“Azərikimya” İstehsalat Birliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr olunmuş
tədbir keçirilmişdir
ARDNŞ-in “Azərikimya”
İstehsalat Birliyinin Baş Ofisində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr
olunmuş tədbir keçirilmişdir.
Dahi öndərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra
“Azərikimya” İB Müşahidə Şurasının sədri,
Milli Məclisin deputatı Muxtar Babayev çıxış
etmişdir.
O, Azərbaycanın
dünyanın inkişaf etmiş ölkələri sırasına
çatmasında, respublikamızın iqtisadi cəhətdən
qüdrətlənməsində, xalqımızın
maddi-rifah halının yaxşılaşmasında, eləcə
də Sumqayıt şəhərinin neft-kimya kompleksinin
inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz
xidmətlərindən ətraflı bəhs etmişdir. Tədbirdə
dahi öndər Heydər Əliyevin Azərbaycanın
bütün bölgələrinə göstərdiyi diqqət
və qayğıdan danışan natiqlər bildirmişlər
ki, Sumqayıtın inkişafı, tərəqqisi bilavasitə
onun adı ilə bağlıdır. Heydər Əliyevin
hakimiyyətdə olduğu illər ərzində 16 dəfə
Sumqayıta səfər etməsi, hər səfərinin əlamətdar
hadisə ilə yadda qalması bunun bariz nümunəsidir.
Dahi rəhbərin kimya sənayesinə
göstərdiyi diqqət və qayğının Prezident
İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində,
hazırda ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin
istehsal gücünün, kimya məhsullarının
çeşidinin artırılması məqsədilə yeniləşmə,
müasirləşmə prosesinə start verildiyi və bu
istiqamətdə intensiv tədbirlər həyata
keçirildiyi xatirə tədbirində xüsusi qeyd
olunmuşdur.
İki
sahil.- 2011.- 27 aprel.- S.8.