Tələbə Forumu: Bakı-2011

 

Forumun yeni nəsil neftçi-geoloq və geofiziklərin yetişməsində, gənclərin yüksək səviyyəli mütəxəssislər kimi formalaşmasında müstəsna əhəmiyyəti var

 

Dünən ARDNŞ-in Geofizika və Geologiya İdarəsi Geofizika Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin təşkil etdiyi “Tələbə Forumu: Bakı-2011” adlı tədbir keçirildi. Geofiziki məlumatların interpretasiyası, neft-qaz yataqlarının kəşfiyyatı və hasilatının ekoloji problemləri, neft mühəndisliyi, neft və qaz yataqlarının kəşfiyyatı, paleoiqlim, paleoekologiya, paleocoğrafiya forumun əsas mövzuları olmuşdur.

GGİ rəis müavini, Azərbaycan Milli Geoloqlar Komitəsinin sədr müavini Yusif Şıxəliyev bildirdi ki, tələbə forumunun yeni nəsil neftçi geoloq və geofiziklərin yetişməsində, gənclərin yüksək səviyyəli mütəxəssislər kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır. “Azneft” İB-nin baş geoloqu, ANGC-nin yaradıcısı və Rəhbər Komitəsinin sədri Akif Nərimanov, həm də Geofizika və Geologiya İdarəsinin rəisi, AMGK-nın sədri Vaqif Abdullayev bu qəbildən olan konfransların keçirilməsinə böyük əhəmiyyət verirlər. Tələbə Forumunun təşkilinin çox vacib olduğunu vurğulayaraq Y.Şıxəliyev qeyd etdi ki, forum iştirakçıları gələcəyin elmlər doktoru və ya namizədləri, yetkin mütəxəssislər kimi elmin və istehsalatın, neft sənayesinin müxtəlif sahələrində çalışacaqlar.

Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin tələbə koordinatoru Elşən Abdullayev məlumat verdi ki, forum artıq 2-ci dəfədir ki, təşkil olunur. Ötən tələbə forumu 2010-cu ildə Xəzər Universitetində təşkil olunmuşdu. “Tələbə Forumu: Bakı-2011”in beynəlxalq çərçivədə keçirilməsi üçün xarici dövlətlərin ali təhsil müəssisələrindən nümayəndələr dəvət olunub. Forumda tələbələrin də məruzələri dinləniləcək. Məruzələrdə iştirak edən tələbələr aprelin 15-də Xəzər Universitetinin prorektoru Rafiq Əhmədovla görüşəcək. E.Abdullayev əlavə etdi ki, tələbələr “Azlab” laboratoriyasında da olacaqlar. Aprelin 16-da isə Qirmaki vadisinə və palçıq vulkanlarına ekskursiya təşkil ediləcək. Tələbə koordinatoru seminarın mahiyyəti barədə məlumat verərək vurğuladı ki, forumun keçirilməsində əsas məqsəd azərbaycanlı tələbələrin xarici ölkələrin universitet tələbələri ilə əlaqələrinin inkişaf etdirilməsidir. Qeyd edək ki, ANGC-nin tələbə üzvlərinin sayı 50 nəfərdən artıqdır.

Bp Exploration” şirkətinin nümayəndəsi Greg RileyCənubi Xəzər hövzəsinin neft sistemi”, RWE şirkətinin nümayəndəsi David SkeelsRWE Dea şirkətinin xülasəsi və Beynəlxalq əməliyyatları”, “Schlumberger” şirkətinin Xəzər regionu üzrə baş geofiziki Parvez ButtSeysmik 3D geotədqiqatların xəritələşdirilməsi və çay deltası çöküntülərində quyu yerləşdirilməsi”, Tehranın Şərif Texnologiya Universitetinin Kimya və Neft mühəndisliyi fakültəsinin nümayəndəsi İmran NəcəfiNeft mühəndisliyində ultra-səs dalğası texnologiyasının tətbiqi”, Şərif Texnologiya Universitetinin nümayəndələri Sima Həndəsi, Neda Raafat, Pərinaz EmamianAğır xam neftin təmizlənməsi üçün ultrasəs-köməkçi oksidləşdirici kükürd təmizləmə üsulunun tətbiqinin mümkünlüyünün tədqiqi”, Bakı Dövlət Universitetinin nümayəndəsi İsmayıl ƏdişovAzərbaycan neft-qaz sektorunun perspektiv zonalarının dünyadakı mövqeyi”, Taras Şevçenko adına Milli Kiyev Universitetinin nümayəndələri Yevgeni Ustenko, Sergey VyzhavaVelin-Podillianın neft və qaz potensialının öyrənilməsi üçün geofiziki metodların səmərəli kompleksimözularında məruzələri forum iştirakçılarında maraq doğurdu.

Fasilədən sonra Azərbaycan Dövlət Neft Akademiyasının nümayəndəsi Yuliya Obedkova, Total E&P Azərbaycan şirkətinin Geologiya üzrə meneceri Bertrand ŞövaliyePalçıq vulkanları və onların neftlə əlaqəsi”, Şərif Texnologiya Universitetinin Ultrasəs tədqiqat qrupunun nümayəndələri İ.Nəcəfi, B.Keşəvərzi, M.H.Qəzənfəri, C.QotbiAğırlıq drenaj prosesində nisbi və mütləq təsir üzrə ultrasəs dalğası, radiasiya təsirlərinin eksperimental və analitik tədqiqi”, Taras Şevçenko adına Milli Kiyev Universitetinin nümayəndələri Vasil Petruniak, Sergey VizhavaDnepr-Donetsk hövzəsinin Pirkinska sahəsinin seysmogeoloji tədqiqatı”, ADNA-nın nümayəndəsi Cavad RüstəmovAbşeron hasilat farmasiyası zonasının Cənubi Paylanma sərhədlərinin təyinatı üzrə petroqrafik əlaqələr”, Tehranın Şərif Texnologiya Universitetinin nümayəndələri Arian Səfəri, Bahadur VakiliniaAğır xam neftin parçalanma prosesi üzrə ultrasəsin təsirinin tədqiqi”, ADNA-nın nümayəndəsi Elçin ŞəkərovunNeft sənayesində nanotexnologiyaməruzələri böyük maraqla dinlənildi.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2011.-15 aprel.- S. 13.