MEMORANDUM İMZALANMDIR

 

MİLLİ ONKOLOGİYA MƏRKƏZİ İLƏ "BEYNƏLXALQ ONKOLOJİ YARDIM" TƏŞKİLATI ARASINDA

 

Azərbaycan Milli Onkologiya Mərkəzi İtaiyanın "Beynəlxalq Onkoloji Yardım" qeyri-kommersiya İçtimai Təşkilatı (C.A.İ. Onius) ilə səmərəli əməkdaşlıq edəcəkdir. Bununla əlaqədar hər iki qurum arasında Memorandum imzalanmışdır.

C.A.İ. Onlusun ölkəmizdə səfərdə olan mütəxəsslələri martın 11-də Milli Onkoiogiya Mərkəzində olmuşlar. Mərkəzin baş direktoru, akademik Cəmil Əliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir. İtaliyalı mütəxəssislər Milli Onkologiya Mərkəzinin fəaliyyətini, burada xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.

Sonra Milli Onkologiya Mərkəzi ilə "Beynəlxalq Onkoloji Yardım" təşkilatı arasında Memorandum imzalanmışdır. Sənədi Milli Onkoiogiya Mərkəzinin baş direktoru, akademik Cəmil Qliyev və təşkilat adından İtaliyanın Cuddi Klinikasının baş həkimi M. Kastodi imzalamışlar.

Sənədə əsasən C.A.İ. Onlus onkoloji xəstələrin müayinəsi, müalicəsi, eləcə də kadr hazırlığı sahələrində, habelə tibbi avadanlığın alınmasında Azərbaycana   yardım göstərəcəkdir. Azərbaycanlı həkimlər İtaliyada ixtisasartırma kursları keçəcək, italiyalı mütəxəssislər isə Bakıda treninqlər təşkil edəcəklər.

Sonra "Bəynəlxalq Onkoloji Yardım" təşkilatının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Bildirilmişdir ki, beynəlxalq humanitar tibbi yardım təşkilatı olan CA.İ. Onlusun əsas məqsədi onkoloji xəstələrin müalicəsinin effektivliyini güçləndirmək, bu xəstəliyin xüsusən uşaqlar arasında yayılmasının qarşısının alınmasına köməklik göstərməkdir. Azərbaycanda bu istiqamətdə görülən işlər, Milli Onkoloji Mərkəzin açılması, Onkoloji Uşaq Xəstəxanasının tikintisi və diğər tədbirlər C.A.İ. Onlus rəhbərliyinin diqqətini cəlb etmişdir. C.A.İ. Onlusun rəhbərliyi Azrəbaycana bu isti-qamətdə yardım göstərmək barədə qərar qəbul etmişdir.

Sonra tədbirdə iştirak edən Milli Məclisin Azərbaycan-İlaliya parlamenflərarası əlaqələr üzrə işçi qrupunun rəhəbəri Azər Kərimli, İtaliyanın ölkəmizdəki səfiri Mario Corco Stefano Baldı, Cuddi Klinikasının baş həkimi M.Kastodi və başqaları təşkilatın yaranma tərifindən Azərbaycan-İtaliya münasibətləri baradə məlumat vermiş, jurnalistlərin suallarını cavablandırmışlar.

 

 

İki sahil.- 2010.- 12 mart.- S. 9.