Qanlı faciədən 20 il ötür

 

Naxçıvan  Dövlet Üniversitelinin Pedaqoji fakültəsində 20 Yanvar  faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirllmişdir.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elimləri doktoru, professor Məmməd Rzayev açmış, xalqımızın tarixinə Qanlı Yanvar kimi daxil olmuş bu faciənin tarixindən, törəmə səblərindən danışmışdır.

Oeyd olunmuşdur ki, həmin gecə milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmuş, kütləvi terror nəticəsində yüzlərlə günahsız gənc, körpə, yaşlı amansızlıqla qətlə yetirilmiş və yaralanmışdır. Bütün bunlar isə totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayatkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir.

Vurğulanmışdır ki, sovet ordusunun xüsusi təyinatlı bölmələrinin və daxili qoşunlarının Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə nümayiş edilmişdir. Mixail Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda öncədən hazırlanmış plan üzrə hərəkət etmiş, qoşunların Bakıya güya mühafiə məqsədilə, millətçi ekstremistlərin hakimiyyəti zorakılıqla ələ keçirmək cəhdlərinin qarşısını almaq kimi qəəmə vermişdir. Həqiqətdə isə bu açıq riyakarla, ağ yalan imiş. Yanvarın 20-da artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutmuşdur.

Natiq 1990-ci ilin yanvar qırğınının faciəvi olmaşına baxmayaraq Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, o gecədə həlak olan vətən oğullarının Azərbaycanın tarixinə şanlı səhifə yazdıqlarını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdıqlarını qeyd etmişdir.

Sonra "Azərbaycan tarix kafedrasının baş müəllimi, tarix elmləri namizadi Xəzər Hüseynovun, Çağrışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Səhlab Məmmədovun məruzələri və digər çıxışlar dinlənilmişdir.

 

 

Nərmin Cəfərova

 

İki sahil.- 2010.- 16 yanvar.- S. 13.