Prezident İlham Əliyevin əzmi,
iradəsi Azərbaycanı inamla irəli aparır
Dünyanın nüfuzlu
siyasətçiləri və
KİV-ləri son bir ildə dövlətimizin
başçısının fəaliyyətini məhz belə
səciyyələndirirlər
Azərbaycanın
dünyada günəş
kimi işıq saçdığı
artıq beynəlxalq aləmdə təsdiqini tapmış həqiqətdir.
Ortada təkcə Azərbaycan üçün deyil,
yaxın-uzaq dövlətlər üçün
də böyük
işlər görüldüyü, nəhəng neft-qaz layihələrinin
gerçəkləşdiyi bir vaxtda ölkəmiz, onun Prezidenti İlham Əliyevin
dünya siyasətçilərinin
və mətbuatının diqqət mərkəzində
olması təbiidir.
Xarici ölkələrin
nüfuzlu nəşrlərinin İlham Əliyevlə
müsahibəyə can atması, bir tərəfdən
dövlətimizin rəhbərinin mətbuat üçün
açıq olmasından irəli gəlirsə, digər tərəfdən
ona verilən sualların tam qaneedici şəkildə
cavablandırılması, Azərbaycanın dünya siyasətində
və iqtisadiyyatında sözü ötən,
hesablaşılan bir dövlətə çevrilməsinin təsdiqidir.
Prezident İlham Əliyevin
zəkası, siyasəti və iqtisadiyyatı incəliklərinə
qədər bilməsi, dünyada hansı ölkənin
hansı problemlərlə üzləşdiyi barədə tam
məlumatlı olması, Azərbaycanın
reallıqlarını açıq-aydın beynəlxalq aləmə
təqdim etməsi, idarəçilik məharəti,
islahatçılığa meyilliliyi son bir ildə xarici
KİV-lərdə dönə-dönə etiraf olunmuşdur.
İlham Əliyevin
xarici mətbuat nümayəndələrinə hər
müsahibəsi Azərbaycanın milli mənafelərini
dolğunluğu ilə əks etdirir. Rusiyanın “İzvestiya”
qəzeti müxbirlərinin - “Sizi texnokratlar sırasına aid
edirlər. Bu o deməkdir ki, məqsəd vasitələri -
doğruldur. Siz bu barədə nə
düşünürsünüz?” sualını və bu suala
Prezidentin cavabını xatırlayaq:
Hesab edirəm ki, bu,
düzgün yanaşma deyildir. Odur ki, məqsəd də nəcib
olmalıdır, vasitələr də. İnsanlar hansısa məqsədlər
naminə heç vaxt ləyaqətsiz hərəkət etməməlidirlər.
Mən texnokratam? Hesab edirəm ki, mən realistəm.
Reallıqları əsas tutmaq, yaşadığın cəmiyyətin
və dünyanın reallıqlarını qəbul etmək gərəkdir.
Əgər hər hansı romantikaya qapılsan,
uğursuzluğa düçar olacaqsan. Ona görə də mən
həmişə öz hərəkətlərimdə realizmə,
praqmatizmə əsaslanıram.”
Xarici müxbirlərdən
birinin “başqa işlərinizdən daha çox siyasi
karyeranızı izləyirlər. Azərbaycanda siyasi vəziyyət
necədir” sualına Prezidentın cavabı qətiyyətli və
aydındır: “Mən belə hesab edirəm ki, Azərbaycanın
uğurlu, təhlükəsiz inkişafının ən
mühüm amili indi aparılan siyasətdir. ... Heydər Əliyevin
siyasəti həmişə davam etdirilməlidir”.
Prezident İlham Əliyev
ABŞ-ın EN-Bİ-Sİ telekanalına müsahibəsində
maraqlı bir məqama aydınlıq gətirir. Müxbirin
“atanız kimi Siz də ABŞ ilə çox yaxın əlaqələr
qurulmasının tərəfdarısınız. Bunu nə ilə
izah edə bilərsiniz” sualına İlham Əliyevin
cavabı:
“Bizim ABŞ, digər
Qərb ölkələri ilə yaxın əlaqələr
qurmağımızın bir məqsədi var. Bu da azad
iqtisadiyyata malik olan, insanlarda sərbəstlik təmin edən,
dünya iqtisadiyyatına tam inteqrasiya olunan müasir dövlət
qurmaqdır”.
Prezident İlham Əliyev
Böyük Britaniyanın “Skay Nyus” televiziyasına müsahibəsində
Azərbaycanın sosial-iqtisadi uğurlarını diqqətə
çatdırdıqdan sonra vurğulamışdır ki, mənim
başlıca məqsədim Azərbaycanın milli
maraqlarını maksimum dərəcədə qorumaqdır.
Prezident milli mənafe dedikdə xalqın həyat səviyyəsinin
daha da yaxşılaşdırılması üçün həyata
keçirilən sosial-iqtisadi proqramların əhəmiyyətini
qeyd edərək deyir:
“Ancaq biz Dövlət
Neft Fondunun vəsaitlərinin böyük bir hissəsini gələcək
nəsillər üçün saxlayırıq. Beləliklə,
gələcək nəsillər hər hansı çətinlikdən
qoruna biləcəklər.”
Dövlət
başçısının elə bir müsahibəsi olmur
ki, orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı suala cavab verilməsin.
Bu il aprelin 18-də Prezident İlham Əliyev Moskvada
işgüzar səfərdə olarkən Rusiyanın “Vesti”
telekanalına və İTAR-TASS agentliyinə müsahibəsində
bu məsələ barədə suala cavabında dedi:
“Son beş ildən
artıq müddətdə Azərbaycan Prezidenti kimi mən bilavasitə
bu məsələ ilə məşğulam. ... Biz ümid
edirik ki, Ermənistan tərəfi bu məsələyə
konstruktiv mövqedən yanaşacaqdır. Bizim səbrimiz
tükənmişdir. Əgər Ermənistan işğal
etdiyi torpaqları danışıqlar yolu ilə azad etməsə,
Azərbaycan öz ordusunun gücü ilə ərazi
bütövlüyünü qoruyacaqdır.”
Prezident Reuters
agentliyinə, İtaliyanın “PAU İnternational”
telekanalına, Belarusun milli dövlət teleradio şirkətinə
müsahibəsində də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı sualları ətraflı cavablandırmış,
Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəyi
birmənalı şəkildə diqqətə
çatdırılmışdır.
“Dağlıq
Qarabağ münaqişəsi həll edilməmiş bölgədə
heç bir müsbət meyil gözlənilmir. Çünki
bölgənin əsas problemi Dağlıq Qarabağ
münaqişəsidir. İlk növbədə bu
münaqişə öz həllini tapmalıdır. Bundan sonra bütün başqa məsələlər öz
həllini tapa bilər”
deyən Prezident münaqişənin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həll olunması üçün
xarici dövlətlərin
və beynəlxalq təşkilatların Ermənistana təzyiq
göstərəcəklərinə inam bəslədiyini
bildirmişdir.
Prezidentin xarici
KİV-lərə müsahibələrində Azərbaycanın
uğurları geniş əksini tapır. Dünyada gedən
maliyyə böhranı şəraitində ölkəmizdə
iqtisadi inkişafın davam etdiyini vurğulayan dövlətimizin
başçısı bu inkişafın 2010-cu ildə də
davam etdiriləçəyinə, xalqın həyat səviyyəsinin
daha da yaxşılaşacağına, Azərbaycanın
mövqelərinin daha da güclənəcəyinə əminliyini
ifadə edir.
Telman Qafar
İki
sahil.- 2010.- 6 yanvar.- S. 2.