Tanınmış alim və həkim
Fəxrəddin Cavadov “Qızıl ürək” ordeninə
layiq görülmüşdür
“Azərbaycan
dünyası” Beynəlxalq jurnalı və “Dədə Qorqud”
Milli Fondunun Ağsaqqallar Şurasının qərarı ilə
tanınmış alim, tibb elmləri doktoru, istedadlı həkim
Fəxrəddin Cavadov tibb elminin inkişafındakı xidmətlərinə
görə “Qızıl ürək” ordeninə
(ölümündən sonra) layiq görülmüşdür.
AzərTAc
xəbər
verir ki, bu
münasibətlə
“Trend” Xəbərlər
Şirkətinin Mətbuat
Mərkəzində
keçirilən
mətbuat konfransında
“Dədə Qorqud”
Milli Fondunun prezidenti,
“Azərbaycan Dünyası”
Beynəlxalq jurnalın
baş redaktoru Eldar
İsmayılov alim
və həkim
F.Cavadovun mənalı
ömür yolundan,
səhiyyə sahəsindəki
xidmətlərindən, qazandığı
elmi nailiyyətlərdən
danışmışdır.
F.Cavadov
1974-cü ildə Azərbaycan
Dövlət
Tibb İnstitutunu (ATU)
bitirmiş, 1985-ci ildə
namizədlik, 2008-ci
ildə doktorluq dissertasiyası
müdafiə etmişdir.
Ayrı-ayrı tibb müəssisələrində və digər
qurumlarda işləmiş, 2000-ci ildən ömrünün
sonunadək Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının
baş həkimi olmuşdur.
Səmərəli
xidmətlərinə
görə “Tərəqqi”
və digər
medallarla təltif
edilmiş, “Azərbaycan
Respublikasının
Əməkdar
həkimi” fəxri
adına layiq
görülmüşdür.
F.Cavadov
2009-cu ildə 57 yaşında
dünyasını
dəyişmişdir.
E.İsmayılov
alimin “Dədə
Qorqud” Milli Fondunun
“Qızıl
ürək” ordeninə
layiq görüldüyünü
və “Azərbaycan
dünyası” Beynəlxalq
jurnalının
bu günlərdə
işıq üzü
görəcək
növbəti
nömrəsinin
ona həsr
ediləcəyini
bildirmişdir.
İki sahil.- 2011.- 14 aprel.-
S. 14.