20 Yanvar faciəsi Heydər Əliyev qətiyyəti

 

Xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsində qədər böyük itkilərimiz olsa da, 70 il hökm sürmüş totalitar sovet rejimi tərəfindən   millətimizin əzmini, xalqın azadlıq mübarizəsini yerindəcə boğmağa cəhd göstərilsə "cidanı çuvalda giz-lətmək" mümkün olmadı.

Əlbəttə, bu faciənin törədilməsinin əsas səbəbkarı olan M.S.Qorbaçov onun əlaltıları, o cümlədən Ə.Vəzirov, A.Mütəllibov, V.Hüsey-nov kimi vətən xainləri vəzifə hərisləri bu faciəni gizlətmək, onun siyasi motivini də-yişmək niyyətində olsalar da bunu bacara bilmədilər. 20 Yanvar faciəsinin mahiyyəti, onu törədənlərin üzü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tərəfindən açıldı. Bu faciənin Azərbaycan xalqına qarşı hərbi təcavüz cinayət olduğunu tam əminliklə bilən o dahi insan hadisəni eşidən günün səhərisi səhhətinin ağır olmasına baxmayaraq, xəstəxanadan çıxıb; Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, orda keçirdiyi mətbu-at konfransında Azərbaycan xalqına qarşı edilən bu vəhşiliyi qətiyyətlə pisləmiş, ilk dəfə olaraq faciəni törədənlərin adlarını bütün dünyaya bəyan etmişdi. Belə bir qətiyyət cəsarət o dövr sovet rejimində heç kəsin ağlına belə gəlməyən çox riskli addım idi ki, öz həyatını ailə üzvlərinin həyatını təhlükədə qoymasına baxmayaraq ümummilli lider o addımı atdı. Həmin mətbuat konfransında Heydər Əliyevin böyük cəsarətlə söylədiyi aşağıdakı fikri zaman sonralar təsdiqlədi:

"Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən M.S.Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanətinin cinayətinin nəticəsidir".

Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında kəskin bəyanatla çıxış etməklə yanaşı, eyni zamanda həmin gün Azərbaycan KP MK-ya, Azərbaycan SSR Nazirlər Sovetinə, Azərbaycan Ali Sovetinə Azərbaycan xalqına da teleqram göndərmişdir.  Həmin  teleqramda da o, hadisəyə öz münasibətini bildirdi.

"Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm".

Məhz bu cəsarətli bəyanatlarına, xalqın milli şüurunun inkişafında heç bir ölçüyə gəlməyən böyük nüfuzuna xidmətlərinə görə 20 Yan-var hadisələrindən sonra Heydər Əliyevə qarşı Sovet o vaxtkı Azərbaycan rəhbərliyi tərəfindən daha güclü repressiya planları hazırlandı, hətta işsiz, təqaüdçü olmasına baxmayaraq Bakıya gəlib orada yaşamasına im-kan verilmədi. Belə bir vaxtda doğulduğu Naxçıvana üz tutan o dahi insan doğma torpaqda böyük hörmət izzətlə qarşılandı, həmin ilin sonlarında keçirilən seçkilərdə həm Naxçıvan, həm Azərbaycan parlamentlərinə deputat seçildi. Heydər Əliyevin xalq deputatı kimi fəaliyyətinin ilk günlərindən onu ciddi düşündürən ən vacib məsələlərdən biri 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi məsələsi oldu. Sıravi deputat olan Heydər Əliyevin hazırladığı "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 21-də keçirilən birinci sessiyasının gündəliyinə çıxarıldı həmin sessiyada "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadi-sələrinə siyasi qiymət verilməsi haqqında" yekdilliklə qərar qəbul olundu.

Təəssüflə qeyd etməliyik ki, 1990-cı ilin sonlarında Naxçıvan parlamentində qəbul olunan bu tarixi əhəmiyyətli qərara o vaxtkı ölkə rəhbərliyi tərəfindən lazımi reaksiya verilmədi, bu məsələnin həlli Heydər Əliyevin Azərbaycan rəhbərliyinə ikinci qayıdışına qədər yubadıldı. Nəhayət ulu öndərin hakimiyyətə yenidən qayıdışından sonra (1994-cü ildə) 20 Yanvar fa-ciəsinə hüquqi siyasi qiymət verildi, bu faciə Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz cinayət kimi dəyərləndirildi ki, məhz bu fikri uzaqgörən siyasi xadim, Azərbaycan xalqının böyük lideri Heydər Əliyev hadisədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində səsləndirmişdi.

Xalqın tarixində əbədiyaşar bir gün olan 20 Yanvar faciəsi sonralar da Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində oldu həmin günün "Azərbaycan tarixində, ölkəmizin azadlığı, müstəqilliyi ərazi  bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti" qeyd edildi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin "20 Yanvar faciəsinin on birinci ildönümünün, on ikinci ildönümünün on üçüncü ildönümünün keçirilməsi haqqında 5 yanvar 2001-ci il, 5 yanvar 2002-ci il 28 dekabr 2002-ci il tarixli sərəncamları da həm 20 Yanvar faciəsinə diqqətinin, həm həmin faciə qurbanlarının xatirəsinə ehtiramının ifadəsi kimi təqdirəlayiqdir.

Hər il Qanlı Yanvar faciəsinin törədilməsinin ildönümü ölkə rəhbərliyi xalq tərəfindən böyük izdihamla qeyd olunur, şəhidlərin xatirəsi anılır. Hər il 20 yanvar ərəfəsində bu faciə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar da 20 Yanvar faciəsi qurbanlarının   xatirəsinə ümumxalq ehtiramının ifadəsi olmaqla yanaşı, eyni zamanda Heydər Əliyev siyasətinin uğurlu davamı kimi qiymətlidir. Həmin sərəncamların birində deyilir:

"Xalqımız 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".

 

 

Vaqif Məmmədov,

NDU-nun "Qevrəf nəşriyyatının

direktoru, tarix elmləri namizədi

 

İki sahil.- 2011.- 15 yanvar.- S.12.