Bakıda "Yaponiya Günü"

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində "Yaponiya Günü" adlı tədbir başlayıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Temurçin Əfəndiyev bildirib ki, çox qədim zəngin ənənələrə sahib olan yapon mədəniyyəti incə-sənəti Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində öyrənilir. O, tələbələrin yapon teatr sənəti təsviri sənətinin öyrənifməsinə böyük maraq göstərdiklərini deyib. Rektor keçirilən tədbirin başçılıq etdiyi universitetin   Yaponiyanın   tədris ocaqları ilə əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyini söyləyib.

Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe isə etiraf edib ki, Azərbaycana gəlməzdən əvvəl ölkəni yalnız neft-qaz məmləkəti kimi təsəvvür edirmiş; "Burada olduğum üç həftə ərzində bölgələrdə oldum fikirlərim tam dəyişdi. İndi mən görürəm ki, Azərbaycan yalnız təbii resursları ilə yox, insan resursları ilə zəngindir. Ona görə mən Yaponiya ilə Azərbaycan arasında xüsusilə mədəniyyət sahəsində əlaqələri genişləndirmək istəyirəm".

 

 

İki sahil.- 2010.- 12 noyabr.- S. 16.