30
şirkətə turizm fəaliyyətinə
xüsusi razılıq - lisenziya
verilib
459 nəfər təşkil edib ki, bu da
ötən iiin 6 ayı ilə müqayisədə 13% və
ya 102 251 nəfər çox-dur. Əlavə olaraq qeyd etmək olar ki, 2009-cu ildə Azərbaycana gələn əcnəbi vətəndaşların
sayı 1 830 367 nəfər
təşkil edib.
Bunun da 1 429 825 nəfəri turistlərin payına düşür".
Nazirin sözlərinə
görə, Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin
sayı 477-dir. 2009-cu il-də bu obyektlərin sayı
452 təşkil edib. Respublika
üzrə yataq yerlərinin ümumi sayı isə 2009-cu ilin
göstəricilərində 30 571-dir: "Azərbaycanın
şimal bölgəsi üzrə mehmanxana və ona bərabər
tutulan yerləşdirmə obyektlərinin
yüklənmə faizi həftəarası
60-70%, həftəsonu 100%, şimal-qərb bölgəsi
üzrə yüklənmə faizi həftəarası
50-60%, həftəsonu 100%, cənub bölgəsi üzrə
isə yüklənmə faizi həftəarası
40-50%, həftəsonu 80% səviyyəsindədir.
Ümumilıkdə Azərbaycanın regıonları üzrə
mehmanxana və ona bərabər
tutulan yerləşdirmə ob-yektlərində
721 560 gecələmə müşahidə olunub".
Ə.Qarayev
qeyd edib ki, şimal regionu üzrə 1 nəfər üçün qiymətlər 10-130 manat, şimal-qərb regionu
üzrə 15-80 manat, cənub regionu üçün isə
15-70 manat arasında dəyişir: "Qeyd olunan məbləğlərə
səhər yeməyi, bəzən isə gündə 3 dəfə
yemək daxildir. Son zamanlar regi-onlarda turızm
ınfrastrukturunun inkişafı nəticəsində
yaradılan müxtəlif kateqoriyalı mehmanxanalarda
göstərilən xidmətlərə görə qiymətlər
də dəyişir. Müasir tələblərə
cavab verən yerləşdirmə obyektlərində
qiymətlər nisbətən baha, orta və aşağı səviyyəli xidmətlər
göstərən turist obyektlərində
isə qiymətlər ucuzdur".
Ə.Qarayev
bildirib ki, turizm sahəsində işçilərin
peşə hazırlığı səviyyəsinin
artırılmasını təmin etmək məqsədilə
Bakı şəhərində və Qusar
rayonunda turizm sahəsində
yeni təlim mərkəzlərinin yaradılması
nəzərdə tutulur.
İki sahil.- 2010.- 1 oktyabr.- S. 11.