ARDNŞ-in fəaliyyəti daha da təkmilləşir

 

Xarici investisiyaların neft-kimya sənayesinə yönəldilməsini təmin etməklə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı üçün geniş imkanlar yaranır

 

Yeni neft strategiyasının uğurlarını yaşayan Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində öz mövqeyini möhkəmləndirir. Təbii ki, əldə olunan hər bir uğurun arxasında Heydər Əliyev ideyaları dayanır. Məhz onun uzaqgörən siyasəti nəticəsində dövlət müstəqilliyimiz etibarlı şəkildə qorundu, həmçinin ölkədə azad iqtisadi mexanizmlərin tətbiqi və dünya iqtisadiyyatına inteqrasiya təmin olundu. Nəticədə Azərbaycanın iqtisadi qüdrəti artır və respublikamızın Qərb dövlətləri ilə münasibətləri strateji müstəviyə qədəm qoydu. Ötən dövrdə transmilli şirkətlərlə ümumilikdə 26 saziş imzalanıb. Hazırda 14 Hasilatın Pay Bölgüsü Sazişi üzrə dünyanın 14 ölkəsindən 24 neft şirkəti ilə əməkdaşlıq uğurla davam etdirilir. Təbii ki, bu sənədlərin hər biri ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının tərkib hissəsidir. Bu kursun uğurla həyata keçirilməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müstəsna xidmətləri var. Prezident İlham Əliyev də bu faktı hər zaman diqqətə çatdırır: “Azərbaycan Dövlət Neft Şirkəti, öz növbəsində, artıq beynəlxalq şirkətə çevrilibdir. Şirkətin çox böyük potensialı var, böyük infrastruktura malikdir. Azərbaycanda neft-qaz hasilatı ildən-ilə artır. Neft-qaz potensialımızı tam şəkildə realizə etmək üçün bütün infrastruktur layihələri vaxtında icra edilir. Neft-qaz kəmərləri tikilibdir bu gün Azərbaycan neft-qaz ixracatını şaxələndirilmiş formada həyata keçirir. Bu, əlbəttə ki, imkanlarımızı daha da gücləndirir. Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq fəaliyyətdə də özünü artıq göstərib. Xaricə böyük həcmdə sərmayələrin qoyulması neft şirkətimizi beynəlxalq şirkət kimi dünyaya təqdim edir. Bu gün dünyanın aparıcı enerji şirkətləri sırasına daxil olmuş Azərbaycan Dövlət Neft Şirkəti əminəm ki, gələcəkdə öz imkanlarını genişləndirəcək, ölkəmiz üçün lazım olan yeni layihələri uğurla icra edəcəkdir.”

ARDNŞ-in səmərəli fəaliyyəti hər zaman diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, 2010-cu il ərzində Şirkətin fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində dövlət başçısı bir neçə dəfə sərəncam imzalayıb. Bu sənədlərdən sonuncusu 2010-cu il aprelin 2-də imzalanmış “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” sərəncamdır. Sənəddə qeyd olunur ki, son illər Azərbaycan Respublikası iqtisadiyyatının inkişafının sürətləndirilməsi məqsədi ilə bir sıra köklü islahatlar aparılıb. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunmuş, bazar münasibətlərinin tələblərinə əsasən etibarlı və əlverişli idarəetmə sistemi tətbiq edilib.

O da bildirilir ki, vahid texnoloji prosesdə fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin artırılması üçün bu sahədə beynəlxalq təcrübəyə uyğun olaraq müasir kompleksin təşkili zəruri investisiyaların cəlb edilməsinə, ekoloji normativlərə riayət olunmasına və hazır məhsulun rəqabət qabiliyyətinin gücləndirilməsinə daha geniş imkan yaradacaq. Beləliklə, qeyd olunan tədbirlərin həyata keçirilməsi və neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə “Azərikimya” Dövlət Şirkəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tabeliyinə verildi. Bununla əlaqədar olaraq aprelin 3-də ARDNŞ prezidenti Rövnəq Abdullayev “Azərikimya” Dövlət Şirkətində oldu, müəssisənin idarəetmə aparatı və bu şirkətin strukturuna daxil olan müəssisələrin rəhbərləri ilə görüş keçirdi.

Azərikimya” İstehsalat Birliyinin fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi ARDNŞ-in diqqət mərkəzindədir. Bununla bağlı son günlər Dövlət Neft Şirkəti tərəfindən “Azərikimya” İstehsalat Birliyi müəssisələrinin fəaliyyətinin bərpası və gücləndirilməsi istiqamətində intensiv işlər operativ tədbirlər həyata keçirilir. Ötən həftə Şirkətin prezidenti Rövnəq Abdullayev “Azərikimya”da həyata keçirilmiş ilkin tədbirlərgörülmüş işlərlə yerində tanış olmaq məqsədi ilə Sumqayıtda olub. O, Səthi Aktiv Maddələr, Üzvi sintez Etilen-Polietilen zavodlarının istehsalat sahələrini gəzərək, yaxın gələcəkdə müasir tələblərə cavab verə biləcək mobil yüksək məhsuldarlıqlı texnoloji qurğuların inşa olunması üçün nəzərdə tutulmuş sahələrdə istismardan çıxarılan avadanlıqların demontaj prosesi ilə tanış olub, İB rəhbərliyiyerli mütəxəssislərlə Birlik qarşısında duran vəzifələri görüləcək işləri müəyyənləşdirib.

ARDNŞ sosial məsələləri və ilk növbədə əməkçilərin sağlamlığını daim diqqət mərkəzində saxlayır. Bu məsələni önə çəkən ARDNŞ prezidenti kimyaçılara xidmət göstərən poliklinikanın fəaliyyəti ilə maraqlanıb. SonraAzərikimyaİstehsalat Birliyində operativ müşavirə keçirilib. Müşavirədə müəssisələrdəki mövcud vəziyyət müzakirə olunub. ARDNŞ prezidenti Rövnəq Abdullayev fəaliyyətini qismən dayandırmış kimya zavodlarında işlərin yenidən qurulması və canlandırılması, gələcək perspektiv planların həyata keçirilməsi ilə bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verib.

Artıq kimyaçılar Şirkətin hər bir tədbirində, həmçinin yaşıllaşdırma kampaniyalarında fəal iştirak edirlər. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilinEkologiya ilielan edilməsi ölkədə ətraf mühitin mühafizəsi məsələlərinin həllinə diqqəti daha da artırıb. Azərbaycanda bu istiqamətdə görülən işlər, genişmiqyaslı proqramların həyata keçirilməsi ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəldilib. Ölkənin hər yerində yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam etdirilir. ARDNŞ-in kollektivi bu tədbirlərdə xüsusi fəallıq göstərir. Şirkətin tabeliyinə verilmişAzərikimyaİB-in işçiləri də yaşıllaşdırma aksiyalarına artıq qoşulublar. Kimyaçılar aprelin 17-də Sumqayıtın “sənaye zonası” adlanan böyük bir ərazisində yaşıllaşdırma və abadlıq işləri həyata keçiriblər. Tədbirdə Sumqayıt-Quba magistralı boyunca 5000-dən artıq ağac gül kolu əkilib, Səthi Aktiv Maddələr Zavodunun ətrafında abadlıq işləri həyata keçirilib. Növbəti kampaniyada isə kimyaçılar Sumqayıt-Quba magistralı boyunca 4000-dən artıq ağac əkiblər. Qeyd edək ki, ölkə iqtisadiyyatının inkişafında özünəməxsus rolu xidmətləri olan neft-kimya sənayesinin kollektivi Sumqayıtın sənaye zonasında ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində öz səylərini artırır. Kimyaçılar istehsalın yüksəlişi ilə paralel olaraq, ekoloji mühitin qorunmasını bundan sonra xüsusilə diqqət mərkəzində saxlamaq əzmindədirlər. Onlar ekoloji mühitin sağlamlaşdırılması üçün hər ay ən azı 2 dəfə olmaqla yaşıllaşdırma tədbiri keçirməklə ilin sonunadək sənaye zonasında 30 mindən çox ağac əkməyi qarşıya məqsəd qoyublar.

Bu gün Dövlət Neft Şirkəti dünyada ən böyük neft şirkətlərindən biri kimi tanınır. Şirkət müvafiq istehsal gücünə, böyük elmi-texniki potensiala malikdir. ARDNŞ-in strukturunda 20 iri idarə, o cümlədən neftin, qazın kəşfiyyatı, işlənməsi, hasilatı, nəqli, emalı, marketinqi, habelə bu sahələr üzrə ixtisaslaşmış elmi-tədqiqat və layihə müəssisələri, trestlər, zavodlar, institutlar, laboratoriyalar fəaliyyət göstərir. Şirkətin malik olduğu potensial yeni neft strategiyası çərçivəsində xarici şirkətlərlə birgə layihələrin uğurla icra olunmasında müstəsna rol oynayır.

Bununla yanaşı, dünyanın tanınmış şirkətləri sırasında adı çəkilən, böyük maliyyə imkanlarına, texnika və texnologiyalara malik olan Dövlət Neft Şirkəti mövcud potensialdan istifadə edərək bir-biri ilə sıx bağlı olan neft, qaz, neftayırma və neft-kimya sənayesinin kompleks inkişafına nail olacaq. Xarici investorların neft-kimya sənayesinə yönəldilməsini təmin etməklə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı üçün imkanlar yaranır. Bununla da Şirkətin fəaliyyət sahələrinin genişləndirilməsi, təkmilləşdirilməsi yaxın gələcəkdə daha böyük uğurların əldə olunacağından xəbər verir.

 

 

Nail Rəhimzadə

 

İki sahil.- 2010.- 6 may.- S. 5.