Xilaskarlıq
missiyası
Ümummilli lider Heydər Əliyev dünya
siyasətçiləri arasında dövlətçilik təcrübəsi
və uzaqgörən siyasəti ilə fərqlənən
dahilərdəndir
Müdrik
şəxsiyyətlər haqqında heç zaman
keçmiş zamanda danışmaq olmur. Çünki belələri
əməlləri ilə tarix yaradır, bir xalqın salnaməsində özünəməxsus
izi qalır. Ümummilli
lider Heydər Əliyev kimi.
12 dekabr
2003-cü ildə bütün dünya ictimaiyyəti xalqın
öz liderinə sonsuz məhəbbətinin şahidi olmaqla,
xilaskarını son mənzilə yola salan insanların ölkə
başçısına bu dərəcədə tükənməz
sevgisindən heyrətə gəldi. Həmin gün bütün dünya azərbaycanlıları, bir çox dünya dövlətləri ulu
öndərin xatirəsini minnətdarlıq hissi
ilə yad edir. Öz xalqının gələcəyi üçün taleyüklü
məsələləri həll edən Corc
Vaşinqton, Şarl de Qoll, Mustafa
Kamal Atatürk kimi Heydər Əliyevin də qəlbi
vətən sevgisindən qaynaqlanırdı. Heydər
Əliyev dövlətçilik məktəbinin mahiyyəti
ölkənin dinamik sabit
inkişafı, siyasi, hüquqi
və mənəvi varisliyin, dünya inkişafına uyğun
proseslərin müsbət tendensiya ilə
davam etdirilməsindən ibarətdir.
Hakimiyyətdə
olduğu bütün dövrlərdə yalnız xalqı
üçün yaşayan, insanların xoşbəxt gələcəyi
naminə çalışan ulu öndər Heydər
Əliyev həyatını Azərbaycanın dünya birliyində
qüdrətli dövlət kimi tanınıb, zirvələrə
ucalması naminə sərf etdi. “Müstəqillik
yolu qədər çətin yol yoxdur” söyləyən
ümummilli lider Heydər
Əliyev ağlının, zəkasının qüdrəti
ilə çoxları üçün
keçilməz olan bu
yolda xalqına inanaraq,
milyonların dəstəyinə güvənərək qətiyyətlə
addımladı. Özünün də qeyd etdiyi kimi,
qorunub saxlanılması əldə
olunmasından qat-qat çətin olan Azərbaycanın müstəqillik yolunda əbədi işıq kimi
parladı, müdrikliyi ilə insanlara doğru yol göstərdi. Gərgin zəhməti,
siyasəti və dövlətçilik təcrübəsi sayəsində
istədiyinə nail oldu.
Ulu öndərin
maraqlı məqamlarla zəngin həyatı və siyasi fəaliyyətinin
bütün dövrlərinə nəzər saldıqda
aydın görünür ki, bu gün haqqında ürəkdolusu
danışdığımız və ölkəmizin beynəlxalq
aləmdə nüfuzunu artıran yeniliklərin ,
islahatların müəllifi Heydər Əliyev olduğu kimi
quruculuq işlərinin təməli də o çətin illərdə
qoyulub.
Hələ
sovetlər birliyinin tərkibində olarkən ittifaq
miqyasında Azərbaycana göstərilən ögey
münasibəti xalqımıza qarşı ədalətsizlik
adlandıraraq qəbul etməyən ulu öndər 1969-cu ildə
hakimiyyətə gəldiyi gündən qarşısına
bir məqsəd qoydu: Şərqdə günəş kimi
parlayan Azərbaycan dünya birliyinin də ən qüdrətli
ölkəsi kimi tanınmalıdır. Belə də
oldu. Azərbaycanın nüfuzlu
beynəlxalq təşkilatlarda olduğu kimi BMT Təhlükəsizlik Şurasında təmsil
olunması bu kimi
arzuların gerçəkləşməsidir. Qısa
müddətdə ölkə miqyasında böyük
quruculuq işlərinə başlayan
ümummilli lider Heydər
Əliyevin qətiyyəti sayəsində Azərbaycan keçmiş ittifaqlar birliyinin ən qabaqcıl respublikası kimi öndə addımladı, biri-birini əvəz edən, o
dövrdə keçmiş müttəfiq
respublikalara başçılıq edən
həmkarlarının arzusunda olduğu Keçici
Qırmızı bayraqlar Azərbaycanın
əbədi rəmzi kimi ölkə
iqtisadiyyatının dinamik
inkişafının göstəricisi kimi
diqqəti cəlb etdi. Amma
bununla belə ulu
öndəri daim düşündürən
bir həqiqət var idi: Azərbaycan dünya
birliyində müstəqil, suveren respublika kimi
tanınmalı, əsrlər boyu qorunub saxlanılan dövlətçilik ənənələri
bərpa olunmalı, vətəndaşlarının azad, firavan yaşaması üçün xalq sərvətlərinin
sahibi olmalıdır.
Azərbaycan
dilinin rəsmi olaraq Konstitusiya ilə dövlət dili kimi təsdiqlənməsi,
C.Naxçıvanski adına hərbi məktəbin
yaradılması onun bu istiqamətdə, uzaqgörənliklə
atdığı qətiyyətli addımlar oldu. Müstəqillik
illərində bu təməl əsasında
davam etdirdiyi islahatlar ulu öndərin
istək və arzularını reallaşdırdı. Daxili və xarici bədxahlarının
təzyiq və hədələrinə baxmayaraq
gördüyü işlər tək müasir dövrümüz
üçün deyil,
gələcəyin xoşbəxt günləri naminə
hesablanmışdı. Müqəddəs arzuların
gerçəkləşməsi proqramının ilkin addımları isə doğulub
boya-başa çatdığı doğma Naxçıvandan başladı.
...1990-cı
il iyul ayının 22-də ata yurduna qayıdanda, həmyerliləri
ilə söhbətindən, Azadlıq meydanında əhali ilə
keçirilən görüşlərindən belə nəticəyə
gəldi ki, bütünlükdə Azərbaycan
üçün xarakterik olan siyasi, iqtisadi, sosial problemlər
həddindən artıq çoxdur.
Onun həyata
keçirdiyi islahatlar haqqında geniş danışmağa
ehtiyac olmasa da, o illərdə baş verən hadisələrin
xronikasına nəzər yetirməklə müdrik siyasətçinin
xidmətləri barədə aydın təsəvvür
yaratmaq mümkündür.
Daim
xalqının müstəqilliyi və azadlığı
uğrunda çalışan, yenilik və müasirliyi hər
zamanın başlıca tələbi hesab edən fədakar,təcrübəli
lider kimi fəaliyyətinə də elə islahatlardan
başladı. Müstəqilliyin əbədi olması
üçün düşünülmüş, həyati əhəmiyyətli
islahatlar isə həddindən artıq çox idi.
17 noyabr
1990-cı ildə keçirilən iclasa deputat kimi sədrlik
edən Heydər Əliyevin uzaqgörən siyasətinin təzahürü
olan Naxçıvan MSSR-nin adının dəyişdirilməsi,
dövlət atributları sayılan Azərbaycan
Respublikası Cümhuriyyətinin üçrəngli
bayrağının bərpası, himn və gerbi
üçün müsabiqə keçirilməsi barədə
qərar qəbul olundu.
Özünün
ciddi etiraz etməsinə baxmayaraq, əhalinin təkidli tələbi
ilə Naxçıvan MR Ali Məclisinin sədri
seçildikdən sonra imkanları genişlənən Heydər
Əliyev 1990-cı ildə Bakıda törədilmiş Yanvar
hadisələrinə həsr olunmuş Azərbaycan SSR Ali
Sovetinin yarımçıq dayandırılmış
sessiyasını qətiyyətlə pisləyərək
Naxçıvanda bu məsələnin müzakirəsini davam
etdirdi. Bir vətəndaş kimi məsələyə münasibətini
bildirən Heydər Əliyev vaxtı ilə ona
ünvanlanmış qərəzli iradlara
etiraz edərək əsl həqiqəti insanlara çatdırdı: “Mən
Azərbaycanın rəhbəri kimi Ermənistanın
Dağlıq Qarabağın işlərinə
qarışmasına yol vermirdim
və bunu vətəndaş, azərbaycanlı
kimi borcum bilirdim.” Yanvar hadisələri
törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə
gedərək qırğını müstəqil bir dövlətin suverenliyinə
qarşı törədilmiş siyasi aksiya hesab edən Heydər
Əliyev Naxçıvanda işləyərkən faciəyə
siyasi qiymət verilməsini,
günahkarların cəzalandırılmasını qəti tələb
etdi. Kremldə baş
verən siyasi oyunlardan
xəbərdar olan uzaqgörən siyasətçi
“ittifaq müqaviləsini” Qorbaçovun
xalqları aldatmaq cəhdinin siyasi təzahürü hesab
edərək ona qəti etirazını bildirdi. Qorbaçovun
“yenidənqurma” oyununun pərdəarxası
məqsədini, onun təhlükəli nəticələrini
də uzaqgörən siyasəti ilə aydın dərk edirdi.
“Xalq
dövlət üçün yox, dövlət xalq
üçün olmalıdır” şüarı ulu öndərin
başlıca iş prinsipi olmaqla gündəlik fəaliyyətinin
əsasını təşkil edirdi. “Biz demokratik, dünyəvi,
sivilizasiyalı dövlət quraraq bütün bəşəri
dəyərlərdən istifadə edərək, ümumbəşəri
dəyərlərin xalqımız, milli mentalitetimiz, mənəviyyatımız
üçün uyğun cəhətlərini
götürüb tətbiq edərək heç vaxt dinimizdən,
adət-ənənələrimizdən ayrıla bilmərik və
imtina edə bilmərik” söyləyən ulu öndər ilk
günlərdən bütün xalqlarla qardaşlıq, bərabərlik,
qarşılıqlı anlaşma və əməkdaşlıq
şəraitində yaşamağı dövlət siyasətinin
əsas prinsipləri kimi müəyyənləşdirdi.
Ulu öndərin
Naxçıvandakı ən böyük xidmətlərindən
biri, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr-
Dünya Azərbaycan türklərinin milli həmrəylik və
birliyi barədə qərarın qəbulu oldu. Əhəmiyyətinə
görə daha böyük
önəm daşıyan, 150 ildən artıq bir müddətdə “sərhədlərimizi qoruyan” SSRİ-nin 41-ci sərhəd
dəstəsinin və 75 saylı mexanikləşdirilmiş
moto-atıcı diviziyanın muxtar
respublikanın ərazisindən çıxarılması barədə
qərar qəbul olundu. Azərbaycanda
“qızıl ordu” hissələrinin
qaldığı bir vaxtda
Naxçıvanda belə bir cəsarətli
addımın atılması, rus ordusuna məxsus silah-
sursatın, əmlakın, mülki
texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın
I Sərhəd Dəstəsinə təhvil verilməsi
yalnız düşünülmüş,
ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi.
Məhz o illərdə yaradılan
Naxçıvanın inkişafı və müdafiəsi fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə
sərf olundu.
Naxçıvanda
olarkən bütün Azərbaycan üçün
gördüyü xidmətlərdən biri də
respublikanın sərhədlərinin, Naxçıvanın
ermənilər tərəfindən işğalının
qarşısının alınmasına yönəldilmiş
Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin
vəziyyətdən çıxması üçün
qonşu İran və
Türkiyə ilə əməkdaşlıq gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin nüfuzu
bu sahədə də özünü
doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən
ərzaq , sənaye malları, ən başlıcası isə
enerji verildi. Türkiyə ilə qonşu
dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi
üçün
“Ümid” körpüsü
salındı. Paytaxt Bakı ilə yeganə
nəqliyyat yolunun intensiv
fəaliyyəti üçün geniş imkanlara malik hava limanı,
Bakıda Naxçıvan nümayəndəliyi
açıldı.
Bu gün
geniş yayılan və ÜDM-də 85 faizdən artıq
payı olan özəl bölmənin yaradılması
üçün ilk addımlar da o illərdə
atıldı.
Azərbaycanın
ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkənin
gələcəyi naminə çalışan Yeni Azərbaycan
Partiyasının ilk konfransının keçirilməsi oldu.
O partiya ki, təsis olunduğu gündən ətrafına yüz minlərlə insan
toplandı.
“Biz Azərbaycandakı
bütün prosesləri xalqın istədiyi məcraya yönəldəcəyik,
bütün insanların sağlam mövqe tutmasına nail
olacağıq. Bu işdə bizim dayağımız
xalqdır, insanların bizə olan inamıdır,
etimadıdır” söyləyən ulu öndərin rəhbərlik
etdiyi üzvlərinin sayı 600 minə yaxınlaşan
partiya Azərbaycanın iqtisadi inkişafında aparıcı
siyasi qüvvə kimi bu gün də əqidəsinə, Heydər
Əliyev siyasətinə sadiqdir.
1993-cü
ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı
islahatlar ölkəsinə çevirən Heydər
Əliyevin o dövrdə gördüyü işləri
müqayisə etmək qeyri-mümkündür. Bircə onu söyləmək kifayətdir ki, Azərbaycanın qazandığı
uğurların təməli o dövrdə,
Heydər Əliyevin müəllifi olduğu
islahatların tətbiqi ilə qoyuldu. Hakimiyyətə qayıdışı ilə
ölkədə vətəndaş qarşıdurması kimi təhlükəli halların
qarşısını alan, dövlət
çevrilişlərinə cəhdləri xalqın birlik və həmrəyliyi ilə aradan qaldıran, ölkə
iqtisadiyyatının möhkəmlənməsi üçün yollar
axtararkən dünya standartlarına
uyğun
təcrübənin tətbiqinə üstünlük
verən Heydər Əliyev Azərbaycanın bazar
iqtisadiyyatı yolu ilə irəliləməsini
başlıca tələb kimi
qarşıya qoydu. İnsan
hüquq və azadlıqlarının təminatına
əsas verən Milli Konstitusiyanın
hazırlanmasında müəllif kimi
çalışdı. Ölkədə bolluğun təminatına yönəldilmiş,
başlıca şərt olan
sahibkarlığın genişlənməsinə xidmət edən
torpaq islahatı həyata keçirildi.
İş adamlarına dövlət dəstəyinin
artırılması üçün təkmil
hüquqi baza
yaradıldı. Ən başlıca məsələ olan neft
strategiyasının, enerji siyasətinin həyata
keçirilməsi istiqamətləri üzrə prioritetlər
müəyyənləşdirildi. “ Əsrin müqaviləsi”nin
imzalanması bu yolda
atılan ilk addım kimi
uğurla nəticələndi.
Ulu öndərin
Azərbaycan xalqı üçün böyük xidmətlərindən
biri isə özü qədər inandığı Prezident
İlham Əliyev kimi dövlət xadimini yetişdirməsi
oldu. Ulu
öndərin siyasətinə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi
dövründə Azərbaycanda aparılan islahatlar
ölkəmizi daha da
gücləndirdi, dünya birliyinin
aparıcı dövlətləri sırasına
çıxardı. Xalq bu
yüksəlişi eyni zamanda
Heydər Əliyev siyasətinin davamı, qələbəsi kimi yüksək dəyərləndirir.
Bu gün
Azərbaycan islahatçı dövlət kimi tanınır.
Dünya Bankının hesabatında rəsmi, statistik rəqəmlərlə
təsdiqlənən bu amil Azərbaycanın nüfuzunu,
ölkəmizə marağı artırır.
Gördüyü
işlərin əhəmiyyətini düzgün qiymətləndirənlər
haqlı olaraq qeyd edirlər ki, ümummilli lider Heydər
Əliyev Azərbaycan dövlətinin yaradıcısı və
müstəqilliyinin qarantıdır.
Xuraman İsmayılqızı,
İki sahil.- 2011.- 9 dekabr.- S. 4.