Gəncliyə
böyük önəm verən sivil, demokratik respublika
Yeni
Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında
keçirilən tədbirdə gənclər Heydər Əliyev
ideyalarına sadiqliklərini, Prezident,
Yeni Azərbaycan
Partiyası Sabunçu rayon təşkilatında
“YAP və müasir Azərbaycan gəncliyi” mövzusunda
toplantı keçirildi.
Mərasimi giriş sözü ilə
açan və rayon gənclərinin elmdə, təhsildə,
ictimai işlərdə qazandıqları uğurlar barədə
məlumat verən YAP Sabunçu rayon təşkilatının
sədri Mehriban Abasquliyeva bildirdi ki, Prezident, YAP sədri
İlham Əliyevin müxtəlif sahələrdə uğur
qazanmış bir qrup gənc və
tələbə gənclər təşkilatlarının
nümayəndələri ilə keçirdiyi
görüş yeni nəslin təmsilçilərində
daha böyük nailiyyətlər üçün stimul
yaratmışdır. Görüşün ümummilli lider
Heydər Əliyevin anadan olmasının 88 və müstəqilliyimizin
20-ci ildönümünə həsr olunduğunu diqqətə
çatdıran təşkilat sədri vurğuladı ki, YAP
Sabunçu rayon təşkilatında birləşən 7500-dən
artıq üzvün 2500-nü gənclər təşkil
edir:
- YAP-ın üzvü olmaqdan daim qürur
duyan rayonumuzun gəncləri
respublikada aparılan genişmiqyaslı quruculuq işlərində,
partiyanın ətrafında möhkəm birləşərək
sağlam əqidəli qüvvə kimi ölkənin
ictimai-siyasi həyatında fəal iştirak edirlər. Prezident İlham Əliyevin imzaladığı sərəncama
əsasən hazırlanacaq “Azərbaycan gəncliyi Dövlət
Proqramı”nda konkret vəzifələrin yer alacağı barədə
tövsiyələr yeni nəslin nümayəndələrini
daha da ruhlandırmışdır.
Azərbaycanda görülən işlər,
aparılan uğurlu siyasət ,ölkəmizin
beynəlxalq aləmdə, dünya birliyində
qazandığı böyük nüfuz göz
qabağındadır. Sözsüz ki, bu tərəqqi,
dinamik inkişafın aparıcı qüvvəsi olan, fəaliyyətinin
əsas prinsiplərini yenilik və müasirlik təşkil edən
Yeni Azərbaycan Partiyasına inam və etimadı daha da
artırır.
Azərbaycanın
müasir gəncliyini yenilməz qüvvə adlandıran Yeni
Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, millət
vəkili Əli Əhmədov gənclərlə bağlı
fikirlərini açıqladı.
Bildirdi ki, respublikamızın gələcək inkişaf
perspektivləri, iqtisadiyyatımızın tərəqqisi, gələcək
planlarımız, biri-birindən əhəmiyyətli islahat və
layihələr gənclərin iştirakı ilə həyata
keçiriləcək:
- Yeni Azərbaycan
Partiyasında birləşən gənclərə böyük
siyasi qüvvə kimi daim önəm verilir. YAP-da ürəyi vətənpərvərlik
duyğuları ilə dolu olan bugünkü gəncliyin
mövqeyinin müəyyənləşdirilməsi,
potensialından səmərəli istifadə və
özünü ifadə etməsi baxımından əlverişli
mühit yaradılıb. Azərbaycanın
dünəni olduğu kimi bu günü, sabahı da
YAP-ın gücü, əzəməti və
gələcəyə olan perspektivləri xalqın ümumi rəyini
ifadə edən ideyalara söykənir. Partiyanın
yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyev
təşkilatın formalaşması üçün elə
mükəmməl və əbədiyaşar prinsiplər
müəyyənləşdirmişdir ki, bu göstəricilərdə
partiya üzvlərinin və bütünlükdə xalqın
partiyamıza, ölkəmizin gələcəyinə bəslədiyi
bütün ümidlər ifadəsini tapır.
YAP-ın yarandığı o çətin
dövrləri xarakterizə edən Əli Əhmədov
bildirdi ki, xilaskar bir siyasi təşkilat kimi fəaliyyətə
başlayan partiyamız ona bəslənilən ümidləri
həmişə doğruldub. Partiya təsis
olunduğu ilk günlərdən insanların istək və
arzularını həyata keçirməklə vətəndaşları
yaşadıqları bəlalardan xilas etmək
missiyasını yerinə yetirdi. İnsanların
bütün istək və arzuları, partiyanın qurucusu,
xilaskar, ulu öndər Heydər Əliyevlə bağlı
bütün niyyətləri, sabitlik və əmin-
amanlığın yaradılması YAP ətrafında birləşənlərin
birgə səyi ilə təmin olundu.
“Partiya yaranandan
qısa müddət sonra ümummilli lider Heydər Əliyev
Azərbaycanın Prezidenti seçildi. YAP-ın ideya əsaslarını təşkil edən
taleyüklü məsələlərin ardıcıl olaraq həyata
keçirilməsi imkanı genişləndi” söyləyən
icra katibi vurğuladı ki, ölkədə siyasi sabitliyin
yaranması, insanları narahat edən problemlərin həlli,
iqtisadi tənəzzüldən xilas olmaq istiqamətləri
dövlət siyasətinin əsasını təşkil etməklə
YAP-ın proqram və nizamnaməsinin də başlıca
prinsipləri kimi xalq tərəfindən dəstəkləndi:
- Azərbaycanı dağılmaq təhlükəsi
həddinə çatdıran təhlükəli proseslər
qarşıdurmalar ulu öndər
Heydər Əliyevin müdrikliyi , qətiyyəti
sayəsində aradan qaldırıldı. Bu
gün də ölkə vətəndaşları tərəfindən
dəstəklənən siyasi sabitlik mühiti
yaradıldı. Bu müstəvidə Azərbaycan
iqtisadiyyatının inkişafına təkan verən önəmli
islahatlar həyata keçirildi. Ötən
əsrin 90-cı illərinin əvvəllərində iqtidarda
olan naşı “dövlət rəhbərlərinin” səriştəsizliyi
üzündən Azərbaycanın xarici siyasət sahəsində
üzləşdiyi çətinliklər aradan
qaldırıldı. Region və iqtisadi cəhətdən
daha inkişaf etmiş qüdrətli dövlətlərlə
birbaşa əlaqələr yaradıldı. Ölkəmizə beynəlxalq dəstəyin əsası
da məhz Heydər Əliyev uzaqgörənliyi sayəsində
təşəkkül tapdı.
Qeyd olundu ki, Azərbaycanın
hamını heyrətləndirən bugünkü iqtisadi
inkişafının əsasını təşkil edən və
Heydər Əliyev dühasının məhsulu olan neft
strategiyasının həyata keçirilməsi ilə
çoxları üçün əlçatmaz,
reallığı təsəvvür edilməyən ən
çətin problemlər aradan qaldırıldı. Bu strategiyaya maraq göstərən, neft
müqavilələrində iştirak etmək istəyən
dövlətlərin artması ilə Azərbaycana investisiya
axını sürətləndi, sosial -iqtisadi inkişafın
intibah dövrü başladı.
Ölkəmizin
dünya birliyində mövqeləri möhkəmləndi. Azərbaycana getdikcə artan maraqların
təməlində də ölkəmizin zəngin neft
yataqlarına malik olması və bu təbii sərvətdən
düzgün, xalqın maraqları, maddi-rifah halının
yüksəlməsi və dövlətçiliyin möhkəmlənməsi
naminə istifadənin düzgün istiqamətləndirilməsi
amili dayanır.
- Azərbaycanın belə yüksək
reytinqə sahib olması Heydər Əliyev ideyalarının
təntənəsidir. Məhz bu ideyalar əsasında
fəaliyyət göstərən
Azərbaycanın son illərdə sürətli
inkişafı barədə gənclərə
açıqlama verən Əli Əhmədov vurğuladı
ki, son yeddi ildə iqtisadi göstəricilərin 3 dəfə
artması dünya təcrübəsində çox az hallarda rast gəlinən reallıqdır. Azərbaycan
iqtisadiyyatının dinamik inkişafı, əhalisinin
yaşayış səviyyəsinin yüksəlməsi ilə
region və MDB respublikaları arasında fərqlənən
qüdrətli bir ölkədir:
- İnsanların həyat
səviyyəsinin keyfiyyəti müasir tələblərə
uyğun dəyişilir. Ölkəmizin modernləşdirilməsi istiqamətində
aparılan islahatlar nəticəsində tək
paytaxtımız deyil, bütün bölgələrin
siması gözəlləşir. Bu keyfiyyət dəyişikliyi
bütün parametrlər üzrə hiss olunur. Müasirlik
insanlarımızın həyatında, məişətində
diqqəti cəlb edir. Bunlar Heydər Əliyev
ideyalarına uyğun fəaliyyət prinsiplərinin
reallaşması deməkdir. Bu ideyaları
gerçəkləşdirən ulu öndərin varislik məktəbini
davam etdirən Prezident İlham Əliyev siyasətidir. Bütün ölkə vətəndaşları dərk
edirlər ki, ulu öndərin siyasəti bu günədək
Azərbaycan xalqına xidmət etdiyi, ölkə əhalisinə
rahat yaşam tərzi bəxş etdiyi kimi inkişafın,
sabitliyin əsasını təşkil edən bu fundamental
siyasət özünü doğruldur. Bu ideyalara sadiqlik
göstərən YAP-ın ətrafında birləşən
500 mindən artıq sağlam əqidəli insan bu istiqamətdə
üzərlərinə düşən vəzifələri
aydın başa düşür və həyata keçirir.
Əli Əhmədov vurğuladı ki,
partiyanın ətrafında hər cür fədakarlığa
hazır olan insanların toplaşması, belə yüksək
reytinq qazanması partiyanın yaradıcısının
ideyalarına, təşkilatın sədri Prezident İlham Əliyevə
tükənməyən inam və etimaddan qaynaqlanır:
Bu ideyalara sədaqət
gənclər arasında daha böyükdür. YAP gənclərin ideya və ideallarının həyata
keçirilməsi üçün nəhəng, siyasi cəhətdən
sağlam və münbit təşkilatdır.
Yeni Azərbaycan
Partiyası özünü ifadə etmək üçün
sıralarımıza qoşulan hər bir gənc
üçün siyasi təkmilləşmə məktəbidir. Gənclərin maraqlarına uyğun fəaliyyət
proqramının həyata keçirilməsi üçün
partiyamız böyük potensial və imkanlara malikdir. Həyata
keçirilən bütün islahatların mərkəzində
bu prinsiplər dayanır: Azərbaycanı inkişaf etdirmək,
müasirləşdirmək və modernləşdirmək. Bu siyasəti yalnız gələcəyimiz olan gənclərin
birgə iştirakı, birliyi və həmrəyliyi ilə həyata
keçirəcəyik.
Bu tələb
Prezident, YAP-ın Sədri İlham Əliyev ideyası və gənclər
siyasətinin əsas bazasını təşkil edir. Prezident İlham Əliyevin sərəncamına
əsasən 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin
inkişafı ilə əlaqədar Dövlət
Proqramının hazırlanması da yenilməz qüvvə olan yeni nəslə
inam və etimaddan qaynaqlanır.
Son vaxtlar bəzi bədxah qüvvələrin
Azərbaycanda siyasi sabitliyin pozulması üçün
keçirdikləri qanunsuz aksiya və mitinqlərə toxunan Əli
Əhmədov bildirdi ki, belə qaragüruhçulara layiqli
cavab verən ölkə gəncləri Prezident İlham Əliyevlə
həmrəyliklərini ifadə edərək radikal
düşüncəli siyasətbazlara “yox” dedilər. Qərəzli
niyyətlərini həyata keçirmək istəyən və
Azərbaycanın müstəqilliyini istəməyən
qüvvələrə xidmət edənlər bir daha dərk
etdilər ki, Azərbaycanın gələcəyini etibar edəcəyimiz
müasir gənclik Heydər Əliyev yolu ilə irəliləyərək,
bu ölkəni inkişaf etdirməklə, respublikada sabitliyi
qoruyan Prezident İlham Əliyev ətrafında daha sıx birləşir.
Çünki Azərbaycan gəncliyə ən
böyük önəm verən sivil, demokratik respublikadır.
Gənclər adından
çıxış edən Yeni Azərbaycan Partiyası
Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədri
Lamiyə Cəlilova, GB İdarə Heyətinin üzvü Məhəmməd
Əsədov bildirdilər ki, bugünkü gənclik Heydər
Əliyev yolu ilə inamla irəliləyərək Prezident
İlham Əliyev siyasətini dəstəkləyir.
Tədbirdə ulu öndər
Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr olunmuş inşa yazı
olimpiadasının qalibləri - Lalə Hacıyeva, Gilas Mehdizadə,
Şəmistan Heydərli fəxri diplom və hədiyyə ilə
mükafatlandırıldılar. Sonda YAP-a daxil olan bir qrup gəncə
üzvlük vəsiqələri təqdim olundu.
Yığıncaqda Yeni Azərbaycan
Partiyası icra katibinin müavini, millət vəkili
Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri Seymur
Orucov iştirak edirdilər.
Xuraman
İsmayılqızı
İki
sahil.- 2011.- 27 aprel.-S. 5.