Xosbəxt Yusifzadənin anadan olmasının 81 illiyi münasibətilə mahnı diski isıq üzü görmüsdür

 

Yanvarın 14-də görkəmli neftçi, ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü Xoşbəxt Yusifzadənin doğum günüdür. Onun 81 yaşı tamam olur. Azərbaycan neftçiləri həmişə Xoşbəxt Yusifzadəni öz ağsaqqalları bilir, onu sevir onunla fəxr edirlər.

Ad günü ərəfəsində neftçilərin X.Yusifzadəyə bəslədiyi dərin ehtiramın ifadəsi olaraq buraxılmış mahnı diski bunu bir daha təsdiq edir. Diskdə X.Yusifzadəyə həsr olunmuş "Layiqdir buna Xoşbəxt" mahnısı, onun həyat fəaliyyətini əks   etdirən   sənədli   vi- deokadrlar yer almışdır. Mahnının sözləri Nazim Aslanın (Vəliyev), musiqisi Rasim Müzəffərlinindir. Mahnını Azərbaycanın Xalq artisti Ağadadaş Ağayev ifa etmişdir. Layihənin rəhbəri İlqar Əliyevdir.

Diskdə həmçinin müxtəlif illərdə çəkilmiş sənədli filmlərdən istifadə olunmuş, X.Yusifzadənin görüntüsü olan fraqmentlər toplanmışdır. ARDNŞ-in çoxminli kollektivi disk mahnının yaradıcılarına qoşularaq, qocaman neftçi Xoşbəxt Yusifzadəni ad günü münasibətilə təbrik edir, ona uzun ömür möhkəm cansağlığı, neft-qaz sənayesinin inkişafı, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayırlar.

 

 

İki sahil.-2011.- 14 yanvar.- S.2.