Mənalı ömür yolu

 

Geologiya-mineralogiya elmləri doktoru, professor Firudin Məhəmmədəli oğlu Hacıyev Azərbaycan neft sənayesinin tanınmış alimlərindəndir.

F.M.Hacıyev 1936-cı il aprelin 26-da Goranboy rayonunun Xan Qərəvənd kəndində anadan olub. 1953-cü ildə Naftalan orta məktəbini əla qiymətlərlə bitirən Firudin müəllim həmin ildə də Azərbaycan Dövlət Sənaye İnstitutunun (indiki ADNA) geoloji - kəşfiyyat fakültəsinə daxil olur və oranı dağ mühəndisi - hidrogeoloq ixtisası üzrə bitirir.

Əmək fəaliyyətinə 1968-ci ildə “Azərbaycan elmi-tədqiqat hidrotexnika və meliorasiya” institutunda kiçik elmi işçi vəzifəsindən başlayır və 1960-61-ci illərdə Bakı Yod zavodunda böyük mühəndis vəzifəsində çalışır.

1962-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun (indiki ADNA-nın) aspiranturasına daxil olur.

1964-cü ildən AzNQSDETLİ-ninGeokimya mədən sularılaboratoriyasında böyük elmi işçi, 1969-cu ildənAxtarış kəşfiyyatlaboratoriyasında baş elmi işçi, “Neft qaz yataqlarının hidrogeologiyası hidrokimyasılaboratoriyasında baş elmi işçi vəzifələrində işləyir, 1980-ci ildən isə bu laboratoriyanın müdiri seçilir.

1968-ci ildə neft qaz yataqlarının geologiyası, axtarışı kəşfiyyatı ixtisası üzrə dissertasiya müdafiə edərək elmlər namizədi, 1990-cı ildə isə elmlər doktoru alimlik dərəcəsi adına layiq görülür.

Firudin müəllim 200-dən çox elmi işin müəllifidir. Çap olunmuş 150 elmi məqaləsi, 4 monoqrafiya, 3 ixtira 3 regional xəritəsi neft geologiyasının vacib məsələlərinə həsr edilib ki, bu da böyük əhəmiyyət kəsb edir.

Belə ki, onun elmi yaradıcılıq fəaliyyəti Azərbaycanın neft-qaz yataqlarının geologiyası, axtarışı, kəşfiyyatı, işlənməsi, hidrogeologiyası, hidrokimyası ilə sıx əlaqədardır.

Bu məsələlərlə yanaşı, neft-qaz yataqlarından götürülmüş lay səmt sularının yenidən istifadəsi üçün obyektlərin seçilməsi, Bakı şəhərinin içməli su ilə təmin edilməsi üçün götürülmüş su nümunələrinin analizi kimi geniş tədqiqat işlərinə Firudin müəllim rəhbərlik edib.

Onun neft qaz yataqlarının hidrogeologiyası hidrokimyası sahəsində apardığı tədqiqatın nəticələri ölkəmizin xarici dövlətlərin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir.

Bu baxımdan alimin rəhbərliyi ilə son 3 ildəQarasu Əməliyyat Şirkəti”, “Qaraçuxur Əməliyyat ŞirkətiSurakhanı Oil Operation Company S.A” arasında bağlanmış müqavilələr əsasında aparılmış elmi-tədqiqat işləri daha təqdirə layiqdir. Bununla yanaşı, onun rəhbərlik etdiyi laboratoriyadaGünəşliyatağının dayaz dərin dəniz lay təzyiqini sabit saxlamaq üçün istismarda olan laylara ABƏŞ-in vurduğu dəniz suyunun hidrokimyəvi metodları hazırlanıb.

Firudin Hacıyev neft geologiyası elminin bu sahəsinin inkişafında xüsusi xidmətləri olan yeganə mütəxəssisdir.

Elmi fəaliyyətinin 50 ilini neft sənayesində çalışan Firudin müəllim Azərbaycan Milli Geofizika Komitəsinin üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki - vitse-prezidenti, Azərbaycan Neft Akademiyasının professoru, Azərbaycan - AmerikaNeftçi geoloqlar cəmiyyəti”nin Prezidenti, “Beynəlxalq hidrogeoloqlar Assosiasiyası”nın Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer Elmləri üzrə Ekspert Şurasının, məcmuələrin, elmi topluların redaksiya heyətinin üzvüdür.

Firudin müəllimin uzun illər üzv olduğu institutun Elmi Şurasının iclaslarında fəal iştirakı, müzakirə edilən elmi işlərə obyektiv müdaxiləsi, konkret təklifləri, səriştəli çıxışları hamının elmi marağına səbəb olub.

Onun həmsöhbətlərini dinləmək bacarığı, yüksək ziyalılığı, tariximizə, keçmişimizə hörməti, gələcəyə inamı, yorulmadan çalışmağı, geniş dünyagörüşü eyni zamanda alimin əsas xüsusiyyətlərindəndir.

 

Ömrünün çox hissəsini neftlə bağlayan bu nəcib insan bir alim kimi istedadlı gənclərə, geoloqlara səmimi münasibət bəsləyir, öz köməkliyini əsirgəmir. Onun rəhbərliyi altında gənc mütəxəssislərin geologiya-mineralogiya elmlər namizədi elmi dərəcəsi alması üçün dissertasiya işlərinə rəhbərliyi doktorluq dissertasiya işlərinə elmi məsləhətçi kimi xeyirxahlığı indi davam etməkdədir.

Azərneftİstehsalat Birliyinin, Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin Azərbaycan Respublikası neft qaz sənayesi Həmkarlar Təşkilatının Fəxri Fərmanları, keçmiş SSRİ neft nazirliyinin SSRİ neft sənayesi işçiləri Həmkarlar Təşkilatının Mərkəzi Komitəsinin Rəyasət HeyətininNeft sənayesi əlaçısınişanı, “Əmək veteranı Azərbaycan Respublikası Prezidentinin sərəncamı iləTərəqqimedalları ilə təltif olunub.

Firudin müəllim üçün ən böyük mükafat isə onun iki qız övladının, nəvələrinin 30 ildən artıq rəhbərlik etdiyi laboratoriya əməkdaşlarının ona olan səmimi məhəbbəti hörmətidir.

75 illik mənalı ömür sürən Firudin Hacıyev hələ böyük potensiala yaradıcılıq imkanına malikdir. Ona möhkəm cansağlığı gələcək elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

 

İki sahil.- 2011.- 27 aprel.-S. 14.