Bakı Davosu”, yaxud regionun yeniYol xəritəsi”...

 

Bu Forum Azərbaycanın yaxın qonşuları, region ölkələri üçün də nikbin perspektiv vəd edir

 

Azərbaycanın paytaxtı Bakıda işini başa vuran Dünya İqtisadi Forumu bir neçə gündür ki, dünya mediasının, aparıcı siyasi və iqtisadi analitika mərkəzlərinin, strateji araşdırmalarla məşğul olan institutların bir nömrəli mövzusu olaraq qalmaqdadır. Rəsmi Bakının bu beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi Forumun dünya iqtisadiyyatının sağlamlaşdırılması, regionda yeni enerji və iqtisadi əməkdaşlıq sisteminin yaradılması yönündə pozitiv və nikbin fikirlərin, təkliflərin irəli sürülməsi baxımından əhəmiyyəti qeyd olunmaqdadır.

 

“Bakı Davosu” qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün ideal ortam hesab edilir, tədbirdə səslənən yeni ideyalar təqdir olunur. Davos Forumu transqlobal və ümumdünya reallıqları baxımından hansı siyasi-iqtisadi-humanitar əhəmiyyət daşıyırdı?!

İlk növbədə, onu qeyd etmək lazımdır ki, Dünya İqtisadi Forumunun iştirakçıları dövlət və hökumət üzvləri, dünyanın ən nüfuzlu iqtisadi və siyasi xadimləri olduğundan bu beynəlxalq tədbirin strateji çəkisi, mövzu masştabı kifayət qədər böyük idi. Və bu amillər dünya liderlərinin, nüfuzlu ekspertlərin Bakıda bir araya gəlməsi fonunda bəşəriyyətin narahatlıqlarına diqqətin həddindən artıq böyük olduğunu şərtləndirir və Azərbaycanın bu humanitar platformaya təşəbbüskarlıq və təşkilatçılıq etməsi respublikamızın beynəlxalq miqyaslı problemlərinin aradan qaldırılmasında fəal rolunun artmasına dəlalət edir.

Forumda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabın fikirləri olduqca maraq doğuran məqamlardan xəbər verdi. Cənab Şvabın “Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir” fikri respublikamızın regionda genişmiqyaslı sıx dialoq, humanitarizm platformasi yaratmasına işarədir. Azərbaycanın dünya birliyində əməkdaşlıq, təhlükəsizlik, səmimi və qarşılıqlı maraqların ifadəsi üzərində qurulan dialoq arxitekturasına sahib olmasının, multikulturalizm ənənələrini möhkəmləndirərək bəşəriyyətin inkişafına töhfəverici qətiyyətli addımlar atmasının bariz ifadəsidir.

Dünyanın inkişaf etmiş ölkələrinin rəhbərlərinin Bakıda bir araya gəlməsi və qlobal maliyyə böhranı ilə bağlı qabaqlayıcı sərt tədbirlərin həyata keçirilməsi barədə öz təkliflərini irəli sürməsi, dünya iqtisadiyyatını canlandırmaq barədə paket tədbirlər ssenarisinin ortaya qoyulması Bakının ən qlobal məsələlərin həll olunduğu ünvana çevrildiyini şərtləndirir. Avrasiya məkanında birgə əməkdaşlıq mühitini yeni kreativ üsullarla zənginləşdirmək, tərəfdaş ölkələri bir-birinə daha da yaxınlaşdırmaq, mövcud olan problemləri qısa bir zamanda ümumi səylərin gücləndirilməsi ilə aradan qaldırmaq, dünyada yenilikləri qlobal səviyyədə bir masaya gətirmək modernizasiyanın yeni tələbləridir. Çox qürurverici haldır ki, Azərbaycan bu platformanın müəllifinə çevrilib.

“Bakı DavosuDünya İqtisadi Forumunun yeni formatını yaratmaq missiyasının bir seqmentidir. Forumda səslənən fikirlər olduqca dinamikkreativ olmasına görə də diqqət çəkdi. Azərbaycan Prezidenti İlham Əliyevin “biz gələcəyimizi sıx münasibətlərdə və əməkdaşlıqda, xalqlarımız üçün daha yaxşı həyatı, ölkələrimiz üçün daha yaxşı gələcəyi təmin etmək məqsədilə səylərimizin inteqrasiyasında və birləşdirilməsində görürük” fikirləri dünya dövlətlərinin müasir cağırışlara hazır olmasını və bu cağırışlar əsasında qlobal problemlərin həllinin mümkünlüyünü, onları birgə fəal əməkdaşliq sayəsində inkişaf etməsinin zəruriliyini ifadə edir.

Real mənzərə bundan ibarətdir ki,  iqtisadisiyasi, eləcə də humanitar çağırışların yeni müstəvisində bütün dünya ölkələrini birləşdirməyə nail olan Azərbaycan regionun və bütövlükdə dünyanın böyük dövlətlərlə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirməkdədir. Azərbaycan tərəfdaş dövlətlərlə, respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğusiyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır.

Azərbaycan son 20 ildə çox proqressiv inkişaf yolu keçibdünyada artan nüfuzu hesabına ən inkişaf etmiş dövlətlərlə sıx tərəfdaş kimi qəbul olunur. Bu ölkənin dünya iqtisadiyyatına, liberal iqtisadiyyata siyasiiqtisadi transformasiyası onu sübut edir ki, azadlıq vədi çətin, lakin olduqca güclü bir fenomendir. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq arenada mühüm yerə malikdir. Azərbaycan qlobal enerji bazarında liderliyinienerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaş olduğunu nümayiş etdirməkdədir. Azərbaycan kimi sabit müttəfiqlə əlaqə qurmaq olduqca müsbət haldır.

Davos Forumu iştirakçılarının ümumi yekdil bir fikri nəzərə çarpdı, onların qənaəti bundan ibarətdir ki, Azərbaycan Qərblə sıx inteqrasiyaya malik ölkə kimi geosiyasi mövqeyə sahibdirbu gün dünyada ön planda yer alan enerji təhlükəsizliyi faktorunda əsas seqment kimi strateji gücünü artırır.

Forumun yekun nəticələrini təhlil edən beynəlxalq siyasi icmalçılar, iqtisadi tədqiqat mərkəzlərinin analitikləri enerji amilindən çox dinamik bir formada genişazad təhlükəsizlik şəbəkəsi qurmağa nail olan Azərbaycanın bu uğurlarını düşünülmüş mükəmməl siyasətin nəticəsi sayırlar. Enerji faktoru bir çox ölkələr üçün qapalı və bürokratik cəmiyyətin formalaşmasına, siyasi təzyiq vasitəsinə çevrilsə də, Azərbaycan bu mənfi meyillərdən hər bir dövrdə uzaq olub, birmənalı şəkildə geniş əməkdaşlıq məkanının yaradılmasında təşəbbüskar və təşkilatçıya çevrilib. Respublikamız Xəzər regionunun əsas karbohidrogen mərkəzi, eyni zamanda, Mərkəzi Asiya-Xəzər-Qara dəniz-Baltik enerji dəhlizinin ən başlıca komponenti olmaqla dünyanın enerji xəritəsində mühüm geosiyasi yer tutur. Azərbaycan son 5 ildə Avropanın və dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyində xüsusi rola malik olması ilə diqqəti cəlb edir, transkontinental enerji dəhlizlərinin yaradılmasının təşəbbüskarı kimi çıxış etməklə dünya birliyinə açıq olduğunu göstərir. Yəni artıq ölkəmiz inkişaf etmiş ölkələr ailəsinin bir üzvünə çevrilməklə onların ümumi siyasi-iqtisadi proqramlarının iştirakçısıdır. Göründüyü kimi Azərbaycanın geostrateji mövqeyinin artması, dünya enerji təhlükəsizliyində aparıcı ölkələrdən birinə çevrilməsi, iqtisadi inkişaf göstəricilərinə və digər indikatorlara görə, dünya meyarlarına çatması, orta gəlirli ölkələr statusundan inkişaf etmiş dövlətlər statusuna daxil olması respublikamızın nəhəng siyasiiqtisadi təşkilatların qlobal məsələlərdə bir masa ətrafında yer almasını, bir sıra məsələlərdə, bu problemlərin Bakıda təşkil olunması ehtiyacının gerçəkləşdiyini şərtləndirir. Bu tendensiya bir daha onu təsdiq edir ki, Avropa Birliyi dövlətləri ümumdünya problemləri, qlobal layihələr barədə məsləhətləşmələrdə Azərbaycanın mövqeyinə ehtiyac duyurlar. Onlar beynəlxalq iqtisadi əməkdaşlıqda və yanacaq-enerji resurslarının dünya iqtisadi bölgüsündə Azərbaycanın mühüm əhəmiyyətini nəzərə alaraq vacib qərarların qəbul olunmasında ölkəmizlə razılaşdıqlarını göstərmiş olurlar. Respublikamızın dünyada artan nüfuzu və etibarlı tərəfdaş olması iqtisadi güclər tərəfindən qəbul olunurümumdünya miqyaslı müzakirələrdə fikirləri, təklifləri müstəsna əhəmiyyəti ilə fərqlənir.

Forumun yekunu olaraq bu fikirləri demək mümkündür ki, “Bakı Davosu” ölkəmiz üçün mühüm əhəmiyyəti çoxşaxəlidir. Regionda yeni iqtisadi əməkdaşlıq formatının yaradılması və möhkəmləndirilməsi, gələcək layihələrin reallaşması üçün əlverişli və möhkəm təməlin qoyulması, yeni investisiyalara “açıq qapı”nın açılması, azad iqtisadi ticarət və sənaye zonasının formalaşdırılması, eyni zamanda, ölkəmizin sərmayə mühiti haqqında geniş məlumat bazasının çatdırılması baxımından faydalılığı ilə seçilir. Dünya liderləri, nüfuzlu hökumət təmsilçiləri, dünyanın aparıcı elmi-tədqiqat və analitika mərkəzləri Azərbaycanın inkişaf potensialı, ölkənin gerçək makroiqtisadi dinamikası, güclü və nəhəng infrastruktur şəbəkəsi ilə tam əyani şəkildə tanış olaraq həqiqətən də Cənubi Qafqazın lider ölkəsinin real gücü barədə dərin bilgi sahibi oldular. Onların ümumi təsəvvürləri  əsil həqiqi real cizgilərlə möhkəmləndi. Bu, Azərbaycanın gücü barədə müəyyən şübhələri olanların bu fikirlərinin də tam üstündən xətt çəkilməsi demək idi. Beləliklə, Davos kimi qlobal miqyaslı tədbirin Bakıda keçirilməsi dövlətlər arasında sıx əməkdaşlıq şəbəkəsinin möhkəmlənməsinə, humanitar sivilizasiyalararası inteqrasiyanın yeni modullarının müəyyənləşməsinə nail olmaq, bərabərhüquqlu humanitar meyarlardan istifadəni stimullaşdırmaq üçün yeni bir imkanlar açdı.

Bakı Forumu Azərbaycanın yaxın qonşuları, region ölkələri üçünnikbin perspektiv vəd edir. Forum Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişaf potensialının dünyaya nümayişi üçün geniş və əlverişli, sağlam mühit yaradan, bu region ölkələrinin “dünyaya açılması” üçün vəsilə olan tranzit sayıla bilər.

 

 

Ramil VƏLİBƏYOV,

YAP Nizami rayon təşkilatının

Aparat rəhbəri

 

İki sahil.- 2013.- 13 aprel.- S.17.