AŞPA
sədri: Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun Azərbaycanda keçirilməsi
ölkə üçün böyük uğurdur
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun Azərbaycanda keçirilməsi
ölkə üçün
böyük uğurdur.
Bu
fikirləri AŞPA-nın
bazar ertəsi öz işinə başlayan yaz sessiyası çərçivəsində
keçirdiyi mətbuat
konfransında qurumun sədri Mövlud Çavuşoğlu Azərbaycandakı
vəziyyətə münasibət
bildirərkən deyib.
“Öncə Azərbaycan hakimiyyətini ölkədə
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsi münasibətilə
təbrik edirəm. Bu,
Azərbaycan üçün böyük uğur idi. Bu
mövzu mənim diqqət yetirdiyim prioritet məsələlərdən
biridir. Buna gorə Forumda iştirak etməyə qərar
verdim. Bu toplantı həm təşkili, həm də
iştirakçılar baxımından yüksək səviyyədə
keçirildi”, - Çavuşoğlu deyib.
AŞPA
sədri Azərbaycanda ümumi vəziyyətin ölkə
üzrə həmməruzəçilər tərəfindən nəzarətdə saxlandığını
bildirib.
“Azərbaycanda ümumi vəziyyətə gəldikdə,
ölkə üzrə
həmməruzəçilər vəziyyəti nəzarətdə
saxlayırlar. Bu yaxınlarda onlar Azərbaycana
səfər ediblər. Mən Azərbaycana son səfərim
zamanı ölkə Prezidenti cənab İlham Əliyev, xarici
işlər naziri və Milli Məclisin sədri ilə
görüşmək imkanı əldə etdim. Görüşlər
zamanı AŞPA tərəfindən demokratiya və insan
hüquqlarına dair veriləcək bütün lazımi mesajları
onların diqqətinə çatdırdım. Bundan başqa,
aparılacaq vacib islahatları da diqqətə
çatdırdım. Eyni zamanda, bu yaxınlarda mitinqlər
zamanı həbs edilmiş şəxslərin tezliklə azad
olunması məsələsi də müzakirə edildi. Bu məsələdə
müsbət təminatlar aldım. Mən xüsusilə, Milli
Məclis sədrindən lazım olan qanun layihələrinin qəbul
edilməsinin zəruriliyini xahiş etdim. Bu məsələ
son parlament seçkiləri ilə bağlı hesabatda da əksini
tapıb. Bundan başqa, Azərbaycanın xarici işlər
nazirinin müavini ilə Belarusdakı vəziyyət
haqqında da müzakirələr apardım. Bildiyiniz kimi, Azərbaycan
Avropa İttifaqının “Şərq tərəfdaşlığı”
proqramına daxildir, halbuki Belarus bu proqramdan kənar edilib. Mən
onunla AŞ ilə Belarus arasındakı münasibətlərə
dair fikir mübadiləsi apardım. Ondan Azərbaycanın bu məsələdə
vasitəçi rolu oynayaraq, Mİnskdən müsbət
addımların atması istiqamətində səy göstərməyi
xahiş etdim. Mən bütün üzv ölkələrdən
Belarusda hadisələrin müsbət inkişaf etməsi
üçün addımlar atmağı xahiş etmişəm”,
- AŞ PA sədri əlavə edib.
İki sahil.-2011.- 12 aprel.- S. 19.