Mehriban Əliyeva: Qəbələ bu gün yenə də paytaxtdır - mədəniyyət və musiqi paytaxtı

 

Heydər Əliyev Fondunun prezidenti III Beynəlxalq Musiqi Festivalının iştirakçılarına ünvanladığı təbrik məktubunda əmin olduğunu bildirir ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında daha bir bayrama çevriləcəkdir

 

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən III Beynəlxalq musiqi festivalı dünyanın virtuoz sənətkarları üçün əsl mənada bayrama çevrilmişdi. Milli mənəvi dəyərlərimizin və mədəniyyətimizin qorunması və təbliği istiqamətində gördüyü işlərlə fərqlənən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə təşkil olunan Beynəlxalq Musiqi festivallarının keçirilməsi ənənəsinin davam etdirilməsi ilə dünya ictimaiyyətinin diqqəti yenə də Azərbaycana yönəlmişdir.

Beynəlxalq Musiqi Festivalının Azərbaycanda- dünyanın ən qədim sivilizasiyalarından sayılan, Qafqaz Albaniyasının paytaxtı Qəbələdə keçirilməsi dünya mədəniyyət tarixində əlamətdar hadisə kimi iz qoyub. Bura qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir. Bu gün dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, festival günlərində Qəbələ yenə mədəniyyət paytaxtı statusunu daşıyır. Qəbələ musiqi festivalının bədii rəhbəri Dmitri Yablonski Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən festivalı musiqi bayramı kimi dəyərləndirdi: “Hamı deyir ki, bura İsveçrə kimi gözəldir, amma mən istərdim ki, desinlər - bura Azərbaycan kimi gözəldir. Alp dağlarında hara baxsan, balaca kəndlər görərsən, burada isə təbiət öz əzəli gözəlliyini qoruyub saxlamışdır. Buna görə mən istərdim ki, bütün dünyada olan musiqiçi dostlarım buraya gəlib gözəl musiqi ifa etsinlər”.

Beynəlxalq aləmdə belə bir ümumi meyil yaranıb ki, adətən iri şəhərlərin taleyinə yazılan əlamətdar festivallar paytaxtların sərhədlərini aşaraq məşhurlaşmaq qisməti, statusu mənzərəli kiçik yerlərə - sənət gözəlliyi ilə təbiət gözəlliyinin çox uğurlu şəkildə vəhdət təşkil etdiyi məkanlara keçir. Qəbələdə olduğu kimi.

Avqustun 5-dək davam edəcək Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa Almaniyadan dünya şöhrətli musiqiçilər kollektivlərin - Yuri Başmet Yeni Rusiyasimfonik orkestri, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia başqalarının iştirak etdiyi festivalda kamera musiqisi orkestrin çıxışları olub. Festivalda xarici bəstəkar musiqiçilərlə birlikdə Azərbaycanı təmsil edən sənətkarların ifalarının rəğbətlə qarşılanması ölkəmizdə incəsənətə göstərilən dövlət qayğısının ifadəsi olmaqla xalqımızın zəngin musiqi mədəniyyətinə, ənənələrə malik olmasından xəbər verir. Konsertdə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti maraqla qarşılanmış, tanınmış bəstəkarlardan Xalq artistləri Arif Məlikovun (“Metamorfozlar”), Musa Mirzəyevin (“Vals”) əsərləri ilə yanaşı Ceyhun Allahverdiyevin, eləcə gənc bəstəkarlar Ayaz Qəmbərlinin Pikə Axundovanın piano orkestr üçün əsərləri səsləndirilmişdir. İngiltərənin məşhur Şubert Ansamblının, London Mozart Players Con Eliot Gardiners Orkestrinin, İngiltərə Milli Operasının London Simfoniettasının çıxışları ilə birgə Bakı Musiqi Akademiyasının, A.Zeynallı adına Musiqi Kollecinin, Azərbaycan Dövlət Opera Balet Teatrının solistlərinin ifaları maraqla qarşılandı. Dirijorlar - Bakı Musiqi Akademiyasının müəllimləri, Əməkdar incəsənət xadimləri Prezident təqaüdçüləri Yalçın Adıgözəlov Fəxrəddin Kərimov alqışlarla qarşılanmışdır.

YUNESKO-nun Baş direktoru İrina Bokova Qəbələ Beynəlxalq Musiqi festivalının əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, bu bayram Azərbaycanın musiqi ruhunu əks etdirir: “Bu diyarda müxtəlif mədəniyyətlər qovuşur bu festival həmin mədəniyyətləri ən yüksək səviyyədə təmsil edəcək”.

Qəbələ festivalı çox az sayda olan musiqi festivallarından biridir ki, burada Motsartın, Puççini, Debüssi, Üzeyir Hacıbəyli, Qara Qarayevin əsərləri təkcə gözəl müasir kamera musiqi zalında deyil, həm onun açıq səma altında qeyri-adi səhnəsində, təbii akustikada gözəl dağların ətəyində səslənir. Bu gecə Qəbələnin əhatə olunduğu dağların səssizliyi musiqi ritmləri ilə pozulub.

Qonaqları heyrətləndirən festival çərçivəsində “Muğam-2011” televiziya müsabiqəsi laureatlarının çıxışı olub. Heydər Əliyev Fondunun dəstəyi təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq musiqi festivalı çərçivəsində kamera musiqisi konserti, daha sonra isə “Muğam-2011” televiziya müsabiqəsi laureatlarının çıxışları dinləyicilərə unudulmaz anlar yaşadıb.

Ruhumuza hopmuş muğama sahib çıxmaq, dünya mədəniyyətinin bu nadir incisinə abidə qoymaq kimi mühüm və məsuliyyətli iş artıq reallaşıb. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən muğamın yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər gözəl nəticələr verir. Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı çərçivəsində muğam axşamının da təşkil olunması bu əvəzsiz sənət xəzinəsinə verilən dəyərin təzahürüdür.

Qəbələdəki muğam axşamı bir daha Azərbaycan xalqının muğama olan məhəbbətini nümayiş etdirib. Muğamı dinləyənlər yenə də bu musiqidən həzz alıb, ifaçıları gurultulu alqışlarla salamlayıblar. Konserti izləyən qonaqlar da onlar üçün qeyri-adi təsir bağışlayan muğamı diqqət və həyəcanla dinləyiblər.

Festivalın rəsmi açılışı və qala-konsertdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın iştirakçılara təbrik məktubu oxunmuşdur.

Məktubda bildirilir ki, Qəbələ musiqi festivalı yenidən öz qapılarını iştirakçıların və qonaqların üzünə açır. Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründə tolerantlıq ənənələrinin və mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsinin təməli qoyulmuşdur.”

Məktubda daha sonra deyilir: Böyük İpək Yolu Azərbaycan ərazisindən keçəndə bu ənənələr öz inkişaf mərhələsinə qədəm qoymuşdu. Bu gün həmin ənənələrin sayəsində Azərbaycan Avropa və Şərq arasında mədəniyyətlərarası körpü rolunu oynayır. Qeyd edildiyi kimi bu gün Qəbələ festivalı səhnəsində həm Avropa klassik, həm də ənənəvi Azərbaycan musiqisionun incisi - hələ 2003-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən muğam səslənir.

Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu bu sözlərlə bitir: “Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir. Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram.”

Göründüyü kimi Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkar və ifaçıların yubileylərinə həsr olunmuş festivallar buna əyani misaldır. Qəbələ Beynəlxalq Musiqi Festivalları Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanılması baxımından Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən önəmli layihələrdəndir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərləri dünya siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir.

Milli mədəniyyətimizin inkişafına, təbliğinə diqqət yetirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə bu gün üçün deyil, gələcək naminə göstərilən xidmətlərdir.

Bakıda Beynəlxalq Muğam mərkəzinin yaradılması, Beynəlxalq muğam festivalının keçirilməsi, mədəni və tarixi abidələrin bərpası, təhsilin inkişafına və savadsızlığın ləğv olunmasına, uşaqların sağlamlığının qorunmasına həsr olunmuş beynəlxalq simpozium və konfranslar Fondun təşəbbüsü ilə reallaşan layihələrin yalnız bir hissəsidir. Bu ənənənin davamı kimi Qəbələdə keçirilən musiqi bayramının, dünyanın ən tanınmış musiqiçilərinin iştirak etdiyi festivalların Azərbaycanda keçirilməsi bir neçə baxımdan əhəmiyyətlidir.

Azərbaycan üçün deyil , dünya musiqi xəzinəsinin təbliği istiqamətində ən əhəmiyyətli tədbir kimi dəyərləndirilən belə yüksək səviyyəli layihələrə müəllif və təşkilatçı kimi dəstək göstərən Heydər Əliyev Fondunun mədəni irsin qorunması istiqamətindəki xidmətləri əvəzsizdir.

YUNESKO-nun baş direktoru İrina Bokovanın söylədikləri Azərbaycan mədəniyyətinin inkişafında təbliğatçılıq rolunu layiqincə yerinə yetirən Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən qiymətin cüzi bir hissəsidir: “ Siz YUNESKO-nun prioritetlərini ölkənizin inkişafının təməl daşına çevirməkdə uğur qazanmısınız... Sizi xoşməramlı səfirlər arasında görmək bizim üçün, YUNESKO üçün şərəfdir. Lakin mən deyərdim ki, Sizin nailiyyətlərinizin miqyasını bir ad ilə əhatə etmək çətindir. Siz YUNESKO-nun əsl bayraqdarısınız.”

Festivalın uğurla davam etdirilməsi Azərbaycan və dünya musiqisi öndərlərinin bir araya gəlməsi Mehriban xanım Əliyevanın bu sözlərini təsdiqləyir:” Musiqinin dili tərcümə tələb etmir. Bu dil millətdən, dindən asılı olmayaraq hamı üçün aydındır.”

Özünüifadənin ən inanılmış nümunəsi olan musiqinin dili ilə danışmaq ənənəsini layihələrində yaşadan Heydər Əliyev Fondunun çoxillik təcrübəsi, Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması istiqamətində görülən işlərin dünyəvi əhəmiyyəti Qəbələ musiqi bayramının simasında bir daha ifadəsini tapır.

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2011.-  2 avqust.- S. 3.