Güclü Azərbaycan qürur
mənbəyimizdir
Dövlət
müstəqilliyi – 20
Dövlət başçısı
İlham Əliyevin bu fikri ölkəmizin müstəqillik
tarixində qazandığı uğurların ümumiləşdirilmiş
ifadəsidir
Xalqımız daim
azadlıq, müstəqillik
qazanmaq arzusunda olmuşdur. 1991-ci ilin oktyabrın
18-də Müstəqillik Aktının qəbul olunmasına
baxmayaraq Azərbaycan xalqı bu sevinci yalnız ulu öndər
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra yaşamağa başladı.
Müstəqillik 1991-93-cü illərdə formal xarakter
daşıyırdı. Bir tərəfdən
daxili çəkişmələr və hakimiyyət
uğrunda aparılan mübarizə, vətəndaş
müharibəsi, digər tərəfdən isə Ermənistanın
Azərbaycana etdiyi təcavüz siyasəti nəticəsində
torpaqlarımızın işğal altına düşməsi
şəraitində yaşamışıq.
1993-cü ildə Azərbaycan xalqının tələbi
ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə
gəlişindən sonra ölkədə vəziyyət sabitləşdi. 1993-2003-cü illər, sözün
əsl mənasında, sabitlik və inkişaf illəri
olmuşdur. Məhz o illər ərzində Azərbaycanda
dövlətçiliyin əsasları quruldu. O illərdə başlanmış
və bu gün uğurla davam etdirilən həm siyasi, həm
iqtisadi islahatlar Azərbaycanın dünya birliyinə
inteqrasiya etmək istiqamətində atılmış
addımlarını təmin etdi. O illərdə ulu öndər
Heydər Əliyev tərəfindən başlanmış neft
strategiyası bu gün Azərbaycan xalqının rifah
halının yaxşılaşmasına, ölkəmizin
müstəqil dövlət kimi yaşamasına xidmət edir.
O illərdə hüquqi islahatlar aparıldı. Bir sözlə,
1993-2003-cü illər Azərbaycanın müstəqil
dövlət kimi inkişaf etdirilməsində həlledici rol
oynamışdır. Dövlət başçısı
İlham Əliyev bildirir: “Bu gün biz Heydər Əliyev siyasətinə
sadiq qalaraq bu siyasəti davam etdiririk, onu yaşadırıq.
Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini
görürük. Çünki onun fiziki yoxluğu şəraitində
bu siyasət yaşayır və yaşayacaqdır. Azərbaycanın
son illər ərzində keçdiyi yol bir daha sübut edir
ki, 1993-cü ildə Azərbaycan xalqı düzgün
seçim etmişdir və bu, yeganə düzgün
seçim idi. Azərbaycan xalqı bu seçimə sadiqdir və
biz müxtəlif mərhələlərdə bunu
görmüşük.”
“İyirmi il həm böyük, həm də çox
da böyük olmayan müddətdir. İyirmi il ərzində
çox iş görmək olar, heç nə görməmək
də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin
birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da
tarixi nailiyyətlər əldə edilmişdir. Bu gün
danışdığımız bütün uğurlar bu
müstəqilliyin nəticəsidir” söyləyən
dövlət başçısı İlham Əliyev bildirir
ki, ölkəmizin bu illər ərzində müxtəlif sahələrdə
qazandığı uğurların düzgün təbliği
qarşımızda dayanan əsas vəzifələrdəndir.
Prezident İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli “Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında” sərəncamı da bu
məqsədə xidmət edir. Sənəddə də qeyd
olunduğu kimi, Azərbaycanın
dövlət müstəqilliyi respublikamızın hər bir
vətəndaşı üçün ən böyük sərvətdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna
əhəmiyyət daşıyan ictimai-siyasi hadisə
olduğunu nəzərə alaraq imzalanan sərəncama əsasən 20 illik
yubileyin ölkəmizdə dövlət səviyyəsində
qeyd olunması müstəqillik
illərində Azərbaycanın
keçdiyi zəngin inkişaf yolunda qazandığı
parlaq nailiyyətlərə bələdçilik edərək,
uğurların təbliğində
mühüm rol oynayacaq.
Bu günün reallıqları ulu öndər Heydər
Əliyevin söylədiyi: “Biz
bütün bu çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq,
Azərbaycanın
düşmənlərinə
layiqli cavablar verdik,
ölkəmizin dövlət müstəqilliyini qoruduq,
Azərbaycanı
parçalanmaq təhlükəsindən xilas
etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və
bundan sonra da
yaşadacağıq!” fikrinin bir daha təsdiqidir.
Ulu öndər Heydər Əliyevin
yaradıcısı olduğu Yeni Azərbaycan
Partiyasının II qurultayında çıxışı
zamanı qarşıya qoyduğu vəzifələri bir daha
xatırlatmaq istərdik. Gənclərin böyük əksəriyyətinin
Azərbaycanın müstəqillik yolunun nə qədər
ağır dövrdən keçməsindən məlumatlı
olmadığını önə çəkən
ümummilli lider Heydər Əliyev bildirmişdir ki, biz elə nəsil tərbiyə etməliyik
ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətlərdən
qorusunlar. Gənclər
düzgün yolla, milli hisslər yolu ilə getməlidirlər.
20 il zaman baxımından qısa dövr olsa da,
qazanılan uğurların miqyası böyükdür. “İqtisadiyyatı güclü
olan dövlət hər şeyə qadirdir” bəyan edən
ulu öndər Heydər Əliyevin 17 il əvvəl əsasını qoyduğu
yeni neft strategiyası, bu
strategiyanın təməlində dayanan
“Əsrin müqaviləsi”
Azərbaycanın
bugünkü və gələcək yoluna
işıq saçır.
Azərbaycanın zəngin təbii resurslarının dünya
bazarlarına
çıxarılması,
neft gəlirlərini ölkəmizin hərtərəfli
inkişafına,
xalqımızın
rifahının yüksəlməsinə sərf
edilməsi ulu öndərin uzağa
hesablanmış fəaliyyətində əsas
yer tuturdu.
“Əsrin müqaviləsi”nin imzalanması mərasimində çıxış edən ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz bu
müqaviləni imzalamaqla
Azərbaycan
Respublikasının suveren
hüquqlarının bərqərar
olduğunu, xalqımızın
öz sərvətlərinə sahib
olduğunu dünyaya bir daha
nümayiş etdiririk. Biz bu
müqaviləni
imzalamaqla Azərbaycan Respublikası ilə
dünyanın
inkişaf etmiş dövlətləri, onların
ən böyük şirkətləri arasında
əlaqələr
yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad
bazar iqtisadiyyatına qoşulması üçün əsas
yaradırıq. Biz bu müqaviləni imzalamaqla
dünyaya bir daha
nümayiş etdiririk ki, Azərbaycan Respublikası demokratik
və hüquqi dövlətdir.”
Azərbaycan neftinin Ceyhan terminalına çatması
münasibətilə xalqa müraciətində Prezident
İlham Əliyev ulu öndər
Heydər Əliyevin neft strategiyasının əhəmiyyətini
bir daha açıqlayaraq bildirmişdir ki, “Əsrin müqaviləsi”
imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi
imkanlarının, beynəlxalq aləmdə yeri və rolunun
hansı səviyyədə olduğunu düşünmək
çətin olmazdı. Azərbaycan neftinin məhz 28 may- Respublika
Günündə Ceyhan terminalına çatmasının rəmzi
mənası olduğunu bir daha
açıqlayan dövlət başçısı
vurğulamışdır ki, bu,
Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin
rolunun təsdiqidir.
“Əsrin müqaviləsi”nin imzalanması kimi
mürəkkəb
işi ulu öndər
Heydər Əliyev həyata keçirdisə, neft
strategiyasının əsas tərkib hissəsi olan layihələrin reallaşması, BTC-nin
tikilib istifadəyə verilməsi, Azərbaycan neftinin
dünya bazarlarına
çıxarılması,
neft gəlirlərinin ölkəmizin hərtərəfli
inkişafına yönəldilməsi
Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
Bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli enerji
layihələrinin əsas təşəbbüsçüsü
və iştirakçısı kimi tanınır, mövqelərini
möhkəmləndirir. Ölkəmizin iştirakı olmadan
bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata
keçirilməsinin mümkünsüzlüyü artan
imkanların təsdiqidir. “Biz təşəbbüsləri
gerçəkliyə çeviririk” söyləyən dövlət
başçısı İlham Əliyev hər zaman bəyan
edir ki, reallaşan layihələr dostluğa, əməkdaşlığa
xidmət edir. Bu layihələr ölkələr arasında
münasibətlərin qurulmasında körpü rolunu
oynayır.
Uğurlu neft siyasəti iqtisadiyyatın şaxələndirilməsinə
geniş yol açıb. Bu
gün qeyri-neft sektorunun inkişafı, əhalinin
həyat şəraitinin təmin
olunmuş səviyyəyə çatması ulu
öndərin
başladığı
neft
strategiyasının
uğurla davam və inkişaf etdirildiyinin təsdiqidir. “Azərbaycan nefti,
Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu, əsas
məqsəddir” deyən
dövlət
başçısı
vurğulayır ki, “Əsrin
müqaviləsi” ölkəmizə sabitlik,
tərəqqi gətirmiş,
Azərbaycanın qüdrətli
dövlətə çevrilməsini təmin
etmişdir. Bu gün ulu öndər Heydər Əliyevin
böyük uzaqgörənliklə yaratdığı
Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 30 milyard
dollardan artıqdır. Fond dövlət siyasətinin prioritetlərini
müəyyənləşdirir. Fondun vəsaitləri
hesabına mühüm əhəmiyyətli sosial-iqtisadi layihələr
həyata keçirilir. Vəsaitlər eyni zamanda
günümüzün əsas tələbi olan kadr
hazırlığı probleminin həllinə də yönəldilir. Belə ki, dövlət
başçısı İlham Əliyevin sərəncamı
ilə təsdiqlənən gənclərin xarici ölkələrdə
təhsili ilə bağlı Dövlət Proqramı bu vəsaitlər
hesabına maliyyələşdirilir.
Azərbaycanın uğurları harda yaşamasından asılı
olmayaraq bütün soydaşlarımızı sevindirir, onlara
üzərilərinə düşən məsuliyyəti daha
yüksək səviyyədə yerinə yetirmələrinə
stimul verir.
Azərbaycanın 20 illik
müstəqillik tarixinin uğurlarından bəhs edərkən xarici siyasətin əsas tərkib
hissələrindən biri olan diaspor quruculuğu prosesinə
xüsusi diqqət yetirməyə böyük zərurət
duyulur. Diasporun bir dövlətin xaricdə varlığı
demək olduğunu nəzərə alsaq, bu zərurət özü-özlüyündə
açıqlanar. Müasir Azərbaycanın qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyev çoxşaxəli siyasi fəaliyyətində
daha mühüm bir tarixi missiyanı- dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın
milli birliyinin ideoloqu, təbliğatçısı və
təşkilatçısı
kimi çətin, ancaq vacib bir vəzifəni üzərinə götürdü
və daim diqqətdə
saxladı. Ümummilli liderin “Kim Azərbaycanı sevirsə,
kim Azərbaycanın müstəqil dövlət
olmağını istəyirsə, kim Azərbaycanın
işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə,
kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə,
o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında
birləşməlidir” çağırışı harada
yaşamasından asılı olmayaraq bütün
soydaşlarımızı azərbaycançılıq
ideyası ətrafında sıx birləşdirdi. Ulu öndər
Heydər Əliyev dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımızın vahid mərkəzdən
idarə olunması təşəbbüsünü irəli
sürərək, 2001-ci ildə
Dünya azərbaycanlılarının I
qurultayının Bakıda keçirilməsinə nail oldu.
Bu siyasət dövlət başçısı
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə
ki, 2006-cı ilin martında Dünya azərbaycanlılarının
II qurultayı, bu ilin iyulunda isə III qurultayı
keçirildi. II qurultaydan ötən dövr ərzində Azərbaycanın
ictimai-siyasi, iqtisadi, mədəni həyatında, diplomatiya sahəsində
qazandığı uğurlardan məmnunluq hisslərini qeyd edən
qurultay nümayəndələrinin, qonaq qismində iştirak
edən təmsilçilərin açıqlamalarından bir
daha aydın oldu ki, Azərbaycan
daim yeniləşir, müasirləşir, dünyanın ən
qabaqcıl ölkələrinin təcrübələrinin tətbiqinə
çalışır. Bu yenilikləri şərtləndirən
ən mühüm amillərdən biri ölkəmizin hər bir
dövrün cağırışlarına uyğun addım
ataraq, qabaqcıl texnologiyaların tətbiqi ilə
uğurların davamlılığını təmin etməsidir.
Son beş ildə ölkəmizin inkişafı böyük
heyranlıqla qarşılandısa, 20 ilin
uğurlarının hansı hissləri
yaratdığını geniş təhlil etməyə ehtiyac
yoxdur. Dövlət başçısı İlham Əliyevin
“Güclü Azərbaycan qürur mənbəyimizdir” fikri 20
illik müstəqillik tariximizin uğurlarının ümumi
ifadəsidir.
Əsrlər boyu
müstəqillik həsrətində olan
xalqımız milli
azadlığını
görüb sevinir,
özünü
dünyanın xoşbəxt
xalqlarından biri hesab edir. Bu günün
reallıqları fonunda ulu
öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu
fikri xatırlatmaq istərdik: “Müstəqil Azərbaycan
Respublikası yaşayacaq və demokratiya prinsipləri,
demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər
üçün nümunə olacaqdır”.
Yeganə Əliyeva
İki sahil.- 2011.- 7 sentyabr.- S. 4.