GƏNCƏDƏ
NƏRİMAN HƏSƏNZADƏNİN 80 YAŞI QEYD
EDİLDİ
Bir insan ömrünü girov
qoymuşam, Bir şair ömrünü yaşamaq
üçün... deyən Xalq şairi, Əməkdar incəsənət
xadimi,”Şöhrət” ordenli Nəriman Həsənzadənin
80 yaşı tamam oldu.
Şairin yaradıcılığının
əsas
mövzusunu cəsarət, mübarizlik,
sadəlik və
insani hisslər
təşkil edib.
Nəriman
Həsənzadə
gözünü
dünyaya Ağstafa
rayonunun Poylu kəndində
açsa da, gəncliyi
və həyatının
ən
qaynar illəri
Gəncə ilə
bağlı olub. Elə buna görə
də Gəncədə
şairin yubileyi xüsusi
təntənə
ilə qeyd edildi.
YAP
Gəncə şəhər
təşkilatının
iclas zalında
Şəhər İcra
Hakimiyyəti və
Gəncə Dövlət
Universitetinin birgə
keçirdiyi tədbir
bir daha sübut
etdi ki, şair
Gəncəni
sevdiyi qədər
gəncəlilər
də onu sevir,
yaradıcılığına
hörmətlə
yanaşırlar.
Tədbirdən
öncə Nəriman
Həsənzadə
mətbuat nümayəndələrinə
bildirdi: ”Gəncə
mənə çox
doğmadır. Bu
şəhərdə çox böyük dahilər
yetişib. Həmişə Gəncəyə gələndə
gəncliyimi, ilk və əbədi məhəbbətimi
xatırlayıram. GDU-nun pillələrini qalxanda isə tələbəlik
illərinə qayıdıram.”
GDU-nun
rektoru, professor Elman
Məmmədov
çıxış edərək
söylədi
ki, Nəriman
müəllim 1949-53-cü
illərdə bizim
universitetdə təhsil
alıb: “Biz
ali təhsil
ocağının
kollektivi olaraq şairin
yaradıcılığı
ilə həmişə
qürur hissi
keçirmişik.”
YAP
Gəncə şəhər
təşkilatının
sədri, professor
İsrafil İsmayılov
qeyd etdi ki, bu
gün bizim
binanın iclas
zalında möhtəşəm
tədbir keçirilir. Arzu etdi ki, söz
sənətinin,
poetik dünyanın
sərraflarından
olan sairin 100 illik
yubileyi də onu
öz övladı kimi
sevən Gəncədə
məhz bu
zalda eyni təntənə
ilə keçirilsin.
Yazıçılar
Birliyinin Gəncə
bölməsinin
sədri Məmməd
Alim, GDU-nun
filologiya fakültəsinin
1-ci kurs tələbəsi
Lamiyə Əhmədova
və başqaları
çıxış edərək
dedilər ki, Nəriman
Həsənzadənin
poeziyası zamanın
ruhuna uyğun
poeziyadır.
Şairin
yubiley tədbirində
akademik Budaq Budaqov,
Əməkdar incəsənət
xadimi, şair İlyas
Tapdıq, xalq
artisti Tariyel Qasımov,
filoloq Rüstəm
Kamal və başqa
tanınmış ziyalılar
iştirak edib.
Şairin şeirlərinin
ifası, muğam
ustalarının
təqdim etdiyi
bir-birindən gözəl
ifalar yubiley şənliyinə
xüsusi şirinlik gətirdi.
Tədbirdə
Xalq şairinə ayrı-ayrı
kollektivlər tərəfindən
hədiyyələr
təqdim edildi.
Qalib RƏHİMLİ
İki sahil.- 2011.-7 aprel.-S.16.