“Səfurə
Əlizadə favoritdir!”
Bukmeyker
hesablamalarına görə, bu il Azərbaycanı “Eurovision-2010” Mahnı
Müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin
qalib olmaq şansı
daha böyükdür.
Lent.az-ın məlumatına görə,
favorit iştirakçılar arasında almaniyalı iştirakçı Lena, israilli Harel Skaat da var. Azərbaycanlı
ifaçı Səfurə “Yeni Ulduz” Mahnı Müsabiqəsinin
iştirakçısıdır. “Drip Drop” mahnısını onun
üçün İsveç
musiqiçisi yazıb.
Almaniyanın “Eurovision” təmsilçisi Lena
Meyer Landrut - müsabiqənin ən
gənc iştirakçılarından biridir, müsabiqədən sonra onun 19 yaşı tamam olacaq. “Eurovision”da o, “Satellite”
mahnısını ifa edəcək.
Harel Skaat ölkəsinin “Ulduz fabriki” müsabiqəsinin finalçısıdır. O,
ikinci yarımfinalda “Milim” mahnısını oxuyacaq.
Qeyd edək
ki, ötən gün
“Eurovision-2010” Mahnı Müsabiqəsinin birinci yarımfinalı olub. İkinci yarımfinal mayın 27-də olacaq. Qalibin adı 29 mayda müəyyənləşəcək. Konsertlərin üçü
də Norveçin paytaxtı Osloda, “Telenor Arena” stadionunda keçiriləcək.
İki sahil.- 2010.- 26 may.- S. 16.