Dövlət insan
hüquq və
azadlıqlarının ən etibarlı təminatçısıdır
Ölkəmizdə insanların konstitusion hüquqlarından
istifadə edilməsinə yaradılan
şərait, minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya
Aktları beynəlxalq
birlik tərəfindən
dəstəklənən, bəşəri dəyərlərdən
qaynaqlanan humanizmin və demokratik inkişafın təzahürüdür
“Vətəndaş cəmiyyətinin
yaradılması, demokratikləşmə prosesinin möhkəmlənməsi,
hüquqi dövlətin qurulması sadəcə olaraq bir
şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli
inkişafı üçün başlıca şərtdir. Bizim
təcrübəmiz onu göstərir ki, Azərbaycanın
seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və
sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı
hərtərəfli inkişaf etdirir və ölkəmiz
üçün çox lazım olan sabitliyi möhkəmləndirir,
ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir.”
Prezident İlham Əliyev bugünkü uğurlarda iqtisadi və
siyasi islahatların vəhdətinin rolunu xüsusi
vurğulayır.
Ölkəmizin
demokratik və hüquqi dövlət quruculuğu istiqamətində
atdığı addımlar və onların uğurlu nəticələri
göz qabağındadır. İnsanların konstitusion
hüquqlarından istifadə edilməsinə lazımi şərait
yaradılıb. On minlərlə vətəndaşa şamil
edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq
birlik tərəfindən də dövlətimizin demokratik inkişaf
yolunda atdığı addım kimi dəyərləndirilir. Bugünkü
uğurlar 1993-2003-cü illərdə ulu öndər Heydər
Əliyevin “Demokratiya bizim strateji kursumuzun əsas mahiyyətidir.
Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz”
bəyan edərək sivil, hüquqi dövlət quruculuğu
yolunda atdığı addımların davamıdır.
Ümummilli lider Heydər
Əliyevin ölkəmizə rəhbərlik etdiyi
1993-2003-cü illərdə insan hüquq və
azadlıqlarının müdafiəsi üçün
möhkəm təməl
formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə
ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası
ləğv olundu. Bu gün dünyanın bir çox
qabaqcıl ölkələrində belə ölüm cəzasının
hələ də ləğv olunmadığını və
mütəmadi olaraq tətbiq edildiyini nəzərə alsaq,
ulu öndərin bu addımının nə dərəcədə
böyük hüquqi, tarixi dəyərə malik olduğunu dərk
etmiş olarıq. Heydər Əliyevin həyata keçirdiyi
dövlət siyasətinin mahiyyətini özündə əks
etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv
və amnistiya təsisatları bərpa edilmiş, həmin
dövrdən etibarən imzalanmış sərəncam və
fərmanlara əsasən minlərlə vətəndaşımız
azadlığa qovuşmuşdur. Ümummilli lider hər kəsin
hüquqlarına hörmətlə
yanaşılmasını, şəxsiyyətin
alçaldılması, zorakılıq, işgəncə və
bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi
hallarının aradan qaldırılmasını
hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə
kimi qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə qəbul
olunmuş Milli Konstitusiyada bu məsələ önə
çəkilir.
Ulu öndər Heydər
Əliyevin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. İnsan hüquq və
azadlıqlarına hörmətlə yanaşılması, təmin
olunması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi
və beynəlxalq standartlara uyğunlaşdırılaraq vətəndaşların
hüquqlarının qorunması həyata keçirilən
siyasətin önündə dayanır.
İnsan
hüquqlarının müdafiəsi sahəsində
aparılan islahatların davam etdirilməsi məqsədilə
Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqlənən
“Azərbaycan Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə Fəaliyyət Planı”na əsasən
görülən tədbirlər humanizmin nümunəsi kimi
çox əhəmiyyətlidir.
Ötən illər ərzində
ölkəmiz insan hüquqları sahəsində fəaliyyət
göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı
inkişaf etdirmiş, bu sahədə 50-dən çox beynəlxalq
sənədə tərəfdar çıxmış və
beynəlxalq öhdəliklərin həyata keçirilməsində
mühüm uğurlar əldə etmişdir. Demokratik ədalət
mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə
sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə
müvəkkil kimi yeni təsisatlar yaradılmış,
hüquq- mühafizə fəaliyyəti təkmilləşdirilmiş,
qeyri-hökumət təşkilatlarının, kütləvi
informasiya vasitələrinin fəaliyyəti genişlənmiş,
insan hüquqlarının təmini sahəsində effektiv
müdafiə mexanizmləri
formalaşdırılmışdır.
Hazırda Azərbaycanın
yaşadığı yeni inkişaf mərhələsi insan
hüquqlarının müdafiəsi sahəsində
aparılan ardıcıl islahatların davam etdirilməsini
şərtləndirir. Milli Konstitusiyamızın 29 maddəsinə
əlavə və dəyişikliklərlə bağlı
2009-cu il martın 18-də referendumun keçirilməsi və
xalqın ümumxalq səsverməsində yekdilliklə
iştirakı bir daha bu həqiqəti ortaya qoydu ki, xalq həyata
keçirilən siyasəti dəstəkləyir, gələcəyə
böyük inamla baxır. Əlavə və dəyişikliklərin
böyük əksəriyyəti insan hüquq və
azadlıqlarının yüksək səviyyədə
qorunmasına, yeni müdafiə mexanizminin yaradılmasına
xidmət edir.
Azərbaycan vətəndaşlarının
hüquqlarının qorunması Milli Konstitusiyamızın
üçdə iki hissəsini əhatə edir. Bütün
hüquqlarımız dövlət tərəfindən qorunur.
Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz
də var. Dövlət vətəndaşlarının iqtisadi
durumunu təmin edir, siyasi hüquqlarını qoruyur, mədəni
potensialının inkişafının gerçəkləşdirilməsi
üçün şəraiti yaradırsa, demək Azərbaycan
vətəndaşının qarşısında dayanan əsas
vəzifə də bu dövlətin iqtisadi-siyasi əsaslarını
qorumaqdır. Bu, dövlət-vətəndaş münasibətləridir.
Bu gün dünyanın hər bir yerində bu münasibətlər
bir prinsipə əsaslanır- Məsuliyyətli dövlət
və məsuliyyətli vətəndaş. Dövlət
öz məsuliyyətini yüksək səviyyədə dərk
edir və bunu öz fəaliyyəti, qanunları, mühüm
əhəmiyyətli Dövlət Proqramları ilə
gerçəkləşdirir.
1995-ci ildən
imzalanan əfv fərmanları və Amnistiya Aktları da
dövlətin insan amilinə yüksək dəyər
verdiyini təsdiqləyir. Bu günədək imzalanan 45 əfv
fərmanı əsasında 4858 nəfər cəzaçəkmədən
azad edilib. Bu fərmanların 32-si ümummilli lider Heydər Əliyev,
13-ü Prezident İlham Əliyev tərəfindən imzalanıb.
Bu günədək qəbul olunan 8 Amnistiya Aktı 40 min məhbusa
aid edilib.
Milli Məclisin ötən
ilin mart ayında “Novruz bayramı münasibətilə
amnistiya elan edilməsi haqqında” qərarı da ölkə
ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi.
Amnistiya Aktının təşəbbüsçüsü
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyeva idi. Qəbul olunmuş hər bir Amnistiya
Aktını humanizm prinsiplərinin, humanizm ideyalarının
qələbəsi kimi dəyərləndirən Mehriban xanım
Əliyeva bildirir: “Əsası dahi Heydər Əliyev tərəfindən
1994-cü ildə qoyulmuş bu siyasət nəticəsində
minlərlə insan azadlığa buraxılaraq normal həyata
qayıdıb və bu gün də bu ənənələr
davam edir. Allah vergisi olan insan ömrü hər bir şeydən
uca və dəyərlidir. Hər bir insan ləyaqətlə və
azad yaşamağa layiqdir. Eyni zamanda, hər bir insan öz
ömrünün, öz taleyinin hökmdarıdır. Səhv
etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə,
onları bağışlayıb cəmiyyətimizə
qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın
dəyərini dərk etməyə, öz səhvlərini
anlayıb doğru yola qayıtmağa kömək edirik. Hər
zaman mərhəmətlilik, geniş qəlblilik,
xeyirxahlıq, bağışlamaq bacarığı ən ali
və insani keyfiyyətlər kimi qiymətləndirilib.” Bu qərarın
ölkədə siyasi həmrəyliyin artmasına və
hüquqi dövlət quruculuğuna öz müsbət təsirini
göstərəcəyi xüsusi vurğulandı.
Bu günlərdə
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə növbəti
əfv fərmanını imzaladı. Fərmana əsasən
99 məhbus azadlığa qovuşdu. Siyasətində humanizm
prinsiplərini öndə saxlayan dövlətimiz insan
hüquq və azadlıqlarının ən etibarlı təminatçısıdır.
Yeganə
Əliyeva
İki
sahil.- 2010.- 6 yanvar.- S. 4.