Möhtəşəm
siyasi təşkilat
Yeni
Azərbaycan Partiyası
Real, konkret iş görməklə ölkə
iqtisadiyyatının güclənməsində fəallığı
artıran iqtidar partiyası ölkədə birlik və həmrəyliyin
qarantı, dövlətçiliyin, milli maraqların
qorunmasına xidmət edən sağlam dialoq və müzakirələrin
tərəfdarıdır
Azərbaycanın dünya miqyasında qüdrətli
dövlət kimi tanınmasında ümummilli lider Heydər Əliyevin hazırladığı inkişaf
strategiyası nə qədər əhəmiyyətlidirsə,
ölkədə demokratiyanın təntənəsi və siyasi sabitliyin bərqərar
olunması üçün göstərdiyi xidmətlər eyni dərəcədə
vacib idi. Qısa da olsa ötən
əsrin sonunda ölkədə baş verənlərə nəzər
salaq.
Azərbaycanın müstəqilliyinin əbədiliyinə,
gələcəyinə şübhələrin
artdığı ölkədə xaos, hərc-mərclik,
qanunsuzluq və hakimiyyətsizliyin
baş alıb getdiyi o vaxtlarda insanlar təlaş içərisində
idi. Daxili çəkişmələr, vəzifə hərisliyi,
bəzi qüvvələr
arasında davam edən siyasi oyunlar demək olar ki,
xalqımızın sabaha ümidini heçə
endirmişdi. Azərbaycanda
baş verən biri-birindən mürəkkəb, həlli
çətin problemlərin aradan qaldırılması
üçün qüdrətli bir liderin rəhbərliyini,
insanları arxasınca apara biləcək güclü siyasi
partiyanın yaranmasını zamanın tələbi kimi dərk edənlər aydın
başa düşürdülər ki, ölkəmizə qarşı
yönələn xarici qüvvələrin təsir dairəsinin
gücləndiyi bir zamanda
respublikanı xaosdan,
insanları gözləyən və
təşvişə salan narahatlıqdan qurtarmaq o qədər
də asan deyildir. Belə bir zamanda bütün nəzərlər Naxçıvana yönəldi.
Ümid yeri kimi muxtar respublika Ali Məclisinin sədri Heydər
Əliyevdən nicat gözləyənlərin sayı
artdı.
Keçirilən sorğulardan da aydın oldu ki, Azərbaycanı bu vəziyyətdən
yalnız güclü siyasi
partiyanın və qətiyyətli liderin iradəsi ilə
xilas etmək mümkündür. Müxtəlif dövrlərdə rəhbərliyi zorla ələ
keçirən səbatsız və siyasi cəhətdən
piyada, idarəetmədə səriştəsi
olmadığı üçün zor tətbiq etməklə kreslolarını qorumağa çalışan
“hakimiyyət” hərislərinin
özündən müştəbehliyi sayəsində müstəqilliyimizin itirilmək təhlükəsi
qarşısında olduğunu dərk edən ölkə
ziyalılarının, elm, mədəniyyət, incəsənət
xadimlərinin yekdil rəyi bu
idi ki, obyektiv qanunauyğunluqlardan çox subyektiv mülahizələrlə
idarə olunan respublikanı gözlənilən fəlakətlərdən,
Azərbaycanı yox olmaq təhlükəsindən ancaq zəngin
dövlətçilik təcrübəsinə malik Heydər Əliyev
qətiyyəti, iradəsi qurtara bilər. Vəziyyətdən
çıxış yolu kimi
insanlara doğru yol göstərəcək bir
partiyanın yaradılması və o təşkilata Heydər
Əliyev kimi müdrik siyasətçinin
başçılıq etməsi ideyası yarandı və qərara
alındı. 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin
sədri işləyən Heydər Əliyevə ünvanlanan
müraciətdə qeyd olunduğu kimi yaradılması nəzərdə
tutulan mütəşəkkil,
siyasi yetkinlik məktəbi olacaq Yeni Azərbaycan
Partiyası məhz ulu öndər kimi dövlət xadiminin rəhbərliyi altında xalqımızı üzləşdiyi
bəlalardan qoruya bilər. “Əminik ki, YAP müdrik
ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək
dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli,
müstəqil düşüncəli, milli qürurlu və
peşəkar insanların siyasi partiyasına çevriləcək.”
Beləliklə, 1992-ci il noyabrın 21-də
Naxçıvanda 550 nəfərdən artıq
iştirakçı ilə keçirilən təsis
konfransında yekdil səslə Yeni Azərbaycan
Partiyasının sədri seçilən, siyasi proseslərin
müsbət məcrada inkişafı, plüralizm , söz, fikir
azadlığının bərqərar olması
üçün ilk növbədə demokratiyanın əsas
tələbi olan
çoxpartiyalılıq sisteminə keçidi zəruri
hesab edən ümummilli lider Heydər Əliyevə
xilaskarlıq missiyasını yerinə yetirmək kimi məsuliyyətli
vəzifə həvalə olundu.
Ulu öndərin Azərbaycanın müstəqilliyinin
qorunması istiqamətində gördüyü işlər
müəyyən mənada
başçılıq etdiyi partiyanın fəaliyyəti
ilə birbaşa bağlıdır.
Eyni fikirlər ulu
öndərin ölkə ziyalılarının müraciətinə
cavabında olduğu kimi az
müddətdə tərəfdaşları artan YAP-ın bəyanatında
da əksini tapdı: “YAP-ın
başlıca proqram məqsədi dövlət müstəqilliyinin
möhkəmləndirilməsi, ərazi
bütövlüyü, sivilizasiyalı , demokratik, hüquqi
dövlətin yaradılması,
möhkəm əmin- amanlıq
və ictimai həmrəylik,
sabit və sosial istiqamətli
iqtisadiyyat yaratmaqdan, irqindən, milliyyətindən,
dinindən və dilindən asılı olmayaraq şəxsiyyətin
hüquq və
azadlıqlarının hərtərəfli
inkişafı və etibarlı müdafiəsini təmin etmək
məqsədilə geniş demokratik islahatların həyata
keçirilməsi uğrunda mübarizə aparmaqdan ibarətdir.” Şüarı müxalifət
naminə müxalif olmamaq, yalnız obyektivliyə əsaslanan
partiyanın yarandığı şəraitin və siyasi
hadisələrin mürəkkəbliyini nəzərə alan
ümummilli lider Heydər Əliyev bildirirdi ki,
YAP müxalif partiya kimi yaransa da, indiki müxalifətdən
fərqli olaraq biz dövlətə,
dövlətçiliyə yox, o vaxtkı antimilli, səbatsız
iqtidara qarşı müxalifətdə idik. İlk gündən siyasi mədəniyyət
, siyasi davranış nümunəsi göstərən Yeni Azərbaycan
Partiyası mübarizəni
silahla, daş-kəsəklə, xalqın milli mənliyinə
zərbə vuran qərəzli
təbliğatla yox, sağlam
ideologiya, qələmlə aparır, demokratiyadan qaynaqlanan
sivil qaydalara əməl edir, xalqın iradəsinə
arxalanır. “ YAP o vaxtkı
mövcud vəziyyətdə bütün Azərbaycan
xalqının mənafeyinə xidmət etmək
üçün və xalqın
o ağır dövründə ölkəmizin
qarşısında duran məsələlərin həll edilməsi
üçün zamanın tələblərinə uyğun
olaraq zərurətdən yaranmış bir partiyadır”
söyləyən ulu öndər vurğulayırdı ki,
azadlıq, müstəqillik istəyini
ruhunda, qanında, canında yaşadan Azərbaycan xalqında
milli təfəkkür və məfkurəyə
bağlılıq hissi partiyanın hər üzvünün fəaliyyət
prinsipidir.
İllərin təcrübəsi göstərdi
ki, YAP yarandığı
gün qarşıya qoyduğu məqsəd və məramına sadiq qalmışdır. Fəaliyyətini
xalqın istəyinə, dövlətin maraqlarına uyğun müəyyənləşdirən,
xalqla birliyini digər partiyaları zəiflətmək, onlara
qarşı qərəzli
mövqe göstərməklə yox, gördüyü əməli
işləri ilə sübut edən YAP-a artan inamın yenilməzliyi
də təşkilatın
demokratik şərtlər əsasında inkişaf yolu ilə
irəliləməsidir.
Xalq partiyası kimi yaranan və
düşünülmüş proqramı olan YAP-ın fəaliyyətinin
ana xəttini təşkil edən Azərbaycan vətəndaşlarının
yaxşı, təhlükəsiz yaşaması, ölkə
iqtisadiyyatının dinamik inkişafında avanqard rolunu möhkəmləndirməsi
istiqamətində
gördüyü işlər haqqında əlavə
izahata ehtiyac yoxdur. 2004-cü ildən
partiyaya rəhbərlik edən
Prezident İlham Əliyevin vurğuladığı kimi
cəmiyyətin bütün təbəqələrinin birləşdiyi YAP nəinki Azərbaycanın,
bölgənin ən güclü siyasi qüvvəsidir.
Ölkəmizdə siyasi münasibətlər sivil müstəvidə
inkişaf edir. Demokratiyanın tələblərinə
uyğun formalaşmış və təkmilləşdirilən
iqtisadi, siyasi, sosial islahatlar davam etdirilməklə mütərəqqi
təcrübənin tətbiqində partiyanın hər bir
üzvü qabaqcıl mövqeyini
qoruyur.
Gənc, müstəqil dövlət olan Azərbaycanın
demokratiya sahəsində qazandığı təcrübəni
təqdir edərək başqa ölkələrə nümunə
göstərən beynəlxalq
ekspertlərin vurğuladığı kimi ölkəmizin
siyasi mənzərəsi çox müsbətdir. Ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi neft
strategiyasının tətbiqi
ilə dinamik inkişaf yolu ilə dövlətçiliyin möhkəmlənməsini təmin
edən, ölkəmizi dünya birliyində qüdrətli
respublika kimi tanıdan, bölgənin güclü siyasi təşkilatına
başçılıq edən
yüksək intellektə və
potensiala malik lider Prezident İlham Əliyev dünya siyasətini müəyyənləşdirən
qlobal problemlərin həllində də müdrikliyi, müasir
düşüncə tərzi və intellekt səviyyəsi ilə
fərqlənir.
ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatların
iştirakı ilə keçirilən siyasi partiyalararası
dialoqlarda iqtidar partiya kimi sivil mübarizə üsullarına
üstünlük verən YAP opponentləri olan müxalif
qüvvələrdən fərqli olaraq bütün
danışıqlarda dövlətçilik, azərbaycançılıq
ideyalarının qorunması üçün siyasi mədəniyyət
nümunəsi göstərmiş, bütün siyasi partiyalara
hörmət və ehtiramla
yanaşır.
Bu gün Azərbaycanda ÜDM-in həcmi 3 dəfə
artmış, dövlət büdcəsi 12 dəfə
yüksələrək 20 milyard dollara
çatdırılmışdır. Ölkənin valyuta
ehtiyatları 38 milyard dolları ötmüş, əhalinin
pul gəlirləri 17 faiz çoxalmışdır. Əhalinin
sosial müdafiəsinin daha etibarlı təminatı
üçün respublikada ən müasir pensiya
-sığorta sistemi tətbiq olunur. Coğrafiyası
genişlənən sənaye və emal müəssisələrinin
fəaliyyəti ilə ölkədə 1 milyona yaxın
iş yeri açılmış, əhalinin məşğulluq
səviyyəsinin yüksəlməsi nəticəsində yoxsulluq səviyyəsi 9,1 faizə
endirilmişdir. Deyilən və
gündəlik həyatımızda müşahidə
olunan bu uğurların qazanılmasında aparıcı qüvvə kimi
iştirak edən və ətrafında
550 mindən artıq üzvü birləşdirən YAP bir məqsəd
naminə çalışır - ümummilli lider Heydər Əliyevin
“ Azərbaycan dünyaya günəş kimi doğacaq”
tövsiyəsini reallaşdırmaq.
Ölkəmizin getdikcə güclənən
diplomatiyasının uğurları, dünya birliyində
möhkəmlənən mövqeyi də təsdiqləyir ki,
ulu öndərin bu arzusu həqiqətə çevrilib.
YAP-ın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Sivilizasiyaların
dialoqu: siyasi partiyaların rolu” kimi beynəlxalq konfranslar
göstərir ki, dünya
dövlətləri ilə əməkdaşlığa
böyük önəm verən
Azərbaycanın, iqtidar partiyası kimi YAP-ın xarici əlaqələri
də genişlənməkdədir.
Siyasi vədlərə deyil, konkret faktlara qiymət verən xalqımızın YAP-a rəğbəti keçirilən prezident, parlament, bələdiyyə
seçkilərində də
aydın ifadə olunur. Bütün siyasi kampaniyalarda vahid proqram
əsasında, birlik, həmrəylik
şəraitində iştirak
edən YAP-ın bütün seçkilərdə qalib olması partiyanın xalqla birliyinin
ifadəsidir. Bütün seçkilərin ədalət
prinsipləri və obyektivlik şəraitində keçirilməsini
tələb edən
partiyanın sədri Prezident İlham Əliyev seçki praktikasının təkmilləşdirilməsi
istiqamətində həyata keçirdiyi tədbirlər,
imzaladığı sərəncamlar
ölkədə demokratiyanın təntənəsinin bariz
nümunəsi kimi beynəlxalq
müşahidəçilərin də diqqətini cəlb
edir. Xarici ekspertlərin “Azərbaycan
demokratiyası başqa
ölkələr üçün nümunə ola bilir”
kimi sözləri ölkədə artıq təkmilləşən
seçki institutlarının qazandığı təcrübəyə, bu cür demokratik şəraitin
yaradılmasında qarşılıqlı anlaşma prinsiplərinə
hörmətlə yanaşan YAP-ın fəaliyyətinə
verilən yüksək qiymətdir.
Qazanılan uğurlar yarım əsrə yaxın müddətdə
Azərbaycanda siyasi və dövlət xadimlərini
formalaşdıran Heydər Əliyev məktəbinin qələbəsi,
bəşəri və Qərb dəyərlərinə
ölkəmizdə milli dövlətçilik əsasında
verilən qiymətdir. Dövlət başçısı
kimi “ Mən hər bir Azərbaycan vətəndaşının
prezidentiyəm” vədini əməli işi ilə
doğruldan cənab İlham Əliyev iqtidar partiyasının
rəhbəri kimi daxili sabitliyin, siyasi partiyalar arasında həmrəyliyin
qarantıdır.
Xuraman İsmayılqızı
İki sahil.- 2011.- 8 sentyabr.- S. 6.