Azərbaycan Jurnalistlərinin
Türkiyə səfəri başa çatdı
Oktyabrın 24-dən
28-nə kimi Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
(KİVDF) təşkilatçılığı ilə bir qrup
baş redaktor və jurnalist qurum rəhbərləri
İstanbulda işgüzar səfərdə olublar. Səfər
çərçivəsində hər iki ölkənin
KİV nümayəndələri təcrübə və
informasiya mübadiləsi etmiş və iş təcrübələrini
bölüşmüşlər. İşgüzar səfər
proqramı çərçivəsində Azərbaycan
KİV nümayəndələri İstanbul şəhərində
salınmış Heydər Əliyev parkında ümummilli
lider Heydər Əliyevin büstünün önünə
gül çələngi qoyublar. Ulu öndərin
büstünün ziyarətinə Azərbaycanın
İstanbuldakı baş konsulu Həsən Zeynalov da
qatılıb.
Bundan sonra Azərbaycan
KİV nümayəndələri “Star” qəzetində
görüş keçiriblər. Qonaqları qəzetin
baş direktorunun məsləhətçisi İbrahim Kiras
qarşılayıb. Azərbaycan KİV nümayəndə
heyətinin rəhbəri, Prezident yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli səfərlərinin
məqsəd və məramı barədə məlumat verib.
İcraçı direktor söyləyib ki, onların ilk səfərlərini
məhz qardaş Turkiyədən
başlamalarına səbəb Azərbaycan hökumətinin və
mətbuatının qardaş Türkiyəyə verdiyi
böyük qiymətdən qaynaqlanıb. O bildirib ki,
onların səfərlərinin əsas məqsədi
Türkiyə qəzetçilərinin təcrübəsini
öyrənmək, bunu Azərbaycanda tətbiq etməkdir. Gələcəkdə
əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində
aparılacaq işlərdən biri də Türkiyənin mətbuat
nümayəndələrini Azərbaycana dəvət edərək
qarşılıqlı əməkdaşlığı
gücləndirməkdir. V.Səfərli qeyd edib ki, səfər
çərçivəsində müxtəlif media qurumlarında təşkil
olunacaq görüşlər zamanı Türkiyə
mediasının, əsasən də qəzet jurnalistlərinin
fəaliyyətləri, qəzetlərin nəşri, mövzu
seçimləri, reklamın cəlb olunması və sairə məsələlər
barədə qarşılıqlı müzakirələr ediləcək.
Sonra icraçı
direktor Azərbaycanda KİVDF-nin fəaliyyətindən də
danışıb. O deyib ki, 2009-cu ildə Azərbaycan
Prezidentinin fərmanı ilə yaradılmış fond indiyə
kimi bir çox layihələrin gerçəkləşməsinə
yardım edib. Fondun dəstəyi ilə milli mətbuatın
inkişafı istiqamətində səmərəli işlər
görülüb. Artıq ikinci ildir ki, qəzetlərə və
informasiya agentliklərinə birbaşa yardım edilir. Hər
il müsabiqələr elan edilib və bu müsabiqələrdən
həm jurnalist təşkilatları, həm də fərdi
jurnalistlər yararlanıb. İldə 3 dəfə müxtəlif
mövzularda fərdi jurnalistlər üçün müsabiqələr
keçirilib. Hər bir mövzunun qalibi 1000 manat mükafata
layiq görülüb. Bu tip müsabiqələrin
keçirilməsi mətbuatın inkişafına və
jurnalistlərin peşəkarlığının
artırılmasına xidmət göstərib. Eyni zamanda
qeyri-hökumət təşkilatı kimi fəaliyyət
göstərən jurnalist qurumları da mətbuata öz
töhfələrini verməsinə dəstək göstərib.
Cənab V.Səfərli Türkiyədəki həmkarlarına
bildirdi ki, milli mətbuatın 135 illik yubileyi münasibətilə
Azərbaycanın dövlət rəhbəri dünyada analoqu
olmayan addım atıb. Prezidentin Sərəncamı ilə
jurnalistlərin sosial durumunun
yaxşılaşdırılması və mənzil problemlərinin
həlli yönündə 5 milyon manat pul ayrılıb.
Düşünürük ki, bu dəstəyin bundan sonra da
davamı olacaqdır. V.Səfərlinin bu sözlərini dinləyən
İ.Kiras bu cür təcrübələri Türkiyənin
Azərbaycandan öyrənməsinin gərək olduğunu
söyləyib. İbrahim Kiras
Azərbaycanda mətbuatın inkişafına dövlət tərəfindən
göstərilən dəstəyi yüksək qiymətləndirib.
Eyni zamanda,
İbrahim Kiras təmsil etdiyi qəzetin yaranma tarixindən və
indiki durumundan söhbət açıb. Onun sözlərinə
görə, ilk saylarında əsasən
əyləncə, şou xəbərlərlə tanınan
“Star” qəzeti sonralar ictimai-siyasi xəbərlərə də
yer ayırıb. İlk sayları az qala yarım milyon olan qəzetin
indiki tirajı aşağı düşüb. O, bunun səbəbini
qəzetin satılması ilə əlaqələndirib. Cənab
İbrahim Kiras “Star” qəzetinin 150 min tirajla nəşr
olunduğunu qeyd edib. O deyib ki, qəzetin əsas gəliri
reklamların hesabınadır. 50 quruşa satılan qəzet
satışdan əldə etdiyi gəlir hesabına yaşaya
bilməz. Satışdan əldə olunan gəlir qəzetin
maya dəyərini ödəmir.
Bundan sonra jurnalistlər
“Zaman Media Qrupu” ilə görüş keçiriblər. Qonaqları
“Cihan” İnformasiya Agentliyinin baş direktoru Abdulhamit Bilici
qarşılayıb. O, “Cihan” İnformasiya Agentliyinin iş
üslubu haqqında danışıb. Bildirib ki, onun rəhbərlik
etdiyi agentliyin Azərbaycanda tərəfdaşları var. Onlar
“Trend” İnformasiya Agentliyi ilə əməkdaşdırlar.
Həmçinin İTV “Cihan” agentliyinin xəbərlərinin
alıcısıdır. Abdulhamit Bilici Türkiyədə fəaliyyət
göstərən media orqanları arasında “Cihan”
İnformasiya Agentliyinin Azərbaycanda baş verən olaylara həssas
yanaşdığını və Azərbaycanın dərdlərini
bölüşdüyünü söyləyib. 20 Yanvar və
Xocalı faciəsi günlərində Azərbaycana dair
xüsusi səhifə ayırdıqlarını vurğulayan
baş direktor bu əməkdaşlığın
qarşılıqlı olmasından məmnunluq duyduğunu
ifadə edib. Eyni zamanda, “Cihan” İnformasiya Agentliyində Azərbaycandan
olan jurnalistlərin çalışdığını da
xatırladıb. Azərbaycandan olan jurnalistlərlə
qonaqları tanış edib.
“Zaman” və “Today” qəzetlərinin
yerləşdiyi “Zaman Media Qrupu”nun yeni binası ilə
tanışlıq Azərbaycan KİV nümayəndələrində
böyük maraq oyadıb. Binada işçilərin dincəlməsi
üçün fitnes klublar, həkim məntəqəsi, yeməkxana
və sairə fəaliyyət göstərir. Bundan əlavə
jurnalistlər gün ərzində bəlli zamanlarda mini-avtobus
servisindən istifadə edə bilir. Səhər
işçilərin işə vaxtında çatması
üçün şəhərin bir neçə yerində
mini avtobuslar əməkdaşları işə
daşıyır. Həmçinin işçilərin
axşam gec saatlarında işdən çıxması nəzərə
alınaraq, onlar evlərinə yaxın məntəqələrə
daşınır. “Zaman Media Qrupu”na
məxsus bina son bir-iki ildir ki,
işçilərin ixtiyarına
verilib. Müasir standartlara tam cavab
verən binada enerjini israf etməyə lüzum yoxdur. Çünki hər tərəf ağ şüşə
ilə şüşələnmiş,
otaqların və dəhlizin arakəsmələri
şüşə ilə
kəsildiyindən təbii
günəş enerjisindən
maksimum faydalanmaq mümkündür. Binanın arxa
tərəfində qəzetin
öz nəşriyyatı
var. Həmin nəşriyyatda
İstanbul üzrə
paylanacaq qəzet və jurnallar nəşr edilir.
Binada təşkil edilmiş
kiçik ekskursiyadan qonaqlar razı qalaraq Hakan Cidal
və Celis Sağıra minnətdarlıqlarını
bildirdilər.
Səfərin ertəsi günü isə KİV nümayəndə heyəti
“Başbakanlıq yanında
Mətbuat və İnformasiya Baş İdarəsi”nin İstanbul şöbəsində
region müdiri Necimettin
Altuntaşla görüş
keçirib. N.Altuntaş qurumun fəaliyyəti
barədə nümayəndə
heyətinə geniş
məlumat verib.
O bildirib ki, onun təmsil etdiyi təşkilat aidiyyəti orqanların ictimaiyyətə zamanında
və doğru, tanıdıcı informasiya
ilə təmin etməsinə, açıqlama
verilməsinə yardımçı
olur. Dövlətin tanıtma siyasətinə
yardımçı olmaq
onların əsas görəviləridir. Eyni zamanda,
hökumətin tətbiq
edəcəyi strategiyaların
həyata keçirilməsində
iştirak edirlər.
İctimai rəyin, ictimaiyyətin
aidiyyəti orqanlara zamanında və doğru bilgilər verilməsini təmin edirlər. Bu fəaliyyətləri çərçivəsində
onlar xüsusi bülletenlər hazırlayıb
müxtəlif qurumlara
paylayır, yerli və xarici media mənsublarını sarı
kartla təmin edirlər. Həmçinin KİV nümayəndələrinə seminarların təşkili
və sairə işləri görürlər.
Proqram çərçivəsində
növbəti görüş
“Qəzetəçilər və
Yazarlar Fondu”nda təşkil olunub. Hər iki ölkənin KİV nümayəndələrinin iştirakı
ilə dəyirmi masa keçirilib. Dəyirmi masada
Azərbaycan və Türkiyə əlaqələrinin
inkişafında görülə
biləcək məsələlərin
müzakirəsi aparılıb.
Dəyirmi masada “Qəzetəçilər və Yazarlar Fondu”nun sədri Mustafa Yeşil, “Dialoq- Avroasiya Platforması”nın
bas katibi İsmayıl
Taş, “Medialog Platforması”nın baş
katibi Erkam Tufan Aytav, “Bugün” qəzetinin yazarı Camal Uşaq, “Todays Zaman” qəzetinin
baş redaktoru Bülent Kenes, “Samanyolu” proqram yapımcısı Faruk Mercan, Azərbaycan KİV nümayəndə heyətinin
rəhbəri KİVDF-nin
icraçı direktoru
Vüqar Səfərli, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Ekspress” qəzetinin təsisçisi
Müşfiq Səfiyev,
“Bakı xəbər”
qəzetinin baş redaktoru Aydın Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “525-ci
qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti
Sevil Yusifova, “Dialoq Avrasiya Platforması”nın Azərbaycan
koordinatoru Mustafa Saatçı
iştirak etmişdir.
Müzakirə zamanı hər
iki ölkənin jurnalistlərinin əlaqələrinin
inkişaf etdirilməsi
üçün müvafiq
təkliflər müzakirə
edilmişdir.
Oktyabrın 27-də Azərbaycan
KİV nümayəndə heyəti
“Hüriyyət” qəzetinin
redaksiyasında Türkiyə
Mətbuat Şurasının
sədri Oktay Ekşi ilə görüş keçirib.
O.Ekşi Türkiyədə Mətbuat Şurasının
yaranma tarixindən və indiyə kimi gördükləri işlər barədə qonaqlara məlumat verib. Eyni zamanda, Oktay Ekşi Mətbuat
Şurasının nizamnaməsi
və seçimləri
barədə də danışıb. O, Mətbuat
Şurasının işi
ilə Azərbaycandan
gələn qonaqları
yaxından tanış
etməklə bərabər
onları maraqlandıran
suallara da cavab verib. Oktay Ekşi
vurğulayıb ki, Mətbuat Şurasının
işini 16 peşə
şərtləri nizamlayır.
Şuraya üzv olan qəzetlər üzvlük
haqqı ödəyir.
Maddi yardımlar “Vakf”da toplanır. Şurada iki nəfər
əməkhaqqı alır.
Bu da Şuranın
sədri və icraçı katibidir.
Şuraya seçimlər zamanı
qəzetlərin tirajı
da nəzərə alınır. 150 min tirajı olan qəzetlərə iki yer ayrılır.
Mətbuat Şurası şikayət edilən yazılar haqqında bu qərarlardan birini çıxarır:
1) məqalə
təhlil edilib, ərizə rədd edilir;
2) jurnalistin
yazdığı yazıya
görə müəllifə
xəbərdarlıq edilir;
3) Şura yazını qınayır.
Müzakirə zamanı əsasən 16 peşə
maddəsi nəzərə
alınır. Bütün xəbərlər çevik internet saytında
yerləşdirilir.
Azərbaycan KİV nümayəndə
heyətinin rəhbəri,
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun icraçı
direktoru Vüqar Səfərli Azərbaycan
mətbuatının bugünkü
durumu və fondun fəaliyyəti haqqında danışıb.
Oktay Ekşi “Hüriyyət”
qəzetinin baş yazarı kimi qəzetdə gördüyü
işlərdən də
söhbət açıb. Mövzuların seçilməsində, manşet yazısının
hazırlanması prosesindəki
incəlikləri də
izah edib.
Vüqar Səfərli Oktay
Ekşiyə səmimi
qəbul üçün
minnətdarlığını bildirib.
Sonra KİV nümayəndələri “Kanaltürk İpək
Media Qrupu”nda görüşlərini
davam etdirib. “Kanaltürk”ün xəbərlər
müdiri Tarik Toros “İpək
Media Qrupu”nun yaranması
və iş fəaliyyəti haqqında
məlumat verib. O, eyni zamanda 70-ci illərin Türkiyəsi ilə müasir Türkiyəni müqayisə edib. İndiki dövrdə mətbuatın
vəziyyəti, ölkələrində
gedən islahatlar barədə geniş məruzə ilə çıxış edib.
Qonaqlar “Kanaltürk”ün studiyalarını
gəzib iş üslubları ilə tanış olublar. Sonra isə qonaqlar “Bugün” qəzetinin baş direktoru Erhan Başyurtla görüşüblər. Hər iki ölkənin jurnalistlərinin qarşılıqlı
əməkdaşlığının aparılması müzakirə
edilib. Bununla da Azərbaycan
KİV nümayəndə heyəti
səfərini başa
vurub.
S.Yusifova
İki sahil.-2010.- 3 noyabr.- S. 14.