmanov
Ermənistanın yeritdiyi işğalçılıq siyasəti,
soydaşlarımıza qarşı törədilmiş
terrorçuluq əməlləri və Xocalı faciəsi barədə
tədbir iştirakçılarına ətraflı məlumat
vermişdir.
Dövlət
Komissiyasının katibi Şahin Sayılov
çıxışında Ermənistanın azərbaycanlılara
qarşı etnik təmizləmə və soyqırımı
siyasəti, təcavüzü nəticəsində ölkəmizə
dəymiş maddi-mənəvi zərər və mədəniyyət
abidələrinin dağıdılması, beynəlxalq
hüquq normalarına zidd olaraq əsir və girov
götürülmüş Azərbaycan vətəndaşlarına
qarşı törədilmiş cinayətlər haqqında
geniş məlumat vermişdir.
Tədbir
iştirakçılarına erməni qəsbkarlığının
fəsadlarını əks etdirən sənədli film,
kitablar, şəkillər və digər əyani vasitələr
nümayiş etdirilmiş, Xocalı faciəsi barədə
fotosərgi təşkil olunmuşdur. Mərasimdə Birləşmiş
Ərəb Əmirliklərinin müxtəlif kütləvi
informasiya vasitələrinin, o cümlədən
tanınmış “The National”, “Aviamost”, “Awraq Publishing” və
s. qəzet və jurnallarının nümayəndələri
iştirak etmişlər.
İki
sahil.- 2010.- 4 mart.- S. 12.