KARİKATURA
SƏRGİSİ MARAQLA QARŞILANDI
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi
salonunda ilk fərdi karikatura sərgisi açılmışdır.
Böyük demokrat
yazıçı, “Molla
Nəsrəddin” jurnalı
ilə Şərqdə
satirik publisistikanın
əsasını qoymuş
Cəlil Məmmədquluzadənin
əsərlərinə həsr
edilən sərginin müəllifi Naxçıvan
Muxtar Respublikasının
Əməkdar rəssamı,
Naxçıvan Dövlət
Universitetinin müəllimi
Cavid İsmayılovdur.
Üç gün davam edəcək sərgidə rəssamın
dahi Cəlil Məmmədquluzadənin dram əsərlərinə,
“Ucuzluq”, “Rus qızı”, “Usta Zeynal” kimi bir
çox hekayələrinə,
“Küpə”, “Papaq” felyetonlarına çəkilmiş
karikaturaları yer almışdır.
Bu
münasibətlə keçirilən
tədbiri Naxçıvan
MR Rəssamlar Birliyinin
sədri, Azərbaycanın
Əməkdar rəssamı,
Naxçıvan Dövlət
Universitetinin müəllimi
Ülviyə Həmzəyeva
giriş nitqi ilə açaraq sənət yoldaşını
bu əlamətdar və şərəfli gün münasibətilə
təbrik etmiş, gələcək fəaliyyətində
daha böyük uğur və nailiyyətlərə imza
atmağı arzulamışdır.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli rəssamın
yaradıcılığından, muxtar respublikamızda gənc rəssamların yetişdirilməsi istiqamətində
görülən işlərdən
danıımışdır. Natiq, ali
məktəb yetirməsi
olan Cavid İsmayılovun yaradıcılığını
yüksək qiymətləndirərək
ona uca zirvələri
fəth etməyi diləmişdir.
AMEA-nın müxbir
üzvü, tarix elmləri doktoru Hacı Qadir Qədirzadə çıxış
edərək rəssamın
əsərlərində görkəmli
karikaturaçılar Nəcəfqulu
və Əzimzadə üslubunun müasir çalarlarının göründüyünü
qeyd etmişdir.
Memarlıq ixtisası
üzrə təhsil alan I kurs
tələbəsi Qalib
Abbasov müəllifi təbrik edərək əsərlərinin dərin
düşündürücü qüvvəyə malik olması ilə tamaşaçı zövqünü
oxşadığını demişdir.
Sonra sərgiyə
baxış oldu.
Nərmin Cəfərova,
NDU-nun Mətbuat
şöbəsinin əməkdaşı
İki sahil.-2011.-8 aprel.-S.16.