Amerika-Azərbaycan
əlaqələri regionda sabitliyə xidmət
edir
ABŞ-ın
regional siyasətində Azərbaycanın
nüfuzlu dövlət kimi
mövqeyi yüksəkdir
BMT-nin
65-ci sessiyasında iştirak etmək üçün Ştatlarda
rəsmi səfərdə olan Prezident İlham Əliyevi
amerikalı həmkarı Barak Obamanın lider adlandırması dövlət
başçımızın diplomatik, Azərbaycanın
dünya miqyasında artan
siyasi, iqisadi
uğurlarının nəticəsidir.
BMT Baş
Assambleyasının başa çatan 65-ci sessiyası Azərbaycan üçün tarixi bir mərhələ oldu. Prezident İlham Əliyevin
Amerikaya səfəri çərçivəsində
keçirdiyi görüşlər, bu sessiyada çox
diqqətlə izlənilən məntiqli
çıxışı ölkəmiz üçün
əlamətdar hadisə kimi yadda qaldı.
Dünya
xalqlarının bir ailə kimi birləşdiyi bu quruma 1992-ci ildən üzv
olan Azərbaycan bütün
beynəlxalq təşkilatlarda olduğu kimi BMT-nin sülhməramlı
missiyalarında da fəal iştirak
edir. Ermənistanın
ölkəmizə təcavüzünü pisləməklə
Azərbaycanın ərazi bütövlüyünün
bərpasının qeyd- şərtsiz
yerinə yetirilməsinin zəruriliyini qəbul etdiyi 4 qətnamə ilə bəyan edən,
Dağlıq Qarabağ münaqişəsinə
mövqeyini bildirən BMT-nin
Baş Assambleyası və Təhlükəsizlik
Komitəsi eyni münasibətini bu gün də
qorumaqdadır.
Səfər
çərçivəsində ABŞ Prezidenti
Barak Obama ilə görüşü zamanı hər iki ölkənin milli və
dövlətçilik maraqlarını əks etdirən səmərəli
müzakirələrin aparılması, strateji
əməkdaşlıq prinsiplərinin bundan
sonra da eyni sadiqliklə davam
etdirilməsini bütünlükdə Cənubi Qafqazda sülhün və
sabitliyin təminatı üçün
başlıca amil kimi
diqqətə çatdıran dövlət
başçıları əlaqələrin müxtəlif
istiqamətlərdə inkişafından məmnunluq
duyduqlarını razılıqla ifadə etdilər.
ABŞ Prezidentinin
Azərbaycanı regionda iqtisadi
qüdrəti ilə seçilən nüfuzlu
ölkə , Prezident İlham
Əliyevi lider dövlət
başçısı adlandırması münasibətlərin
yüksək səviyyədə olmasının göstəricisidir.
Görüş zamanı aparılan müzakirələrdə
münasibətlərin yüksələn xətlə
inkişafını siyasi məsələlərin
həllinə dəstək, enerji təhlükəsizliyinin
təminatına müsbət təsirini aktual
məsələ kimi diqqətə
çatdıran tərəflərin beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyət
prinsiplərinə sadiqliyi xüsisi
səmimiyyətlə vurğulandı. Azərbaycanın regional çəkisi etiraf
olundu, mövqeyi
nümunə göstərildi. Belə bir məqam diqqətə
çatdırıldı ki, sivilizasiyalar arasında münasibətlərdə,
Şərqlə Qərb arasında münasibətlərdə
etibarlı körpü olan
Azərbaycan Cənubi Qafqazın və Xəzər regionu ölkələrinin aparıcı
qüvvəsi kimi mühüm
geosiyasi, strateji əhəmiyyətə
malikdir.
Azərbaycanın
beynəlxalq əhəmiyyətli enerji
siyasətində tutduğu mövqenin bütünlükdə dünya dövlətləri arasında əməkdaşlığın
möhkəmlənməsinə istiqamətləndiyi diqqətə
çatdırılaraq vurğulandı ki,
Qərb hazırda ən mühüm layihə
kimi müzakirə olunan “Nabukko”nun
reallaşmasını Azərbaycansız təsəvvür etmir.
Bölgədə
baş verən münaqişələrə
diqqət yönəldilərək açıqlandı ki, müəyyən qüvvələrin siyasi təsir vasitəsi kimi
istifadə etdiyi münaqişələrin
bu gün də həllini
tapmaması dünyada sülhün
və qarşılıqlı anlaşmanın genişlənməsinə
istiqamətlənmiş qlobal layihələrin
nəzərdə tutulan müddətdə
reallaşmasına mane olur,
danışıqların baş
tutmasını əngəlləyir.
Ermənistanın
Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən
və 20 ili ötən və hələ
də davam edən hərbi münaqişənin
beynəlxalq və regional təhlükəsizliyə
mane olması belə bir
məsələnin aktuallığını bir
daha diqqətə çatdırır: BMT qəbul etdiyi qətnamələrin həllinə diqqəti,
qurumun Təhlükəsizlik
Şurasının əsas üzvlərindən olan ABŞ isə bu istiqamətdə
fəallığını artırmalıdır.
Hər iki
dövlət başçısı arasında Dağlıq Qarabağ probleminin həlli
ilə bağlı ciddi müzakirələrin
aparılmasını ABŞ dövlət katibi
H.Klintonun və Ağ
Evin müdafiə nazi
R. Qeytsin Azərbaycana səfərlərinin
məntiqi yekunu kimi də
dəyərləndirmək olar. Demək,
ABŞ Administrasiyası regionda Azərbaycanın
rolunu yüksək dəyərləndirir.
Bunu B.Obamanın azərbaycanlı həmkarını
səmimiyyətlə qarşılaması, ölkəmizin
regiondakı geosiyasi, ABŞ üçün həyatı əhəmiyyətli
rolunu dilə gətirməsi də təsdiqləyir.
Bunun məntiqi açıqlaması isə
o deməkdir ki,
ABŞ regional siyasətində Azərbaycan
həlledici dövlət kimi nüfuzunu qoruyur. Yüksək
səviyyədə olan strateji
münasibətlərin tənzimlənməsinin əsasında
qarşılıqlı anlaşma, mövqe eyniliyi dayanır.
Ekspertlərin
vurğuladığı kimi, Nyu-York görüşlərindən belə bir nəticə çıxarmaq olar ki, Birləşmiş
Ştatlar Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün
üzərinə düşən öhdəliyin həllinə
diqqəti artırmalı, Cənubi Qafqaz
siyasətində Azərbaycanın önəmli rolunu əməli işi
ilə təsdiqləməlidir.
İlk növbədə isə ölkəmizə
tətbiq olunmuş “Azadlığa Dəstək
Aktı”na ədalətsiz 907-ci düzəliş birdəfəlik
dayandırılmalıdır.
Beynəlxalq və regional təhlükəsizliyə problem yaradan
işğalçılıq və separatçılıq əməllərinə
son qoyulmalıdır.
Eyni fikirlərə
Prezident İlham Əliyevin
Ştatların dövlət katibinin Avrasiya enerji məsələləri
üzrə xüsusi nümayəndəsi
Riçard Morninqstar ilə
görüşlərində də aydınlıq gətirildi.
Qeyd olundu ki, dünyada baş verən ikili standartlardan və yaranan
belə vəziyyətdən narahat olan ABŞ bu kimi halların aradan
qaldırılması üçün səylərini
artıracaq.
Bu
gün də Azərbaycanı Avropa, bütünlükdə dünya
dövlətləri üçün həyatı
məsələ olan enerji
dəhlizlərinin yaranmasında təşəbbüskar,
hasilatçı, tranzit ölkə kimi dəyərləndirən ABŞ
Dağlıq Qarabağ münaqişəsinin
həllinə Ştatların Qafqaz siyasətinin
tərkib hissəsi
kimi böyük
önəm verir. Bu kimi prioritetlər hər iki
ölkənin perspektiv münasibətlərində
də həlledici mərhələ kimi
diqqətdə saxlanılmalıdır.
2001-ci ildə
Amerikada qoşa
göydələnlərin dağıdılması və xeyli insan tələfatı
ilə nəticələnən terrordan sonra beynəlxalq ictimaiyyətə, dünya dövlətlərinə müraciət
edən Amerikanın çağırışına ilk qoşulan və illərdən
bəri Ermənistanın terror əməliyyatlarından əziyyət çəkən
Azərbaycanın birgə fəaliyyət istəkləri də
yüksək dəyərləndirildi. Əfqanıstan, İran, Dağlıq Qarabağ
marşrutları ilə daşınan narkotik
maddələrin satışından əldə olunan vəsaitin terror hadisələrinin
törədilməsinə yönəldilməsi bir daha pisləndi. Bildirildi ki, Azərbaycanın
hava məkanından istifadə etməklə
Əfqanıstana humanitar yüklərin
daşınmasının özü
terrorizmə qarşı mübarizəyə yardımdır.
BMT Baş Assambleyasının 65-ci sessiyasında bu məsələlərə münasibətini
bildirən Prezident İlham
Əliyevin dərin məna və məntiqli, Ermənistandan fərqli
olaraq real faktlara əsaslanan çıxışı həmsədr
ölkə kimi Ştatların rəsmilərinin
də diqqətini cəlb etdi. Qeyd olundu ki, yenilənmiş Madrid prinsiplərinin tətbiqi üçün
(eyni zamanda
faktaraşdırıcı missiya ilə regiona səfərə hazırlaşan) həmsədr
ölkə kimi ABŞ da
Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normaları çərçivəsində
həllinə daha ciddi
münasibət bildirməlidir.
Sessiya iştirakçılarının
diqqətinə çatdırıldı ki,
işğal olunmuş
ərazilərdə törədilən vəhşilik maddi-mənəvi
sərvətlərimizin dağıdılmasına da səbəb olub.
Hazırda Ermənistan silahlı qüvvələrinin
işğalı altında saxlanılan ərazilərdə Azərbaycana
məxsus tarixi abidələr, maddi-mənəvi
irs tamamilə məhv edilib.
Azərbaycanın
ərazi bütövlüyünü və
suverenliyini rəsmi qaydada
tanımış BMT-nin yüksək
tribunasından çıxış edərək dünya dövlətlərinin diqqətini bir daha Dağlıq Qarabağ münaqişəsinin həllinə
yönəldən Prezident İlham
Əliyev münaqişəni regional yox, bütünlükdə dünya siyasətinə təsir edən
başlıca problem adlandırdı.
Vurğulandı ki,
işğalçı Ermənistanın Azərbaycan ərazilərində
beynəlxalq cinayətlər törədən, monoetnik mədəniyyətin
yaradılmasına yönəlmiş təcavüzkar siyasəti
beynəlxalq səviyyədə etiraf
olunmalı, işğalçıya təsir
və təzyiq vasitələri gücləndirilməlidir:
“2005-ci ildə ATƏT Azərbaycanın işğal
edilmiş ərazilərinə
faktaraşdırıcı missiyasını göndərmiş
və həmin missiya orada
insanların məskunlaşması faktını müəyyən
etmiş, Azərbaycanın işğal edilmiş ərazisində
hər hansı digər məskunlaşmaqdan çəkindirməyə
çağırmışdır.
Prezident
İlham Əliyev diqqəti belə bir amilə yönəltmişdir ki, siyasi məsələlərə
dair razılaşmaların olmaması,
münaqişənin dondurulmuş vəziyyətdə
qalması və uzun müddət davam edən danışıqların istənilən
nəticəni verməməsi bilərəkdən beynəlxalq
hüquq
normalarına etinasızlığın göstəricisidir.
Daim
sülhün və əmin-amanlığın
tərəfdarı olan, münaqişə
ətrafında aparılan bütün
danışıqlarda konstruktivliyə çalışan
ölkəmiz Ermənistan hərbi qüvvələrinin nəzarəti
altında saxlanılan Azərbaycan torpaqlarının Madrid prinsiplərində nəzərdə tutulduğu müddətdə işğaldan azad olunmasını tələb edir. Sonrakı mərhələdə
kommunikasiya xətləri bərpa
olunmalı, məcburi köçkünlər evlərinə
qayıtmalı, beynəlxalq təhlükəsizliyə zəmanət
olan sülhməramlı qüvvələrin
yerləşdirilməsi təmin olunmalı və
Dağlıq Qarabağa Azərbaycanın
tərkibində muxtariyyət statusu verilməlidir.
Prezident
İlham Əliyev sessiya
iştirakçılarının diqqətlə
yanaşdığı bu təkliflərin
BMT tərəfindən daha inamlı şəkildə
dəstəklənəcəyinə ümidvar
olduğunu bildirməklə irəli
sürülən təkliflərin reallaşmasını
xalqların ərazi bütövlüyünə hörmət
və
beynəlxalq terrorizmə qarşı mübarizə kimi dəyərləndirmişdir.
Dünya
xalqlarının diqqət mərkəzində saxlanılan
beynəlxalq terrorizmin qanlı nümunəsi
olan Ermənistanın davam
etdirdiyi işğalçılıq əməllərinin
diqqətə çatdırılması ölkəmizə
münasibətləri daha da
möhkəmləndirir. Bunu ABŞ Prezidenti Barak Obamanın verdiyi bəyanat və tezisləri, BMT-nin 65-ci sessiyasının tarixi
əhəmiyyəti də təsdiqləyir.
Xuraman İsmayılqızı
İki sahil.- 2010.- 28
sentyabr.- S. 5.