Ötən ay neft hasilatı
üzrə göstəricilər uğurlu olub
2010-cu ilə
uğurla başlayan neftçilər dövlət
tapşırıqlarının yerinə yetirilməsində səylə
çalışırlar. Bu sırada Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti “Azneft”
İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ-nin fəaliyyətini
xüsusi vurğulamaq lazımdır. Cari ilin fevral ayında
İdarədə neft-qaz hasilatı üzrə texniki-iqtisadi
göstəricilər yüksək olub. NQÇİ-dən
verilən məlumata görə, fevral ayında plan üzrə
9200 ton neft hasilatı nəzərdə tutulduğu halda,
faktiki 9205 ton neft hasil olunub. Plan 100,1 faiz yerinə yetirilib. Neft təhvili
planı da 100,1 faiz yerinə yetirilib. 9166 ton plana qarşı,
9174,983 ton neft təhvil verilib.
Fevral ayında qaz
hasilatı planı isə 150,2 faiz yerinə yetirilib. Plan
üzrə 1 milyon 40 min kubmetr qazın hasil olunması nəzərdə
tutulduğu halda, faktiki olaraq bu rəqəm 1 milyon 562 min
kubmetrə bərabər olub.
Bununla yanaşı,
NQÇİ-də plan üzrə 830 min kubmetr qaz təhvili nəzərdə
tutulduğu halda, faktiki olaraq 1 milyon 352,063 min ton qaz təhvil
verilib. Plan 162,9 faiz yerinə yetirilib. Ötən ay həmçinin
digər texniki-iqtisadi göstəricilər də yüksək
olub. Plan üzrə 15 quyuda əsaslı təmir nəzərdə
tutulduğu halda, 19 quyuda əsaslı təmir işi
aparılıb. Plan 126,7 faiz yerinə yetirilib.
Ötən ay neft-qaz
hasılatı və təhvili üzrə ən yüksək
göstəricilər NQÇİ-nin 4 saylı Neft və
Qazçıxarma Sexində qeydə alınıb. 4 saylı
NQÇS müvafiq olaraq neft hasilatı planını 102,0
faiz, neft təhvili planını 102,2 faiz, qaz hasilatı
planını 164,6 faiz və qaz təhvili planını isə
193,3 faiz yerinə yetirib.
160 ildən artıq bir
tarixi olan “Bibiheybətneft” NQÇİ dünyanın
neftqazçıxarma tarixində xüsusi əhəmiyyətə
malik müəssisələrdən biridir. Qeyd edək ki,
1847-ci ildən neft mexaniki üsulla qazılmış quyulardan
hasil edilməyə başlanıb və 1920-ci ilə kimi davam
edib. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və
sonra Balaxanı yataqlarında mexaniki üsulla
qazılmış quyulardan sənaye əhəmiyyətli neft
alınıb və həmin ildən də Azərbaycanın
neft sənayesinin inkişafı başlanır. XIX əsrin əvvəllərində
dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30
metr aralı dənizdə qazılmış əl quyusundan
neft hasil edilib. 1859-cu ildə isə Bakıda ilk neftayırma
zavodu (qurğusu) tikilib. 1863-cü ildə Cavad Məlikov
Bakıda kerosin zavodu tikdirir və dünyada ilk dəfə
neftayırma prosesində soyuduculardan istifadə edilir.
Nail Rəhimzadə
İki
sahil.- 2010.- 17 mart.- S. 8.