Tərtərdə
tədbir
Mayın 4-də Yeni
Azərbaycan Partiyası
Tərtər rayon təşkilatının
qərargahında YAP rayon
Gənclər Birliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü
ilə əlaqədar
tədbir keçirdi.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi
önünə əklil, tər çiçək
dəstələri qoyaraq, xatirəsini dərin hörmətlə yad etdilər.
YAP Tərtər
rayon təşkilatı Gənclər
Birliyinin sədri Cavanşir Musayev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlət
gənclər
siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal
iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər
Azərbaycan gəncliyinin inkişafına təkan vermişdir.
Rayon uşaq musiqi məktəbinin müəllimi Emin Haqverdiyev, Qarağacı kənd orta məktəbin
tarix müəllimi Rəşad Qarayev, 6 saylı kənd orta məktəbin
müəllimi Zülfiyyə Abdullayeva, rayon mərkəzi xəstəxanasının həkimi Vüsalə Qəribova, Sarov kənd kitabxanasının müdiri Əfruz Babayeva və digərləri
ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliği,
Azərbaycan dövlətçiliyinin xilas olması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs etdilər.
Aynurə Şirinova
İki sahil.- 2010.- 6 may.- S.7.