Uşaq
qatilləri
Son 5 ayda iki uşaq erməni
terrorunun qurbanı oldu
Bu faciələr göstərir
ki, ermənilər tam olaraq insanlıq halından
çıxaraq zooloji varlığa çevriliblər.
Artıq dığalar üçün qan axıtmaq,
öldürmək, dağıtmaq həyat prinsipinə
çevrilib
Ötən gün daha bir azərbaycanlı uşaq erməni
terrorunun qurbanı olmuşdur. Azərbaycanın Tovuz rayonunun
Ermənistanla həmsərhəd Əlibəyli kəndində
partlayıcı qurğunun işə düşməsi nəticəsində
1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin
qızı həlak olmuş, onun anası 1979-cu il təvəllüdlü
Şahmalıyeva Elnarə Məmmədtağı qızı
isə ağır yaralanmışdır.
Məlumata görə, partlayıcı qurğu
quraşdırılmış “itəbənzər” uşaq
oyuncağı Ermənistan tərəfindən Əlibəyli
kəndinə daxil olan Tovuz çayına
buraxılmışdır.
Həmin ərazidə oynayan Cəfərov Elsevər Həsən
oğlu və terror qurbanı Aygün oyuncağı taparaq evə
gətiriblər. Evdə isə oyuncaq partlamışdır. O
da bildirilir ki, Şahmalıyevlər ailəsi Rusiyanın
Sank-Peterburq şəhərində yaşayır. Ailə
üzvləri Əlibəyli kəndinə qonaq gəliblərmiş.
Xatırladaq ki, 1994-cü ildə də həmin ərazidə
analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən
çaya buraxılan oyuncağı götürərkən
partlayış baş vermiş və iki azyaşlı
uşaq həlak olmuş, biri isə yaralanmışdır.
Faktlardan da göründüyü kimi bu bir terrordur, insanlığa
sığmayan əsl erməni xisləti və vəhşiliyidir.
Artıq 2011-ci ildə uşaq ölümü ilə
nəticələnən ikinci erməni terroru baş
vermişdir. Ağdamın Ayaq Qərvənd kəndində erməni
snayperi ilə qətlə yetrilmiş Fariz Bədəlovun
ardınca ikinci bir terrorun gerçəkləşməsi bir
daha sübüt edir ki, ermənilər insanlıq halından
tam olaraq çıxaraq zooloji varlığa çevriliblər.
Onlar üçün qan axıtmaq, öldürmək,
dağıtmaq həyat prinsipinə çevrilib.
Əslində, bu gün biz Ermənistanla müharibə
şəraitindəyik və onlardan səngərlərdəki
atışmaları bəlkə də real qəbul etmək
olar. Ancaq terror, uşaq oyuncaqlarına partladıcı maddələr
qoymaq, silahsız uşağı güllələmək
Qafqaz mentalitetinə, kişiliyə, ərliyə
yaraşmır.
Bu, ermənilərin qorxaqlığından, millət
kimi şərəfsizliyindən, dövlət kimi acizliyindən
irləli gəlir. İndi Azərbaycan Ordusu elə bir
döyüş qüdrətinə malikdir ki, ermənilər
onunla açıq cəbhədə üz-üzə gələ
bilmirlər. Xatırlayırsınızsa, Azərbaycanın
Milli Qəhrəmanı, igid oğlumuz Mübariz İbrahimov
bu ordunun bütöv bir hərbi hissəsini təkbaşına
darmadağın etmişdir.
Əslində, ermənilərin terrorçuluq fəaliyyəti
dövlət səviyyəsində dəstəklənir.
Bütün dünyanın terrorçu təşkilat kimi
tanıdığı “Asala”, “Qnçaq” və digər
terrorçu qruplaşmalar Ermənistan dövləti tərəfindən
maliyyələşdirilir və təşkilatlanır.
Məhz həmin terrorçu təşkilatların həyata
keçirdikləri terror hadisələri zamanı, müxtəlif
illərdə və müxtəlif ölkələrdə
qardaş Türkiyənin 40-dan çox dövlət və
siyasi xadimi qətlə yetirilib.
Eyni zamanda, Ermənistanın son 20-25 il ərzində
ölkəmizə qarşı həyata keçirdiyi terror
hadisələrində yüzlərlə insan həlak olub.
1989-cu ildə Gəncə-Ağdam avtobusunun
partladılması, 1991-ci ildə Qarabağda Qarakənd üzərində
Azərbaycanın dövlət xadimləri olan vertolyotun
vurularaq onların məhv edilməsi, 1992-ci ildə Ağdamdan
Şuşaya uçan vertalyotun vurularaq içərisindəki
40 nəfər azərbaycanlının həlak olması,
90-cı illərdə Bakı metrosunda törədilən
partlayışlar və bunlar hamısı Ermənistanın
xüsusi xidmət orqanlarının təşkilatçılığı
ilə həyata keçirilmişdi.
Əslində, Ermənistan terrorizmin ona görə
yuvasına çevrilir ki, beynəlxalq güclər hələ
də erməni terroruna qarşı sərt mövqe sərgiləmirlər.
Digər tərəfdən terrorizmin inkişafı və
peşəkarlaşması üçün həm Ermənistanda,
həm də onun işğal etdiyi Azərbaycan torpağı
Qarabağda nəzarətsiz zonalar mövcuddur.
Burada xüsusi terror düşərgələri fəaliyyət
göstərir və narkoplantasiyalar mövcuddur. Ermənistan
indi narkomafiyanın tam oturuşduğu bir feodal dövlətdir.
Digər tərəfdən, Ermənistanda aparılan
anti-Azərbaycan və anti-Türkiyə təbliğatı
dövlət siyasətinə çevrilib. Burada orta məktəblərdə
elmdən və dünya sivilizasiyasına dair informasiyalardan
çox Azərbaycana qarşı nifrət və
“Böyük Ermənistan” xülyası ortaya qoyulur.
Ermənistanın terrorçuluq hərəkətlərinin
genişlənməsinin digər səbəbi isə odur ki, bu
gün dünyada ikili standartlar mövcuddur və hətta Ermənistan
dövlətinin başında duran Serj Sarkisyan Qarabağın
işğalında birbaşa iştirak edən və
Xocalı soyqırımını törədən qaniçənlərdən
biridir. Həmçinin bu ölkənin müdafiə naziri Seyran
Ohanyanın da əli azərbaycanlıların qanına
batıb.
Ermənistanın “xalq şairi”
adlandırdığı Zori Balayan isə tam vəhşiləşmiş
simadır. O, xatirələrində bir türk oğlunu, yəni
azərbaycanlını necə divara
mismarladığını və bundan ləzzət
aldığını yazır. Bu səhnə mənə
insanların baxmağa qorxduqları “dəhşət” filmlərindəki
manyakları, vampirləri xatırladır.
Belə bir gerçək vandalizmi,
barbarlığı qəbul edən Avropadan daha ədalətli
mövqe və onların Haaqa Tribunalına verilməsini
gözləmək bizim təbii haqqımızdır.
Hər halda bir gün gələcək Azərbaycan əsgəri
Qarabağı işğaldan azad edəndə serj
sarkisyanları, onun terrorçu rejimini öz divanına
çəkəcəkdir. Bu gün uzaqda deyil və onda Fariz Bədəlovun,
dünən həlak olmuş Aygün Şahmalıyevanın
və yüzlərcə terror qurbanlarının ruhu şad
olacaqdır.
Elçin Zaman
İki sahil.- 2011.- 15 iyul.- S. 11.