Azərbaycan regionun lider dövlətidir
Regional təhlükəsizlik
qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi
olmaqla bərabər onun davamlılığını şərtləndirən
mühüm amillərdəndir. Dünya xəritəsinə nəzər
salsaq, geopolitik subyektlərin daim qarşılıqlı təsirdə
olmasına, hətta bir sıra hallarda bir regiondakı vəziyyətin
digərinin təhlükəsizlik vəziyyətini şərtləndirdiyini
müşahidə edə bilərik. İstənilən
dövlətin təhlükəsizliyi hazırda geniş
siyasi, iqtisadi və mədəni inteqrasiyaya məruz qalan
dünyada beynəlxalq təhlükəsizlik
anlayışından kənar təsəvvür edilə bilməz.
Məhz bu baxımdan, bir çox beynəlxalq təşkilatların
nizamnamə və sənədlərində də beynəlxalq
təhlükəsizliyin qorunması problemi daim öz əksini
tapmaqdadır.
Bu gün
bütün dünyada təhlükəsizlik anlayışı
dövlətlərin malik olduğu müdafiə potensialı
ilə ölçülərək yalnız hərbi
hazırlıq sahəsini əhatə etmir. Müasir dövrdə
ayrı-ayrı dövlətlərin və bütövlükdə
regionların təhlükəsizliyi siyasi, iqtisadi, xüsusilə
isə enerji təhlükəsizliyinin təminatı
baxımından səciyyələndirilir. Xüsusilə,
iqtisadi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin
mühüm tərkib hissəsi olub, dövlətin geosiyasi
gücü hesab edilməklə müstəqilliyin möhkəmlənməsinə
xidmət göstərir. Artıq 19 ildir müstəqil
dövlət kimi balanslaşdırılmış xarici siyasət
yürüdən Azərbaycan həm də unikal coğrafi
mövqeyə malik olmaqla bir deyil, bir neçə regionun təhlükəsizliyinin
etibarlı və davamlı olmasında mühüm geopolitik
faktor kimi çıxış edir.
Son 17 ildə beynəlxalq
səviyyədə ölkəmizə qarşı diqqətin
davamlı olaraq yüksəlməsinə gətirib
çıxaran ən mühüm səbəblərdən
biri də sürətli inkişaf yolunda irəliləyən
Azərbaycanın qazandığı nailiyyətlərin
miqyasını daim genişləndirərək uğurlu bir tərəqqi
modelinin əsasını qoymasıdır. Bunun nəticəsidir
ki, hazırda dünyada inkişafın Azərbaycan modelindən
getdikcə daha çox bəhs olunmağa
başlanılır, onun konkret xüsusiyyətlərinin
öyrənilməsinə böyük diqqət yetirilir.
Özü də dünya miqyasında Azərbaycan təkcə
sürətli sosial-iqtisadi inkişafına görə yox, digər
sahələr üzrə də əldə edilən möhtəşəm
nailiyyətləri baxımından da liderlər cərgəsində
yer alan ölkə kimi qəbul olunur.
Məhz bu kontekstdə
Azərbaycanı beynəlxalq sferada xarakterizə edən
başlıca xüsusiyyətlər onun sürətli iqtisadi
inkişafı olmaqla yanaşı, həm də həyata
keçirdiyi islahatlar, hüquqi dövlət quruculuğunun
formalaşdırılması üçün
gördüyü işlər, vətəndaş cəmiyyətinin
davamlı olaraq tərəqqi etməsi, siyasi, fikir
plüralizminin daha möhkəm əsaslarla bərqərar
olması istiqamətində atdığı konkret
addımlardır. Bu gün ölkəmizdə sosial-iqtisadi
inkişafa paralel olaraq siyasi, elmi, mədəni və digər
vacib sahələrdə də sürətli tərəqqi qeydə
alınır. Bu da öz növbəsində Azərbaycanın
ümumi inkişaf tempinin daha dinamik xarakter
daşımasına təkan verməklə bərabər, onun
Avratlantik məkana uğurlu inteqrasiya prosesinə öz
töhfəsini verməkdədir. Beləliklə də, Azərbaycanın
ümumi inkişafda əldə etdiyi möhtəşəm
nailiyyətlərin ən ümdə səbəblərindən
biri ölkədə siyasi, iqtisadi və digər vacib sahələr
üzrə islahatların paralel şəkildə aparılması,
bunların birinin digərini tamamlamasıdır. Qeyd edilən
inkişaf yolu ümumi nailiyyət göstəriciləri
baxımından Azərbaycanın təkcə mövcud
olduğu regionda yox, daha böyük coğrafi məkanda lider
mövqedən çıxış etməsini şərtləndirən
əsas amillərdəndir.
Qarşıdakı
dövr ərzində Azərbaycanın inkişaf göstəricilərinin
yenə də böyük uğurlarla müşayiət
olunacağı proqnozlaşdırılır və bunun
üçün ölkədə bütün lazımi bazis
formalaşdırılıb. Xüsusən də, iqtisadi
sferada Azərbaycanın mövcud potensialı, o cümlədən
maliyyə imkanları sözügedən sahə üzrə
dinamik tərəqqi tempinin qorunub saxlanmasına geniş
imkanlar yaradır. Artıq bu gün Azərbaycanın valyuta
ehtiyatlarının miqdarı 28 milyard dolları keçir və
ilin sonuna kimi bu rəqəmin daha bir neçə milyard dollar
artacağı gözlənilir. Bu da öz növbəsində
Azərbaycan iqtisadiyyatının gələn illər ərzində
davamlı inkişafının qorunub saxlanmasına təkan
verəcək vacib amillərdən sayılır. Prezident
İlham Əliyev bununla əlaqədar bildirmişdir:
“Ümumi valyuta ehtiyatlarımız 28 milyard dollardan
çoxdur. Bu, əlbəttə ki, bizi daha da gücləndirir,
bizi tam şəkildə əmin edir ki, bundan uzun illər,
onilliklər sonra Azərbaycan ancaq və ancaq inkişaf yolu ilə
gedəcək, Azərbaycan daha da çiçəklənəcək,
daha da zəngin dövlətə çevriləcək və
ölkə qarşısında duran iqtisadi və sosial problemlər
daha da sürətlə həllini tapacaqdır.
Bütövlükdə bu mənzərə bir daha onu göstərir
ki, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır,
daxili resurslara söykənir, Azərbaycanda iqtisadi və sosial
məsələlərin həllində düşünülmüş
proqram, strategiya, hər il üçün layihə paketi
vardır”.
Azərbaycan
iqtisadiyyatının dinamik artımı ölkə vətəndaşlarının
da sosial durumuna müsbət təsir göstərməsinə,
insanların maddi rifah halının daha da yüksəlməsinə
səbəb olmaqdadır. Bu isə sosial problemlərin
uğurlu həllindən, Azərbaycanın sürətlə
inkişaf etməsindən, həyata keçirilən
islahatların səmərəliliyinin yüksək
olmasından xəbər verir.
Dünya enerji siyasətində
və beynəlxalq münasibətlər sistemində sürətlə
dəyişən konyukturaya uyğun olaraq yeni prioritetlər,
dövlətlərarası və beynəlxalq əlaqələrdə
fərqli istiqamətlər meydana
çıxmışdır. Bu baxımdan, ölkəmizin
bağladığı əsas beynəlxalq müqavilələr
və ötən müddətdə aparılan uğurlu enerji
siyasəti nəticəsində Azərbaycan
Respublikasının dövlət müstəqilliyi daha da
möhkəmlənmiş, respublikanın təhlükəsizliyinin
və gələcək tərəqqisinin əlavə təminatları
yaradılmış, Qərb dünyasının Azərbaycana
olan etimadı artmış və nəhayət, Azərbaycan
ümumavropa təhlükəsizlik sisteminə daxil olaraq,
xüsusilə də enerji sahəsində həlledici rol
oynamağa başlamışdır.
Azərbaycan
inkişaf edən Xəzəryanı dövlət olmaqla bu
bölgədə vacib faktordur və bu cəhətdən həll
edilən hər bir məsələ, qəbul edilən hər
bir qərar ilk növbədə bilavasitə Azərbaycanın
milli mənafeləri baxımından nəzərdən
keçirilir. Rusiya, İran, Qazaxıstan, Türkmənistanla
hərtərəfli əməkdaşlığı olan
ölkəmiz bu dövlətlərlə ayrılıqda
yaxın qonşuluq münasibətlərini inkişaf etdirir.
Rusiya üçün Azərbaycan etibarlı enerji partnyoru, ən
müxtəlif sahələrdə tərəfdaş və stabil
inkişaf edən ölkə kimi cənub sərhədlərinin
sabitliyi və təhlükəsizliyinin təminatıdır.
İran üçün Azərbaycanın Cənubi Qafqaz
bölgəsindəki əhəmiyyətli yeri
danılmazdır və Qərb dövlətləri ilə də
balanslı siyasət aparan müsəlman ölkəsi kimi dəyərli
qonşu və lazımlı iqtisadi, siyasi partnyordur.
Özündə
çoxsaylı maraqları qovuşduran və geniş
inkişaf perspektivləri olan Cənubi Qafqaz regionunda Azərbaycan,
sözsüz ki, özünün məqsədəuyğun və
ardıcıl inkişaf siyasəti ilə regional tərəqqidə
təkanverici amildir. Bölgənin üç dövlətindən
biri olan Ermənistanın qeyri-konstruktiv və qeyri-adekvat siyasəti
üzündən region ölkələri arasında ikitərəfli
əsasda sıx qonşuluq və dostluq əlaqələrinin
qurulımasında maneələr qalmaqdadır. Lakin
işğalçılıq siyasətinin qurbanı olmasına
baxmayaraq, Azərbaycan bölgədə və bütün
dünyada məhz sülh və stabilliyin tərəfdarı
olmaqla Qafqaz regionunda təhlükəsizliyin etibarlı təminatı
üçün əlindən gələni edir və
müvafiq siyasəti davam etdirəcəyini dəfələrlə
bəyan etməkdədir.
Dəqiq və hərtərəfli
düşünülmüş regional siyasətlə
yanaşı Azərbaycan qlobal müstəvidə ABŞ-la
münasibətlərinə xüsusi əhəmiyyət verərək,
strateji müttəfiqlik əlaqələrini inkişaf etdirir.
ABŞ isə öz növbəsində Azərbaycanın, Xəzəryanı
bölgənin və Cənubi Qafqazın iqtisadi cəhətdən
güclənməsində, region dövlətlərinin sabit
inkişafının və suverenliyinin möhkəmlənməsində
mühüm faktor olduğunu qəbul edir və onun bu istiqamətdəki
uğurlu siyasətini dəstəkləyir. Bu gün də
ABŞ hökuməti birmənalı şəkildə Azərbaycanın
enerji siyasətini, eləcə də Şərq-Qərb
enerji-nəqliyyat dəhlizi layihələrini və bu tədbirlərin
Azərbaycana və bütün regiona inkişaf və sabitlik
gətirəcəyinə böyük inam nümayiş etdirməkdədir.
Müasir dövrdə
ölkə daxilində və xaricində terrorizmə
qarşı mübarizə təhlükəsizliyini təmin
etmək istəyən hər bir dövlətin siyasi
strategiyasının tərkib hissəsinə daxildir. Uzun
müddət dünyanın siyasi-hərbi xəritəsində
ən mühüm təşkilat olan NATO-nun əsas məqsədi
öz üzv dövlətlərinin bilavasitə müdafiəsinin
və təhlükəsizliyinin təmin edilməsi olub, bu
gün də onun başlıca vəzifəsi olmaqda davam edir.
Bir sıra anterror əməliyyatlarında iştirak etmiş
Azərbaycan bütün qlobal təhlükəsizlik və
stabilliyi əsas tutan NATO ilə əlaqələri də nəinki
ölkəmiz, həmçini bu təşkilat
üçün də əlverişlidir. Belə ki, ərazisində
heç bir xarici dövlətin hərbi qüvvələri
olmayan, həmçinin Avropa və Asiyanın
qovşağında yerləşən Azərbaycan Avroatlantik
Alyansın gələcəkdə böyük strateji əhəmiyyətə
malik Qafqaz regionuna, Yaxın və Orta Şərqə doğru
genişlənməsi ilə əlaqədar ən əhəmiyyətli
ölkə rolunu oynaya bilər.
NATO-Azərbaycan əməkdaşlığını
stimullaşdıran başlıca faktorlar içərisində
Türkiyənin özünəməxsus yeri var. Azərbaycanın
strateji müttəfiqi olan Türkiyə bir tərəfdən,
ərazisində Rusiyanın hərbi bazaları olmayan Azərbaycanın
təhlükəsizliyinin qarantı kimi çıxış
edir, digər tərəfdən, XXI əsrdə
dünyanın mühüm enerji tərəfdaşına
çevrilən Azərbaycanın neft ixracı yolunda
çıxış nöqtəsi rolunu oynayır. Məhz
buna görə, Türkiyə və Azərbaycanın NATO-nun
hərbi-siyasi müstəvisində əhəmiyyəti
artmaqdadır ki, bu da qarşılıqlı əlaqələrin
getdikcə genişlənməsinə səbəb olur. Bu
baxımdan Azərbaycanın da NATO-ya üzv olması
Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı
daha da dərinləşdirməyə imkan verə bilər. Azərbaycan-Türkiyə
münasibətləri heç bir digər ikitərəfli
münasibətlə müqayisə edilə bilməz və bu
iki dövlət arasındakı münasibət
özünün tarixi, mədəni, siyasi
bağlılığı ilə sıx strateji müttəfiqlik
və ən əsası yaxın qardaşlıq və dostluq
xarakteri ilə fərqlənir.
Bütün bunlar,
eyni zamanda, Azərbaycanın Avropa İttifaqının
“Qonşuluq siyasəti” proqramı çərçivəsində
mühüm strateji ölkə olduğunu göstərir və
Cənubi Qafqaz ölkələrinin Birliyə
inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyir.
Avropanın diqqətində olan məsələ budur ki,
bölgədə sülhə, sabitliyə və əməkdaşlığa
ən çox meyilli və bu işə yardım edə biləcək
dövlət də məhz Azərbaycandır. Bu gün
geniş iqtisadi, siyasi, hüquqi və sosial islahatları davam
etdirən ölkəmiz Avropa dəyərlərinə yiyələnmiş,
savadlı, demokratik təbiətli, inkişafa meyilli və
tolerant əhaliyə, bəşəri dəyərləri
yüksək qiymətləndirən elitaya malikdir. Qeyd etmək
lazımdır ki, bütün dünyada təkcə insan
hüquq və azadlıqlarının qorunması deyil, həmçinin
dövlətin daxilində və dövlətlərarası
münasibətlərdə də bərabər hüquq və
ədalətlilik prinsipinin rəhbər tutulması
bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə
və əmin-amanlığa şərait yaratmış olur,
stabilliyi təmin edir. Bu baxımdan beynəlxalq təşkilatların
sadalanan istiqamətdə dövlətlərin birgə fəaliyyətə
və qarşılıqlı əməkdaşlığa cəlb
olunması mühüm əhəmiyyətə malikdir.
Beynəlxalq siyasi
şəraitin dəyişməsi ilə müxtəlif
dövlətlər öz geosiyasi mənafeyini qorumağı
bacarmalıdır. Siyasi proseslərdə milli mənafeyin
qorunması bacarığında milli özünüdərketmə
əhəmiyyətli rol oynayır. Dünyanın, regionun
siyasi dəyişikliyi prosesində milli mənafeyin
qorunması birbaşa olaraq müstəqilliyin, suverenliyin
qorunması deməkdir. Hal-hazırda müstəqil Azərbaycan
özünün sülhpərvər mövqeyi, qonşu,
region və bütövlükdə əməkdaşlığa
meyilli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin
səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi,
inkişaf potensialı ilə dünya dövlətləri
arasında rəğbət və dəstək qazanmaqda davam
edir və tərkib hissəsi olduğu regionun stabil
inkişafı və təhlükəsizliyinin təminatında
üzərinə düşən rolu uğurla yerinə
yetirir.
www.yap.org.azRegional təhlükəsizlik
qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi
olmaqla bərabər onun davamlılığını şərtləndirən
mühüm amillərdəndir. Dünya xəritəsinə nəzər
salsaq, geopolitik subyektlərin daim qarşılıqlı təsirdə
olmasına, hətta bir sıra hallarda bir regiondakı vəziyyətin
digərinin təhlükəsizlik vəziyyətini şərtləndirdiyini
müşahidə edə bilərik. İstənilən
dövlətin təhlükəsizliyi hazırda geniş
siyasi, iqtisadi və mədəni inteqrasiyaya məruz qalan
dünyada beynəlxalq təhlükəsizlik
anlayışından kənar təsəvvür edilə bilməz.
Məhz bu baxımdan, bir çox beynəlxalq təşkilatların
nizamnamə və sənədlərində də beynəlxalq
təhlükəsizliyin qorunması problemi daim öz əksini
tapmaqdadır.
Bu gün
bütün dünyada təhlükəsizlik
anlayışı dövlətlərin malik olduğu
müdafiə potensialı ilə ölçülərək
yalnız hərbi hazırlıq sahəsini əhatə etmir.
Müasir dövrdə ayrı-ayrı dövlətlərin və
bütövlükdə regionların təhlükəsizliyi
siyasi, iqtisadi, xüsusilə isə enerji təhlükəsizliyinin
təminatı baxımından səciyyələndirilir.
Xüsusilə, iqtisadi təhlükəsizlik ölkənin
milli təhlükəsizliyinin mühüm tərkib hissəsi
olub, dövlətin geosiyasi gücü hesab edilməklə
müstəqilliyin möhkəmlənməsinə xidmət
göstərir. Artıq 19 ildir müstəqil dövlət
kimi balanslaşdırılmış xarici siyasət
yürüdən Azərbaycan həm də unikal coğrafi
mövqeyə malik olmaqla bir deyil, bir neçə regionun təhlükəsizliyinin
etibarlı və davamlı olmasında mühüm geopolitik
faktor kimi çıxış edir.
Son 17 ildə beynəlxalq
səviyyədə ölkəmizə qarşı diqqətin
davamlı olaraq yüksəlməsinə gətirib
çıxaran ən mühüm səbəblərdən
biri də sürətli inkişaf yolunda irəliləyən
Azərbaycanın qazandığı nailiyyətlərin
miqyasını daim genişləndirərək uğurlu bir tərəqqi
modelinin əsasını qoymasıdır. Bunun nəticəsidir
ki, hazırda dünyada inkişafın Azərbaycan modelindən
getdikcə daha çox bəhs olunmağa
başlanılır, onun konkret xüsusiyyətlərinin
öyrənilməsinə böyük diqqət yetirilir.
Özü də dünya miqyasında Azərbaycan təkcə
sürətli sosial-iqtisadi inkişafına görə yox, digər
sahələr üzrə də əldə edilən möhtəşəm
nailiyyətləri baxımından da liderlər cərgəsində
yer alan ölkə kimi qəbul olunur.
Məhz bu kontekstdə
Azərbaycanı beynəlxalq sferada xarakterizə edən
başlıca xüsusiyyətlər onun sürətli iqtisadi
inkişafı olmaqla yanaşı, həm də həyata
keçirdiyi islahatlar, hüquqi dövlət quruculuğunun
formalaşdırılması üçün
gördüyü işlər, vətəndaş cəmiyyətinin
davamlı olaraq tərəqqi etməsi, siyasi, fikir
plüralizminin daha möhkəm əsaslarla bərqərar
olması istiqamətində atdığı konkret addımlardır.
Bu gün ölkəmizdə sosial-iqtisadi inkişafa paralel
olaraq siyasi, elmi, mədəni və digər vacib sahələrdə
də sürətli tərəqqi qeydə alınır. Bu da
öz növbəsində Azərbaycanın ümumi
inkişaf tempinin daha dinamik xarakter daşımasına təkan
verməklə bərabər, onun Avratlantik məkana uğurlu
inteqrasiya prosesinə öz töhfəsini verməkdədir.
Beləliklə də, Azərbaycanın ümumi inkişafda əldə
etdiyi möhtəşəm nailiyyətlərin ən ümdə
səbəblərindən biri ölkədə siyasi, iqtisadi və
digər vacib sahələr üzrə islahatların paralel
şəkildə aparılması, bunların birinin digərini
tamamlamasıdır. Qeyd edilən inkişaf yolu ümumi nailiyyət
göstəriciləri baxımından Azərbaycanın təkcə
mövcud olduğu regionda yox, daha böyük coğrafi məkanda
lider mövqedən çıxış etməsini şərtləndirən
əsas amillərdəndir.
Qarşıdakı
dövr ərzində Azərbaycanın inkişaf göstəricilərinin
yenə də böyük uğurlarla müşayiət
olunacağı proqnozlaşdırılır və bunun
üçün ölkədə bütün lazımi bazis
formalaşdırılıb. Xüsusən də, iqtisadi
sferada Azərbaycanın mövcud potensialı, o cümlədən
maliyyə imkanları sözügedən sahə üzrə
dinamik tərəqqi tempinin qorunub saxlanmasına geniş
imkanlar yaradır. Artıq bu gün Azərbaycanın valyuta
ehtiyatlarının miqdarı 28 milyard dolları keçir və
ilin sonuna kimi bu rəqəmin daha bir neçə milyard dollar
artacağı gözlənilir. Bu da öz növbəsində
Azərbaycan iqtisadiyyatının gələn illər ərzində
davamlı inkişafının qorunub saxlanmasına təkan
verəcək vacib amillərdən sayılır. Prezident
İlham Əliyev bununla əlaqədar bildirmişdir:
“Ümumi valyuta ehtiyatlarımız 28 milyard dollardan
çoxdur. Bu, əlbəttə ki, bizi daha da gücləndirir,
bizi tam şəkildə əmin edir ki, bundan uzun illər,
onilliklər sonra Azərbaycan ancaq və ancaq inkişaf yolu ilə
gedəcək, Azərbaycan daha da çiçəklənəcək,
daha da zəngin dövlətə çevriləcək və
ölkə qarşısında duran iqtisadi və sosial problemlər
daha da sürətlə həllini tapacaqdır.
Bütövlükdə bu mənzərə bir daha onu göstərir
ki, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır,
daxili resurslara söykənir, Azərbaycanda iqtisadi və sosial
məsələlərin həllində
düşünülmüş proqram, strategiya, hər il
üçün layihə paketi vardır”.
Azərbaycan
iqtisadiyyatının dinamik artımı ölkə vətəndaşlarının
da sosial durumuna müsbət təsir göstərməsinə,
insanların maddi rifah halının daha da yüksəlməsinə
səbəb olmaqdadır. Bu isə sosial problemlərin
uğurlu həllindən, Azərbaycanın sürətlə
inkişaf etməsindən, həyata keçirilən
islahatların səmərəliliyinin yüksək
olmasından xəbər verir.
Dünya enerji siyasətində
və beynəlxalq münasibətlər sistemində sürətlə
dəyişən konyukturaya uyğun olaraq yeni prioritetlər,
dövlətlərarası və beynəlxalq əlaqələrdə
fərqli istiqamətlər meydana
çıxmışdır. Bu baxımdan, ölkəmizin
bağladığı əsas beynəlxalq müqavilələr
və ötən müddətdə aparılan uğurlu enerji
siyasəti nəticəsində Azərbaycan Respublikasının
dövlət müstəqilliyi daha da möhkəmlənmiş,
respublikanın təhlükəsizliyinin və gələcək
tərəqqisinin əlavə təminatları
yaradılmış, Qərb dünyasının Azərbaycana
olan etimadı artmış və nəhayət, Azərbaycan
ümumavropa təhlükəsizlik sisteminə daxil olaraq, xüsusilə
də enerji sahəsində həlledici rol oynamağa
başlamışdır.
Azərbaycan
inkişaf edən Xəzəryanı dövlət olmaqla bu
bölgədə vacib faktordur və bu cəhətdən həll
edilən hər bir məsələ, qəbul edilən hər
bir qərar ilk növbədə bilavasitə Azərbaycanın
milli mənafeləri baxımından nəzərdən
keçirilir. Rusiya, İran, Qazaxıstan, Türkmənistanla
hərtərəfli əməkdaşlığı olan
ölkəmiz bu dövlətlərlə ayrılıqda
yaxın qonşuluq münasibətlərini inkişaf etdirir.
Rusiya üçün Azərbaycan etibarlı enerji partnyoru, ən
müxtəlif sahələrdə tərəfdaş və
stabil inkişaf edən ölkə kimi cənub sərhədlərinin
sabitliyi və təhlükəsizliyinin təminatıdır.
İran üçün Azərbaycanın Cənubi Qafqaz
bölgəsindəki əhəmiyyətli yeri
danılmazdır və Qərb dövlətləri ilə də
balanslı siyasət aparan müsəlman ölkəsi kimi dəyərli
qonşu və lazımlı iqtisadi, siyasi partnyordur.
Özündə
çoxsaylı maraqları qovuşduran və geniş
inkişaf perspektivləri olan Cənubi Qafqaz regionunda Azərbaycan,
sözsüz ki, özünün məqsədəuyğun və
ardıcıl inkişaf siyasəti ilə regional tərəqqidə
təkanverici amildir. Bölgənin üç dövlətindən
biri olan Ermənistanın qeyri-konstruktiv və qeyri-adekvat siyasəti
üzündən region ölkələri arasında ikitərəfli
əsasda sıx qonşuluq və dostluq əlaqələrinin
qurulımasında maneələr qalmaqdadır. Lakin
işğalçılıq siyasətinin qurbanı
olmasına baxmayaraq, Azərbaycan bölgədə və
bütün dünyada məhz sülh və stabilliyin tərəfdarı
olmaqla Qafqaz regionunda təhlükəsizliyin etibarlı təminatı
üçün əlindən gələni edir və
müvafiq siyasəti davam etdirəcəyini dəfələrlə
bəyan etməkdədir.
Dəqiq və hərtərəfli
düşünülmüş regional siyasətlə
yanaşı Azərbaycan qlobal müstəvidə ABŞ-la
münasibətlərinə xüsusi əhəmiyyət verərək,
strateji müttəfiqlik əlaqələrini inkişaf etdirir.
ABŞ isə öz növbəsində Azərbaycanın, Xəzəryanı
bölgənin və Cənubi Qafqazın iqtisadi cəhətdən
güclənməsində, region dövlətlərinin sabit
inkişafının və suverenliyinin möhkəmlənməsində
mühüm faktor olduğunu qəbul edir və onun bu istiqamətdəki
uğurlu siyasətini dəstəkləyir. Bu gün də
ABŞ hökuməti birmənalı şəkildə Azərbaycanın
enerji siyasətini, eləcə də Şərq-Qərb
enerji-nəqliyyat dəhlizi layihələrini və bu tədbirlərin
Azərbaycana və bütün regiona inkişaf və sabitlik
gətirəcəyinə böyük inam nümayiş etdirməkdədir.
Müasir dövrdə
ölkə daxilində və xaricində terrorizmə
qarşı mübarizə təhlükəsizliyini təmin
etmək istəyən hər bir dövlətin siyasi
strategiyasının tərkib hissəsinə daxildir. Uzun
müddət dünyanın siyasi-hərbi xəritəsində
ən mühüm təşkilat olan NATO-nun əsas məqsədi
öz üzv dövlətlərinin bilavasitə müdafiəsinin
və təhlükəsizliyinin təmin edilməsi olub, bu
gün də onun başlıca vəzifəsi olmaqda davam edir.
Bir sıra anterror əməliyyatlarında iştirak etmiş
Azərbaycan bütün qlobal təhlükəsizlik və
stabilliyi əsas tutan NATO ilə əlaqələri də nəinki
ölkəmiz, həmçini bu təşkilat
üçün də əlverişlidir. Belə ki, ərazisində
heç bir xarici dövlətin hərbi qüvvələri
olmayan, həmçinin Avropa və Asiyanın
qovşağında yerləşən Azərbaycan Avroatlantik
Alyansın gələcəkdə böyük strateji əhəmiyyətə
malik Qafqaz regionuna, Yaxın və Orta Şərqə doğru
genişlənməsi ilə əlaqədar ən əhəmiyyətli
ölkə rolunu oynaya bilər.
NATO-Azərbaycan əməkdaşlığını
stimullaşdıran başlıca faktorlar içərisində
Türkiyənin özünəməxsus yeri var. Azərbaycanın
strateji müttəfiqi olan Türkiyə bir tərəfdən,
ərazisində Rusiyanın hərbi bazaları olmayan Azərbaycanın
təhlükəsizliyinin qarantı kimi çıxış
edir, digər tərəfdən, XXI əsrdə
dünyanın mühüm enerji tərəfdaşına
çevrilən Azərbaycanın neft ixracı yolunda
çıxış nöqtəsi rolunu oynayır. Məhz
buna görə, Türkiyə və Azərbaycanın NATO-nun
hərbi-siyasi müstəvisində əhəmiyyəti
artmaqdadır ki, bu da qarşılıqlı əlaqələrin
getdikcə genişlənməsinə səbəb olur. Bu
baxımdan Azərbaycanın da NATO-ya üzv olması
Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı
daha da dərinləşdirməyə imkan verə bilər. Azərbaycan-Türkiyə
münasibətləri heç bir digər ikitərəfli
münasibətlə müqayisə edilə bilməz və bu
iki dövlət arasındakı münasibət
özünün tarixi, mədəni, siyasi
bağlılığı ilə sıx strateji müttəfiqlik
və ən əsası yaxın qardaşlıq və dostluq
xarakteri ilə fərqlənir.
Bütün bunlar,
eyni zamanda, Azərbaycanın Avropa İttifaqının
“Qonşuluq siyasəti” proqramı çərçivəsində
mühüm strateji ölkə olduğunu göstərir və
Cənubi Qafqaz ölkələrinin Birliyə
inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyir.
Avropanın diqqətində olan məsələ budur ki,
bölgədə sülhə, sabitliyə və əməkdaşlığa
ən çox meyilli və bu işə yardım edə biləcək
dövlət də məhz Azərbaycandır. Bu gün
geniş iqtisadi, siyasi, hüquqi və sosial islahatları davam
etdirən ölkəmiz Avropa dəyərlərinə yiyələnmiş,
savadlı, demokratik təbiətli, inkişafa meyilli və
tolerant əhaliyə, bəşəri dəyərləri
yüksək qiymətləndirən elitaya malikdir. Qeyd etmək
lazımdır ki, bütün dünyada təkcə insan
hüquq və azadlıqlarının qorunması deyil, həmçinin
dövlətin daxilində və dövlətlərarası
münasibətlərdə də bərabər hüquq və
ədalətlilik prinsipinin rəhbər tutulması
bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə
və əmin-amanlığa şərait yaratmış olur,
stabilliyi təmin edir. Bu baxımdan beynəlxalq təşkilatların
sadalanan istiqamətdə dövlətlərin birgə fəaliyyətə
və qarşılıqlı əməkdaşlığa cəlb
olunması mühüm əhəmiyyətə malikdir.
Beynəlxalq siyasi
şəraitin dəyişməsi ilə müxtəlif
dövlətlər öz geosiyasi mənafeyini qorumağı
bacarmalıdır. Siyasi proseslərdə milli mənafeyin
qorunması bacarığında milli özünüdərketmə
əhəmiyyətli rol oynayır. Dünyanın, regionun
siyasi dəyişikliyi prosesində milli mənafeyin
qorunması birbaşa olaraq müstəqilliyin, suverenliyin
qorunması deməkdir. Hal-hazırda müstəqil Azərbaycan
özünün sülhpərvər mövqeyi, qonşu,
region və bütövlükdə əməkdaşlığa
meyilli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin
səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi,
inkişaf potensialı ilə dünya dövlətləri
arasında rəğbət və dəstək qazanmaqda davam
edir və tərkib hissəsi olduğu regionun stabil
inkişafı və təhlükəsizliyinin təminatında
üzərinə düşən rolu uğurla yerinə
yetirir.
İki sahil.- 2010.- 2 noyabr.- S. 4.