“Azəriqaz” İstehsalat
Birliyi yeni texnika ilə təchiz olunur
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq Sərəncamı ilə İstehsalat Birliyi
statusunda ARDNŞ-in strukturuna daxil edilmiş “Azəriqaz” tərəfindən
əhalinin davamlı olaraq mavi yanacaqla təhlükəsiz və
keyfiyyətlə təmin olunması, xidmət səviyyəsinin
yüksəldilməsi istiqamətlərində təxirəsalınmaz
tədbirlər həyata keçirilir. Ölkə rəhbərliyi
tərəfindən qarşıya qoyulmuş bir çox məsələlər
ARDNŞ tərkibində vahid idarəetmə sisteminin
yaradılması ilə reallaşmışdır.
Şirkət “Azəriqaz”
İB-in maddi-texniki bazasının yeniləndirilməsini daim
diqqət mərkəzində saxlayır. Son vaxtlar lazımi
müasir texnika və aqreqatların alınması Birliyin
işində irəliləyişə səbəb olmuşdur.
Qurum tərəfindən magistral qaz kəmərlərində
baş vermiş qaz sızmalarının
qarşısının alınması üçün ARW450
markalı 15 ədəd səyyar qaynaq aparatı, 2 ədəd
“Kemba-250” qaynaq aparatı, “EXPRESSWELD İNVERTER161” markalı 2 ədəd
elektrik qaynaq aparatı, 36 ədəd ADD 4004 markalı səyyar
qaynaq aparatı və müxtəlif avtosistemli “AKSA” dizel və
elektrik generatorları, 6 ədəd “AKSA” AAP 8000E markalı
qaynaq aparatı alınmışdır.
Eyni zamanda, qaz kəmərləri
və qaz xətlərinin cəkilişi, tikinti, təmir-bərpa
və yenidənqurma işləri üçün 15 ədəd
“BELARUS” tipli 82.1 traktoru və 2 ədəd “KTA-25” markalı
avtokran alınmışdır. Qeyd olunmalıdır ki, “Azəriqaz”
İB bu avadanlıqlar vasitəsi ilə təmir-tikinti işlərinin
genişləndirilməsinə nail olmuşdur. Hazırda
ARDNŞ tərəfindən Birliyin maddi-texniki bazasının
gücləndirilməsi və lazımi texniki
avadanlıqların alınması istiqamətində işlər
davam etdirilir.
İki
sahil.- 2010.- 13 mart.- S. 7.