Yaponiyanın Gəncədə yeni
layihəsi
Yaponiya ilə Azərbaycan arasında əlaqələr xoş məramlardan soraq verir və daha
dolğun şəkildə
inkişaf edir. Ötən gün
Gəncə Sənət
Təhsil Mərkəzində
sözügedən qurumun
infrastrukturunun yaxşılaşdırılması
məqsədilə imzalanan
saziş bir daha sübut etdi ki, hər
iki dövlət arasında münasibətlər
sözün həqiqi
mənasında ən
humanist köklərdən qaynaqlanır.
"Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant
yardımı"nın
bir hissəsi olaraq 2010-cu ildə bu mərkəz Yaponiya hökuməti tərəfindən təlim
üçün müasir
avadanlıqlarla təchiz
edilmişdir. Yeni layihəyə
görə mövcud binanın infrastrukturu tamamilə dəyişəcək.
Sazişin imzalanması üçün
keçirilən tədbirdə
Yaponiyanın Azərbaycandakı
səfiri Şusuke Vatanabe və Gəncə şəhər
İcra Hakimiyyətinin
nümayəndələri iştirak
etdi. Səfir çıxışında
bildirdi ki, bu layihə də daxil olmaqla
Azərbaycanda 138 layihə
həyata keçirilib .
Şəhər İcra Hakimiyyətinin rəsmisi Ruslan Qardaşov çıxışında
bildirdi ki, Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq və
Gəncədə görülən
işlər bu münasibətlərin hərtərəfli
qurulduğundan xəbər
verir.
Sonda Yaponiyanın
Azərbaycandakı səfiri
Şusuke Vatanabe və Gəncə Sənət Təhsil mərkəzinin direktoru Kamran Ağamalıyev sazişə imza atdılar.
Qalib Rəhimli
İki sahil.-2011.-15 yanvar.-S.16.