Şöhrəti də var, səfası
da
"Naftalan"
sanatoriyası
sözlərini eşidəndə yadımıza qohum- qonşunun,
ailə üzvlərimizin, həmsöhbətlərimizin, bu müalicə
ocağından xoş, razılıq əlamətləri ilə
dolu xatirələri düşür; "Cəmi bir dəfə
olmuşam, hələ də xeyrini hiss edirəm", "Başqa
ölkələrdən axışıb müalicəyə gəlirlər,
biz burdan-bura gedib müalicə olunmamışıq",
"Hələ Sovet vaxtı orda olmuşam, dizlərimin ağrısı
da o vaxt getdi", "Qəbul etmədiyim dərman qalmayıb,
sümüklərimin sızıltısı məni öldürürdü,
sən demə, heç bir dərman lazım deyilmiş, iki
kurs müalicə keçdim orda, elə bil anadangəlmə
oldum."
"Naftalan"
sanatoriyasının
üstünlüyü etdiyin istirahətin əslində müalicə
olmasındadır. Heç kəsə sirr deyil ki, bu müalicə
ocağına tələbat həmişə böyük olduğundan
yollayışları istənilən vaxt tapmaq çətin
olmuşdur. İndi isə mənzərə tamam başqadır.
Respublikamızda aparılan yenidənqurma, abadlıq, quruculuq,
inşaat işləri nəticəsində yeni infrastruktur yaranmaqdadır.
Naftalan qəsəbəsi də bu işlərdən kənarda
qalmamışdır. Yeni yollar, yeni sosial obyektlər inşa
edilmişdir. Əlavə korpusların tikilməsi
"Naftalan" sanatoriyasının imkanlarını xeyli genişləndir-mişdir.
Burada insanların rahatlığı üçün hər
cür şərait yaradılmışdır. Neftçilərin
tələbatları nəzərə alınaraq ARDNŞ rəhbərliyinin təşəbbüsü ilə
Azərbaycan Neft və Qaz Sənayesi Işçiləri Həm-karlar
ittifaqı Respublika Komitəsi sanatoriyanın korpuslarından
biri olan "Qaşaltı" kompleksindən müqavilə əsasında
istifadə etməyə qərar vermiş və bu təqdirəlayiq
iş uğurla həyata keçməkdə-dir.
Ümummilli liderimiz Heydər Əliyevin
adını daşıyan zavodumuzun xeyli sayda işçisi
artıq sanatoriyada müalicə olunmuşdur. Onlar bu şəfa
ocağında yaradılmış şəraitdən, müalicədən
və "Qaşaltı" sanatoriyasının baş həkimi
Xurşud Namazəliyevadan, "Naftalan" şöbəsinin
müdiri Şahin Babayevdən, eləcə də poliklinika şöbəsinin
müdiri Afət Dəmirovadan dönə-dönə razılıq
edirlər. Bu insanların xoş sözləri, razılıqları
sümük-oynaq xəstəliklərindən əziyyət çəkən
digər işçiləri də müalicə olunmalarına
və şəfa tapacaqlarına xeyli ümidləndirmişdir.
Məhz bu səbəb-dən, müalicə olunmaq üçün
yollayış almaq istəyən işçilər zavod Həmkarlar
ittifaqına müraciət edirlər. Müraciətlərin
hamısı müsbət qarşılanır və bu işçilər
sanatoriyaya göndərilirlər.
Şahin Şıxəliyev, Hevdər Əlivev adına Bakı Neft Emalı Zavodu Həmkarlar
İttifaqı
Komitəsinin
təlimatçısı. Azərbavcan
Jurnalistlər Birlivinin üzvü
İki Sahil.- 2011.- 3 dekabr.- S. 15.