Gəncənin qaz
təsərrüfatı yenidən
qurulur
Abunəçilərin 60 faizi “smartkart tipli sayğaclarla təmin olunub
“Azəriqaz” İstehsalat Birliyi əhalinin qazla fasiləsiz təchizatını prioritet
vəzifə kimi dəyərləndirir və
bu istiqamətdə ciddi tədbirlər həyata keçirir. Xüsusən, regionlarda əhalinin
qaza olan tələbatını nəzərə
alaraq yenidənqurma işləri sürətləndirilib.
Həmçinin qış mövsümü
ilə əlaqədar
qazın təzyiqinin artırılması, əhaliyə
qazın itkisiz və təhlükəsiz
çatdırılması üçün də səmərəli işlər
görülür. Birliyin yerli strukturu kimi Gəncə Qaz İstismar Sahəsi sakinlərin qış mövsümündə
təbii qaza olan tələbatını
tam ödəmək üçün
ötən ilin ikinci yarısında xeyli tədbirlər həyata keçirmişdir.
Şəhərin Qaz İstismar Sahəsinin rəisi Elxan Məmmədov bildirdi ki, qaz
şəbəkəsi 2 qaz
paylayıcı stansiyadan
qidalanır. Şəhərin şimal girişində əsas qaz paylayıcı
stansiyadan 5 magistral, “Bağbanlar” qaz paylayıcı stansiyadan isə 1 magistral qaz kəməri keçir. Sahə 791 km qaz kəmərinə
xidmət edir. O cümlədən 81,7 kilometr yeraltı, 709,3 kilometr yerüstü qaz kəmərləri mövcuddur.
2009-2010-cu illərin payız- qış mövsümünə
hazırlıq işləri
barədə məlumat
verən sahə rəisi dedi ki, qaz təsərrüfatının
sabit və ahəngdar fəaliyyət
göstərməsi üçün
qərargah yaradılmışdır.
Həmçinin ötən illərdə
yaranmış nöqsanların
aradan qaldırılması
məqsədi ilə
7 bənddən ibarət
tədbirlər planı
hazırlanmışdır. Nəzərdə tutulan işlərin
böyük qismini həyata keçirmişik.
Belə ki, qaz kəmərləri
üzərində quraşdırılmış
410 ədəd siyirtmə,
484 ədəd qaz tənzimləyici şkaf təftiş və təmir olunmuşdur. Bundan başqa şəhərin
müxtəlif hissələrində
qaz təchizatının
yaxşılaşdırılması məqsədi ilə müxtəlif diametrli 380 poqonometr uzunluğunda qaz xətlərinin çəkilməsini planlaşdırmışıq.
Plana uyğun olaraq Təbriz və Ozan küçələrindəki
mövcud 100 millimetrlik
orta təzyiqli qaz kəmərindən 10 poqonometr uzunluğunda xətt çəkilərək
dairəvi birləşmə
aparılmışdır.
Eyni zamanda, Məhsəti, Darvin, M.Maqomayev və İ.Qayıbov küçələrinin qaz
təminatının yaxşılaşdırılması
məqsədi ilə Ozan küçəsindəki
mövcud 159 millimetrlik
orta təzyiqli qaz kəmərindən 20 poqonometr uzunluğunda dairəvi birləşmə
yerinə yetirilmişdir.
Qaranamazlı küçəsindəki mövcud orta təzyiqli qaz kəməri elə həmin küçənin
2-ci döngəsindəki aşağı
təzyiqli qaz kəmərinə birləşdirilmişdir.
Ozan küçəsindəki mövcud
orta təzyiqli qaz kəməri İ.Qayıbov küçəsi
135 saylı evin yaxınlığındakı aşağı
təzyiqli qaz kəməri ilə dairəvi birləşdirilmişdir. Həm bu, həm də
Qaranamazlı küçəsində
yeni qaz tənzimləyici şkaflar
quraşdırılmışdır.
Bu kimi işlərimiz
şəhərin digər
küçələrində də davamlı olaraq aparılmışdır.
Sahə rəisinin sözlərinə
görə, Gəncə
şəhəri üzrə
hazırda 66795 əhali
abunəçi var. O cümlədən
911 sənaye müəssisəsi,
büdcə təşkilatı
və qeyri-dövlət
müəssisələri abunəçilərimiz
sırasındadır. Bu günədək
39500 abonentin mənzilində
“smart- kart” tipli qaz sayğacı quraşdırılmışdır
ki, bu da
abunəçilərin ümumi
sayının 60 faizi deməkdir.
Ötən il təbii
qazdan qeyri- qanuni istifadə halları da aşkarlanmışdır. Belə
ki, 480 mexaniki sayğacdan kənar, 55 “smartkart” tipli qaz sayğacından kənar xətdən istifadə olunmuş, o cümlədən 39 ədəd
“smartkart” tipli qaz sayğacına müdaxiləyə görə
hüquq mühafizə
orqanlarına müraciətlər
edilmişdir.
Konkret isə sayğaca müdaxilə ilə əlaqədar 397 abonent, qeyri- qanuni istifadə
ilə əlaqədar
146 abonent barədə
müraciətlər edilmişdir. Ötən il
Gəncə QİS-ə vətəndaşlardan
daxil olan 3850 ərizə araşdırılmış
və problemlərin həlli istiqamətində
tədbirlər görülmüşdür.
Elçin
Zaman
İki
sahil.- 2010.- 4 mart.- S.7.