BP “Azəri-Çıraq-Günəşli”
blokunun işlənməsi
layihəsində öz
payını artırıb
BP şirkəti “Azəri-Çıraq-Günəşli”
(AÇG) blokunun işlənməsi layihəsində öz
payını 34,1367%-dən 39,77%-ə qədər
artırıb. Bu barədə şirkətin məlumatında
deyilir.
Məlumatda bildirilir ki,
BP Amerikanın “Devon” Energy Corp. şirkəti ilə bu şirkətin
Braziliyada, Meksika körfəzində və Azərbaycanda aktivlərinin
7 milyard dollara satışı haqqında müqavilə
bağlayıb.
Azərbaycanda “Azəri-Çıraq-Günəşli”
layihəsində “Devon”un iştirak payının 5,63%-nin əldə
edilməsi BP-nin bu layihədə payını 39,77%-ə qədər
artırıb”, - deyə məlumatda qeyd edilir.
“Azəri-Çıraq-Günəşli”
yatağının dərinsulu hissəsinin işlənməsi
haqqında müqavilə 1994-cü il sentyabrın 20-də
imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə
minib.
BP-dən başqa
AÇG layihəsinin iştirakçıları Amerikanın
Chevron (10,2814%), ExxonMobil (8,0006%), Amerada Hess (2,7%), Azərbaycanın
SOCAR (10%), Yaponiyanın Inrex Corr. (10%) və ITOCHU Oil (3,9205%)
Norveçin Statoil (8,5633%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.
Devon öz fəaliyyətini
Şimali Amerikadakı layihələrin inkişafına
yönəltmək üçün hələ noyabrda aktivlərin
satışı proqramını qəbul edib.
Şirkət 2,8 mlrd.
barrel həcmində neft ekvivalentinin hasil edilə biləcəyi
yataqları və ya “Devon” şirkətinin ehtiyatlarının
təxminən 7%-ni satmaq niyyətindədir.
BP dünyada 2008-ci il
31 dekabr tarixinə 18,1 mlrd. barrel həcmində təsdiqlənmiş
neft və qaz ekvivalentinə malik ən iri enerji şirkətlərindən
biridir. Şirkət 29 ölkədə neft və qaz hasil edir,
o cümlədən 17 neft emalı müəssisəsində
paya malikdir. Şirkətdə təxminən 92 min nəfər
çalışır. Səhmdarların sayı 1,2 mln-u
keçir.
İki
sahil.- 2010.- 13 mart.- S. 8.