Narkomaniya cəmiyyət

 

Naxçıvan Dövlət Universitetinin Sosial idarəetməhüquq fakültəsində Naxçıvan MR Səhiyyə və Ədliyyə nazirlikləri ilə birgə “Narkomaniya cəmiyyətmövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan universitetin tərbiyə işlər üzrə prorektoru Məmməd Rzayev narkomaniyanın artıq müasir cəmiyyətimizin ən ağrılı problemlərindən birinə çevrildiyini və bu xəstəliyə düçar olan insanların sayının durmadan artdığını qeyd etmişdir. Natiq belə tədbirlərin cəmiyyətdə narkotik vasitələrin istifadəsi ilə əlaqədar maarifləndirmə işinin artırılmasına xidmət etdiyini vurğulamışdır.

Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin Naxçıvan Filialının narkotik və psixotrop maddələr üzrə eksperti, III dərəcəli ədliyyə qulluqçusu Bayram İsmayılovun “Narkomaniya bəşəri bəladır”, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin psixoloji ekspertizalar üzrə eksperti, III dərəcəli ədliyyə qulluqçusu Fariz Səyyadovun “Narkotik tərkibli bitkilər və onların insan orqanizminə təsiri”, Naxçıvan MR Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinin narkologiya şöbəsinin müdiri, həkim-narkoloq Məmməd Mustafayevin “Narkomaniyanın tibbi aspektdən zərəri”, Ədliyyə Nazirliyi Qanunvericilik şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Narkomanlığa qarşı mübarizə tədbirləri haqqında” məruzələri dinlənilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında və həmçinin Naxçıvan MR-də narkomaniya ilə mübarizə daim diqqət mərkəzində durur və ölkə rəhbərliyi, müvafiq strukturlar bu problemin həlli istiqamətində səylərini əsirgəmirlər. Respublikada narkomaniyaya dair 10-dan artıq qanun, 30-a qədər qərar qəbul edilmişdir. Narkomaniya onunla bağlı cinayətkarlığın cəmiyyətin inkişafına mənfi təsiri, bu problemə qarşı əsaslı tədbirlərin həyata keçirilməsinin zəruriliyi nəzərə alınmaqla 1996-cı ildə ölkə Prezidentinin müvafiq fərmanı iləNarkomanlığa narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəDövlət Komissiyası yaradılmış həmin fərmana əsasənAzərbaycan Respublikasında 2000-ci ilədək”, daha sonra “2000-2006-cı illər üzrənarkomanlığın yayılmasına, narkotik vasitələrin psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram qəbul edilmiş, 1999-cu ildəNarkotik vasitələrin, psixotrop maddələrin prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında çoxlu sayda başqa qanunlar qəbul edilmişdir.

Sonda qeyd olunmuşdur ki, ümumbəşəri problem olan narkomaniyanın köklü həlli istiqamətində narkotik vasitələr prekursorlar barədə kütləvi təbliğat işləri aparılmalı, şagird tələbələr narkomaniyanın fəsadları barəsində məlumatlandırılmalı, internet məkanında bununla bağlı informasiya bazası gücləndirilməlidir. Çünki hər bir cəmiyyətin gələcəyi onun sağlam, yararlı intellektli gəncliyindən asılıdır.

 

 

Nərmin Cəfərova

 

İki sahil.- 2010.- 11 mart.- S. 14.