Mezozoy nefti diqqət mərkəzindədir
Azərbaycan
Neftçi Geoloqlar Cəmiyyətinin
təşkil etdiyi seminarda
Mezozoy neftinin
axtarış problemləri haqqında geniş
müzakirə aparılmışdır
Bu günlərdə ARDNŞ Geofizika və Geologiya
İdarəsi Geofizika ETİ-nin kiçik akt zalında Azərbaycan
Neftçi Geoloqlar Cəmiyyəti (ANGC) tərəfindən
növbəti seminar keçirilmişdir. Tədbiri giriş
sözü ilə açan Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin
Rəhbər Komitəsinin və Amerika Neftçi Geoloqlar
Assosiasiyasının Azərbaycan Bölməsinin sədri, ARDNŞ
“Azneft” İstehsalat Birliyinin baş direktor müavini - baş
geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor Akif Nərimanov
ilk növbədə məlumat verdi ki, 2011-ci ilin aprel
ayında Bakıda keçirilən elmi konfransda Mezozoy neftinin
axtarış problemləri haqqında geniş müzakirə
aparılmış və müzakirələr zamanı qərar
qəbul olunmuşdu ki, bu məsələ ilə bağlı
sentyabr ayında bir günlük xüsusi seminar təşkil
edilsin.
- Bir sıra hazırlıq işlərindən sonra həmin
seminar 27 sentyabr tarixində Geofizika ETİ-də baş tutdu, -
deyə Akif Nərimanov qeyd etdi. - Tədbirdə ARDNŞ
baş ofisinin, AMEA Geologiya İnstitutunun, Geofizika və
Geologiya İdarəsinin, Geofizika ETİ-nin, “Neftqazelmitədqiqatlayihə”
İnstitutunun, “Kompleks Qazma İşləri” Trestinin nümayəndələri
iştirak edirlər.
Seminara sədrlik edən Akif Nərimanov daha sonra
öz giriş çıxışında
iştirakçılara məlumat verərək bildirdi:
“Baxmayaraq ki, Azərbaycanda Mezozoy neftinin axtarışı ilə
bağlı ümumi dərinliyi 1 mln. metrə yaxın 300-ə
qədər dərin quyu qazılıb, lakin keçmişdə
keyfiyyətsiz aparılan qazma və seysmik işlər nəticəsində
Mezozoy çöküntülərinin ümumi
qalınlığından yalnız 15-20%-i nisbətən
öyrənilmiş hesab oluna bilər.”
Məsələnin vacibliyini və əhəmiyyətini
diqqətə çatdıran A.Nərimanov seminar
iştirakçılarını gələcəkdə həyata
keçiriləcək geofiziki və geoloji kəşfiyyat-axtarış
işlərinin başlıca istiqamətlərini müzakirə etməyə
çağırdı. Tədbir
iştirakçılarından Kəşfiyyatgeofizika idarəsinin
direktoru, elmlər doktoru Namaz Yusubovun, elmlər namizədləri
Şahvələd Köçərlinin, Baba Qarayevin Mezozoy
neftinin axtarış problemlərinə dair məruzələri
böyük maraqla dinlənildi.
Daha sonra seminar mövzü ətrafında geniş
müzakirələrin aparılması və təkliflərin
irəli sürülməsi ilə davam etdirildi. Müzakirələrdə
akademik İbrahim Quliyev, professorlar Rahib Rəhmanov, Mikayıl
Bağırov, Əli Novruzov, Akif Əliyev, öz sahələrində
aparıcı mütəxəssislər kimi tanınan Yusif
Şıxəliyev, Novruz Əhmədov,
Xamis Yusifov, Əli Süleymanov çıxış edərək
əldə olunan nəticələrlə,
qazanılmış təcrübə ilə bölüşdülər,
zəruri hesab etdikləri məlumatları seminar
iştirakçılarına çatdıraraq öz təkliflərini
irəli sürdülər.
Seminarın yekunu olaraq tədbir
iştirakçıları Dövlət Neft Şirkətinin
rəhbərliyi altında, mümkün qədər qısa
müddətdə Mezozoy neftinin axtarışı ilə bağlı
xüsusi geniş kompleks işlər proqramının tərtib
olunması barədə yekdilliklə qərar qəbul etdilər.
Tədbirdə Statoil, Total E&P Azərbaycan, GDF Suez şirkətlərinin
nümayəndəri ilə
yanaşı, həmçinin ADNA-nın tələbələri
də iştirak edirdilər.
İlqar Məmmədli
İki sahil.- 2011.- 30 sentyabr.-
S. 11.