“Biz Heydər
Əliyev siyasi kursunu öyrənirik”
YAP Nizami rayon təşkilatında bu adda
yaradılan məktəbin ilk məşğələsi
keçirildi
Aprelin 16-da YAP Nizami rayon təşkilatında
yaradılan “Biz Heydər Əliyev siyasi kursunu öyrənirik”
məktəbinin ilk məşğələsi keçirildi.
Məşğələni
giriş sözü
ilə açan
YAP Nizami rayon
təşkilatının
sədri, Milli
Məclisin deputatı
Sədaqət
Vəliyeva bildirdi ki, ulu öndər
Heydər Əliyev
taleyin xalqımıza
bəxş etdiyi
böyük
tarixi şəxsiyyətdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli
dövlətçiliyimizin ideya əsasını məhz
ümummilli lider Heydər Əliyev yaratmışdır.
Bütün mənalı həyatını öz xalqına bəxş
etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi
kimi zəngin fəaliyyəti Azərbaycan xalqının
tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi
məktəbinə çevrilmişdir. Azərbaycan
xalqının hələ neçə-neçə nəsli
bu böyük məktəbdən, Heydər Əliyevin zəngin
siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı naminə faydalanacaq.
Məşğələ
çərçivəsində
partiya sıralarına
yeni daxil olan
bir qrup gəncə
üzvlük vəsiqəsi
təqdim olundu.
YAP sədrinin
müavini, icra
katibi Əli Əhmədov
öz siyasi talelərini
Yeni Azərbaycan
Partiyasına bağlayan
gəncləri
təbrik etdi.
Bu addımlarını onların həyatında mühüm
hadisə kimi diqqətə çatdırdı. Belə
möhtəşəm, qüdrətli partiyanın üzvü
olmaq onlar üçün qürurdur. “Düşünürəm
ki, bu vəsiqədən daha da ruhlanaraq ölkənin
ictimai-siyasi həyatında yaxından iştirak edəcək,
ölkəmizin inkişafı, qüdrətinin
artırılması istiqamətində həyata keçirilən
dövlət siyasətinin reallaşmasına öz töhfələrini
verəcəklər.”
Ə.Əhmədov
Nizami rayon təşkilatında
yaradılan “Biz
Heydər Əliyev
siyasi kursunu öyrənirik”
məktəbinin həqiqətdə
gənclərin
liderlik məktəbi
olduğunu diqqətə
çatdırdı. “Bu məktəbin
ilk dinləyicisi olmaq böyük xoşbəxtlikdir. Proqramda nəzərdə
tutulduğu müddətdə çox maraqlı mühazirələr
dinləyəcək, maraqlı insanlarla görüşəcək,
ölkənin ictimai-siyasi mühitinin incəlikləri ilə
tanış olacaq, gənc liderlərə xas olan keyfiyyətləri
mənimsəyəcəksiniz. Bu məktəbdə dərs
almağınız, biliklərə yiyələnməyiniz Azərbaycanın
ictimai-siyasi həyatında fəallığınızın
artırılmasına öz müsbət təsirini göstərəcək.
Düşünürəm ki, bu məktəbin “Biz Heydər Əliyev
siyasi kursunu öyrənirik” adlandırılması kifayət
qədər böyük məna və əhəmiyyət
daşıyır. Heydər Əliyev Azərbaycan
xalqının yetişdirdiyi ən böyük, ən dahi
simalardan biridir. Azərbaycanın müasir tarixi və bu tarixdə
əldə olunan nailiyyətlər, müstəqil Azərbaycan
və Azərbaycan dövləti
Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.
Azərbaycanın müasir tarixini Heydər Əliyevsiz, onun
müəyyənləşdirdiyi siyasətsiz təsəvvür
etmək qeyri-mümkündür. Eyni zamanda bu gün ölkəmizdə
həyata keçirilən siyasət də ictimaiyyət tərəfindən
Heydər Əliyev siyasəti kimi qəbul olunur. Azərbaycan
xalqı bu siyasətin hazırda İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyinin şahididir.”
O da
qeyd edildi ki, hər
bir Azərbaycan
vətəndaşı,
xüsusilə gənclərimiz
Heydər Əliyevin
həyat və
fəaliyyəti
haqqında zəngin
biliklərə malikdirlər. Çünki
40 ildən artıqdır ki, Azərbaycanın siyasi həyatının
əsas amili, hərəkətverici qüvvəsi Heydər Əliyev,
onun müəyyənləşdirdiyi ideyalar olub. Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul
plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri
olmuşdur. Bu dövrdən etibarən Heydər Əliyev azərbaycançılıq
ideologiyası adlandırılan məfkurənin əsasını
qoyaraq Azərbaycanın uzunmüddətli
inkişafının təməlini yaradıb, hazırda bu əsas
üzərində Azərbaycan sürətlə inkişaf
edir.
Heydər
Əliyevə
Azərbaycan vətəndaşları
həm xilaskar,
həm qurucu,
həm ən
böyük
lider, bu gün
isə ümummilli lider
kimi yanaşır. Təbii
ki, bunların hər biri üçün ciddi əsaslar var.
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə
Azərbaycan o zaman da təlatümlü dövrünü
yaşayırdı. İqtisadi inkişaf
baxımından
15 respublika arasında
son yerdə dayanan
bir ölkə idi.
Bu tənəzzül
digər sahələrdə
də özünü
göstərirdi.
1969-cu ildə Heydər
Əliyev
hakimiyyətə gəldikdən
sonra çox qısa
zamanda Azərbaycan
15 respublika arasında
tutduğu yeri
inanılmaz dərəcədə
sürətlə
dəyişdirdi.
Ona görə
də Azərbaycan
vətəndaşları
Heydər Əliyevin
Azərbaycan tarixindəki
rolunu müəyyənləşdirərkən
ona həm
xilasedici, həm
də qurucu lider
kimi yanaşıblar
və bu yanaşma
ü tarixi nöqteyi-nəzərdən
özünü tamamilə
doğruldub. Sonrakı
dövrlərdə
görülən
işlər
də məlumdur.
1982-ci ilin dekabrında
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi
Bürosunun üzvü
seçilən
Heydər Əliyev
SSRİ Nazirlər
Soveti sədrinin
birinci müavini
vəzifəsinə
təyin edilmiş
və SSRİ-nin
rəhbərlərindən
biri olmuşdur.
Heydər Əliyev
o zaman Azərbaycanın
milli qürur
və iftixar mənbəyinə
çevrilmişdir.
Heydər
Əliyev
1987-ci ilin oktyabrında
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi
Bürosunun və
şəxsən Baş
katib Mixail Qorbaçovun
yeritdiyi siyasi xəttə
etiraz əlaməti
olaraq tutduğu
vəzifələrdən
istefa vermişdir.
Bu dövrdən
sonra Azərbaycanda inkişaf tədricən
tənəzzüllə
əvəz olunmağa
başladı. Sovetlər
birliyinin dağılmasından,
Azərbaycanın
dövlət
müstəqilliyinin yenidən bərpa
olunmasından sonra
tez-tez baş
verən hakimiyyət
dəyişikliyi,
Ermənistanın
Azərbaycana təcavüzü,
torpaqlarımızın
işğalı Azərbaycanın
iqtisadiyyatına və
digər sahələrə
çox ciddi təsir
göstərdi.
Heydər Əliyevin
hakimiyyətdə olmaması,
Azərbaycanın
siyasi proseslərində
birbaşa iştirak
etməməsi
ölkəmizin bütün
sferalarında geriləmələrlə
müşahidə olunmağa
başladı. 1993-cü
ilin may-iyununda hökumət
böhranının
son dərəcə
kəskinləşməsi
ilə ölkədə
vətəndaş
müharibəsinin
baş verməsi
və müstəqilliyin itirilməsi
təhlükəsi
yarandıqda Azərbaycan
xalqı Heydər
Əliyevin
hakimiyyətə gətirilməsi
tələbi
ilə ayağa
qalxdı. 1993-cü il
15 iyunun tarixə Milli
Qurtuluş günü
kimi daxil olması
səbəbsiz
deyil. Azərbaycan
dağılmaq, parçalanmaq
təhlükəsindən
xilas oldu. Bu
dövrdən
başlanan yol
Azərbaycanı inkişafa,
tərəqqiyə
aparır. Ulu
öndər Heydər
Əliyev
hakimiyyətə qayıdışından
sonra özünün
siyasi bacarığı ilə
xalqı yenidən
vahid bir məfkurə
ətrafında səfərbər
edib onun qəlbində
sabaha inam hissi
yaratdı. Ölkənin
ictimai-siyasi, sosial,
iqtisadi, elmi-mədəni
həyatında,
beynəlxalq əlaqələrdə
dönüş yaranmış,
elmi əsaslara, beynəlxalq
norma və prinsiplərə
uyğun müstəqil
dövlət
quruculuğu prosesi
başlandı. Heydər
Əliyevin
həyata keçirdiyi
təxirəsalınmız
tədbirlərin
nəticəsi
kimi, bir tərəfdən
Milli Ordunun formalaşdırılması,
Azərbaycanın
milli mənafelərini
qorumağa qadir
nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın
müdafiə olunması
ilə bağlı
mühüm
addımlar atılmış,
digər tərəfdən, atəşkəsə
nail olmaq üçün
bütün
siyasi və diplomatik vasitələr
işə salınmış,
bunun da nəticəsində
1994-cü ilin mayında
ölkəmiz üçün
həyati əhəmiyyət
kəsb edən
atəşkəsə
nail olunmuşdur.
Ölkədə
sabitliyin yaradılması
1994-cü ilin sentyabrında
“Əsrin müqaviləsi” adlandırılan
ilk neft müqaviləsinin
imzalanmasına geniş
imkanlar açdı.
Dünya dövlətlərinin,
şirkətlərin
birgə əməkdaşlığı,
təcrübə
mübadiləsi
sayəsində yeni-yeni
müqavilələr
imzalandı, onların
gerçəkləşməsi
nəticəsində
ölkəmizin iqtisadi imkanları artdı,
siyasi mövqeyi
möhkəmləndi.
Bu gün
Azərbaycanın
neft-qaz ixracatçısına
çevrilməsi, dünyanın
enerji təhlükəsizliyinin təminatında
artan rolu malik
olduğu təbii
resurslardan səmərəli
istifadənin nəticəsidir.
Neft gəlirlərinin
istifadəsində şəffaflığın
yüksək
səviyyədə
təminatı da
qarşıya qoyulan
əsas
vəzifələrdən
idi. Ulu öndər
Heydər Əliyevin
1999-cu ildə böyük
uzaqgörənliklə
yaratdığı Dövlət
Neft Fondunun hazırda
aktivlərinin həcmi
22 milyard dollardan artıqdır. Bu
vəsait mühüm
əhəmiyyətli
sosial-iqtisadi layihələrin
həyata keçirilməsinə
stimul verir.
Ə.Əhmədov
bu inkişafın
əhalinin
sosial müdafiəsində
də özünü
qabarıq şəkildə
büruzə verdiyini diqqətə çatdırdı.
Son illər
iqtisadiyyatın 3 dəfə,
dövlət
büdcəsinin
15 dəfə artması
əhalinin sosial müdafiəsinə
yönələn
addımların
davamlılığının
təmin olunmasına
öz müsbət
təsirini göstərir.
Ulu öndər
Heydər Əliyev
bildirirdi ki, neft
xalqın ən
böyük
sərvətidir.
Ondan düzgün
istifadə etmək, əldə
olunan gəlirləri
təyinatı üzrə
düzgün
istiqamətləndirmək
gərəkdir.
Sözsüz
ki, Azərbaycanın
1993-cü ildən
başlayaraq keçdiyi
inkişaf yolu
hər kəsə
bəllidir. Azərbaycan
gəncləri
bu inkişafı
görür
və düzgün
dəyərləndirir.
Dövlətin
gənclərə
diqqət və
qayğısı da
göz qabağındadır. Onların
ölkənin ictimai-siyasi
həyatında
aparıcı rol
oynayan Yeni Azərbaycan
Partiyasında böyük
çoxluq təşkil
etməsi dövlətin
siyasətinə, partiyanın
gələcəyinə
olan inamdan irəli
gəlir.
Ə.Əhmədov
bəzi qüvvələrin
gənclərdən
öz çirkin niyyətlərini
həyata keçirmək
üçün bir
vasitə kimi bəhrələnmələrinə
də münasibətini
açıqladı. Bildirdi ki, Azərbaycan
gəncləri
sağlam düşüncəli
gənclərdir.
Çox yaxşı başa
düşürlər
ki, həmin
qüvvələrin
cızdıqları
planlar onların
maraqlarına uyğun
deyil. Gənclərin
əsas
vəzifəsi
biliklərə yiyələnmək, Azərbaycanın
inkişafına, tərəqqisinə
öz töhfələrini
verməkdir. Bu
gün bəzi
qüvvələrin
ölkədə ictimai-siyasi
durumu gərginləşdirmək
üçün küçələrə
can atmaları ictimaiyyət
tərəfindən
birmənalı qarşılanmır. Bəzi
müxalif qüvvələr
öz siyasi fəaliyyətlərinin
ancaq mitinqlər, küçə
yürüşləri
keçirməkdən
ibarət olduğunu
təsdiqləyir,
törətdikləri
əməllərlə
özlərini qınaq
hədəfinə
çevirirlər.
Reallığı inkar
etmək qeyri-mümkündür. Bu
gün Azərbaycanın inkişafın hansı səviyyəsində
olduğunu görmək üçün əvvəlki illərə
nəzər salaraq. Qısaca müqayisə aparmaq kifayətdir.
Azərbaycanın uğurları dünyanın ən
nüfuzlu təşkilatlarının hesabatlarında da öz
əksini tapır. Bu uğurlarımız bizi daha da
ruhlandırır, gələcəyə böyük inamla irəliləməyə
əsas verir. Bu uğurları bizə bəxş edən Heydər
Əliyev siyasəti və hazırda bu xəttin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Sonda YAP Nizami rayon təşkilatının
sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva
“Biz Heydər Əliyev siyasi kursunu öyrənirik” məktəbinin
növbəti məşğələləri barədə məlumat
verdi.
Yeganə
Əliyeva,
Elçin
Zaman
İki sahil.- 2011.-19 aprel.- S. 4.