Naftalan nefti - Azərbaycanın möcüzəvi təbii sərvəti

 

Azərbaycan zəngin yeraltı və yerüstü sərvətləri - karbohidrogen ehtiyatları, tərkibində bioaktiv maddələr olan neft məhsulları ilə bütün dünyada məşhurdur.

Qədim Gəncə şəhərindən 50 km aralıda yerləşən Murovdağ silsiləsinin ətəyində çıxarılan qara-qonur rəngli naftalan nefti bənzərsiz müalicəvi xüsusiyyətlərinə görə diqqəti xüsusilə cəlb edir.

Bioaktiv maddə olan naftalan nefti (yağı) müalicəvi əhəmiyyətinə görə dünya miqyasında analoqu olmayan yeganə neft olub, yalnız Azərbaycanda tapılmışdır. Lap qədim dövrlərdən Yaxın və Uzaq Şərqin, Avropa və Asiyanın müxtəlif ölkələrində yaşayan minlərlə insana şəfa verən bu təbiət möcüzəsinin tapılması ilə bağlı belə bir maraqlı məlumata rast gəldik: Qərbdən Şərqə gedən ağır dəvə karvanı qədim Azərbaycan torpaqlarından keçirdi. Xəstə bir dəvə karvanı yolda ləngitdiyindən, sahibi isə ona daha çox əziyyət verməsin deyə dəvəni yağla dolu göllər olan bir ərazidə açıb buraxır. Karvandan açılan dəvə sahibinin niyyətini başa düşürmüş kimi özünü yaxınlıqdakı göllərin birinə salır. Karvan uzaqlaşır. Aradan xeyli vaxt keçir... Dəvə karvanı geri qayıdır. Həmin ərazidən keçəndə karvan sahibi bu yerlərdə qoyub getdiyi xəstə, arıq dəvəni görür. Dəvə tamamilə sağlam idi, dərisindən yağ damırdı. Bunun səbəbini bilmək üçün tacirlər bir neçə gün burda qalıb dəvəni izləməyi qərara alırlar, görürlər ki, dəvə gündə bir neçə dəfə həmin yağlı gölə girir. Tacirlər göllərə yaxınlaşıb yağlardan götürərək əl-ayaqlarındakı yaralara çəkirlər. Yaralarının tezliklə sağaldığını görən tacirlər həmin yağdan qablara doldurub vətənlərinə daşımağa başlayırlar. Neftə bənzəyən bu yağa göllər yerləşən bu əraziyə Naftalan”, yənineft olan sahə, yer” adını verirlər. Bu, Naftalan neftinin ilk qeyri-mütəşəkkilixracıhesab oluna bilər.

Dünyanın bir çox təbii sərvətləri kimi, Naftalan neftinin də sənaye üsulu ilə kəşfiyyatı, hasilatı və emalı tarixi XIX əsrə aid olunur. Məhz bu dövrdə Naftalan neftinin müalicəvi şöhrəti bütün Qərb dünyasına yayılmışdır. 1868-ci ildə Qafqaz diyarının Dağlıq Hissəsinin İdarəçiliyi tərəfindən alman milliyyətinə mənsub 8 nəfərə (bunların 4-ü Almaniya ya Avstriya təbəəsi, qalanları isə Rusiya vətəndaşları idi) Naftalan yatağının yerləşdiyi ərazidə 80 desyatin torpaq sahəsi ayrılır. Onların arasında xüsusi fəallığı ilə seçilən dağ mühəndisi K.Yeger hasil etdiyi neftin tərkibində benzin fraksiyalarının olmadığını (bu neft yanmırdı) görərək, əvvəlcə məyus olsa da, sonradan naftalanın müalicəvi xüsusiyyətlərindən xəbər tutur maz istehsalı üçün kiçik bir fabrik qurur. Çox keçmədən Yegerin şirkəti böyük uğur qazanır. Naftalan nefti ilə bağlı araşdırdığımız mənbələrin birində qeyd edilir ki, həmin dövrdə Yegerin mazı Rusiyada nəyə görə isə qadağan edildiyi üçün onu buraya Almaniyadan patentləşdirilmiş mal kimi çox baha qiymətə gətirirdilər. Həmin ərəfədə YegerNaftalanilə yanaşı, “Kojelanadlı başqa bir mazın da istehsalına başlamış və bu məhsul da kommersiya uğuru qazanmışdı. “Kojelanyağı insan dərisini, dəridən düzəldilmiş əşyaları yumşaq saxlayır, habelə metal əşyaları paslanmadan qoruyurdu.

1911-1912-ci illərdə başqa alman sahibkarı KvelGerman-Naftalanadlı səhmdar cəmiyyət yaratmış və Naftalan neftindən bir neçə preparat hazırlamağa başlamışdır. Sonralar isə Almaniyada bu sahədə daha 2 səhmdar cəmiyyət də (Maqdenburq Drezden şəhərlərində) fəaliyyətə başlayaraq, naftalan neftindən çoxsaylı preparatlar - mazlar, həblər, dərini yumşaldan sabunlar, kosmetik vasitələr və s. istehsal edir. Qısa müddət ərzində Almaniya, İngiltərə, Fransa, Yaponiya  digər ölkələrdə Naftalan neftinə ondan hazırlanan məhsullara tələbat kəskin şəkildə artır. Belə bir maraqlı fakta rast gəlirik ki, Rus-yapon müharibəsi zamanı hər bir yapon əsgərinin yürüş çantasında donvurmaya, dəri xəstliklərinə qarşı dərman kimi istifadə olunanNaftalanmazı olurdu. Bu kiçik məlhəm qablarının üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: “Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın”. Bu dövrdə Naftalan neftindən hazırlanan preparatlar o qədər populyarlıq qazanır ki, istehsalçı alman şirkətləri bunları müştərilərə sırf alman müalicə vasitəsi kimi təqdim edir, onun Azərbaycanda hasil edilməsi haqda isə heç bir məlumat vermirdilər.

Hələ 1896-cı ildə həkim F.Q.Rozenbaum Qafqaz Səhiyyə Cəmiyyətinin iclasında öz şəxsi təcrübəsi əsasındaQafqazda çıxarılan Naftalanın təsiri haqqındaqısa məlumatla çıxış etmişdi. Onun fikrincə naftalan xəstələrə sakitləşdirici, sərinləşdirici, antiseptik təsir göstərir, yaraların sağalmasını sürətləndirir. Rozenbaumdan sonra P.M.Malışev, D.İ.Mendeleyev Boruxoviç kimi görkəmli alimlər də naftalanın müalicəvi əhəmiyyətinə dair əsərlər yazmışlar. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdanNaftalan nefti dövlət mülkiyyətinə keçdikdən sonra onun müalicəvi əhəmiyyətini öyrənmək üçün bir neçə dəfə xüsusi ekspedisiyalar təşkil edilmiş, Azərbaycan Elmi-Tədqiqat Kliniki İnstitutunda xüsusi şöbə yaradılmışdır.

XX əsrin 40-cı illərində Azərbaycan neft-kimya elminin banisi Yusif Məmmədəliyev Naftalanın digər tədqiqatçılarından fərqli olaraq onun müalicəvi xüsusiyyətlərinə dair başqa bir hipoteza irəli sürmüşdür. O, naftalan neftini ardıcıl olaraq qətrandan, aromatik karbohidrogenlərdən təmizləyərək, müəyyən etdi ki, hər belə əməliyyatdan sonra onun müalicəvi xüsusiyyəti yüksəlir, toksiki təsiri digər mənfi xüsusiyyətləri isə aşağı düşür. Y.Məmmədəliyev aşkara çıxardı ki, naftalanın müalicəvi əhəmiyyəti onun tərkibində politsiklik naften karbohidrogenləri ilə bağlıdır. Naftalanın elmi surətdə öyrənilməsindənonun fizioterapevtik tətbiqindən 100 ildən də artıq bir vaxt keçir. Bir çox xəstəliklərin müalicəsində onun yüksək səmərə verməsi elmi dəlillərlə tam isbat edilmişdir.

Sonralar xromotoqrafiya-adsorbsiya üsulu ilə naftalan neftinin tərkib hissəsini ayırıb hər bir karbohidrogen qrupunun bioloji aktivliyi, müalicə etmə (müxtəlif xəstəlikləri) qabiliyyətini tam müəyyən etmək üçün Azərbaycan Elmi-Tədqiqat Kurortologiya və fiziki metodla müalicə institutunda, Azərbaycan Dövlət Tibb Universitetinin mikrobiologiya kafedrasında, Azərbaycan Elmi- Tədqiqat Fiziologiya İnstitutunda, Bakı Dövlət Universitetinin fiziologiya kafedrası, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq kafedrasında və Moskvada bir neçə klinikalarda tədqiqat işləri həyata keçirilmişdir. Aparılan çoxsaylı tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, Naftalan neftinin 55%-ni təşkil edən naften yağ karbohidrogen qrupu yüksək bioloji aktiv xassəyə malik olub əsas müalicəedici qabiliyyəti olan təbii karbohidrogen qrupudur. Yuxarıda adları göstərilən elmi-tədqiqat institutlarının və tibbi müalicə mərkəzlərinin verdiyi rəyə görə naftalan neftindən ayrılmış ağır və orta aromatik karbohidrogenlər və qətran maddəsi konsorogen olub, toksiki xassə göstərir, bioloji aktiv xassəyə malik deyillər. Naftalan neftinin bioloji aktiv təsirə malik xassələri onun iltihab əleyhinə sorulma qabiliyyətinə, damargenişləndirici, ağrıkəsici, antimikrob bakteristik xüsusiyyətləri imkan verir ki, müalicə üçün geniş şəkildə tətbiq edilsin.

Ümumiyyətlə, araşdırdığımız bütün mənbələrdə Naftalan nefti Azərbaycana məxsus unikal təbii resurs kimi səciyyələndirilir. Beynəlxalq ekspertlərin yekdil qənaətinə əsasən, həmin neft yüksək müalicəvi xüsusiyyətləri ilə hazırda dünyadakı minlərlə oxşar yataqdan hasil olunan neftlərlə müqayisəyə gəlməyəcək dərəcədə təkrarsızdır.

 

 

Sevinc Azadi

 

İki sahil.- 2011.- 12 yanvar.- S. 12.