Ziyad Cəlilov: Ölkənin qaz təsərrüfatında operativlik, səmərəlilik və əhaliyə yüksək xidmət prinsipləri tam bərqərar olub

 

“Azəriqaz”ın maddi-texniki bazası zənginləşir, nəqliyyat və xüsusi texnika sahəsi müasirləşir

 

İnsanların sosial-məişət firavanlığını təmin edən mühüm işlərdən biri də müasir infrastrukturların yaradılması və genişləndirilməsidir. Bu mənada, ölkənin qazlaşdırılması işi də Dövlət proqramlarında prioritet məsələ kimi irəli sürülüb. İndi bu iş geniş vüsət alaraq hətta ən ucqar rayonlara da çatıb. Müsahibim- “Azəriqaz”İB-nin baş direktorunun  ümumi məsələlər üzrə müavini Ziyad Cəlilovla söhbətimiz də məhz  bu mövzudadır.

 

-Ziyad müəllim, “Azəriqaz” İB-nin ARDNŞ-in tabeliyinə verilməsindən ötən 4 ilə yaxın bir dövrdə ölkənin qaz təsərrüfatında hansı inkişaf tendensiyası və yeniliklər diqqəti cəlb edir?

- Dövrü ümumi olaraq belə dəyərləndirmək mümkündür: Azərbaycanın qaz təsərrüfatında operativlik və çeviklik, səmərəlilik, əhaliyə yüksək xidmət, təhlükəsizlik, davamlılıq prinsipləri tamamilə bərqərar olub. Məhz  xidmət sahəsi üçün önəmli sayılan bu prinsiplərin gerçəkləşməsi həmin sahənin inkişafının təməl daşıdır. İndi qürurla demək olar ki, “Azəriqaz” İstehsalat Birliyi ötən dövrlərdə  əhalini təbii qazla davamlı və təhlükəsiz təmin edir. Eyni zamanda, ölkənin tam qazlaşdırılması istiqamətindəki Dövlət proqramı uğurla icra edilir. Həyata keçirilən çox səmərəli tədbirlərin nəticəsidir ki, ölkə əhalisinin qazla təmin olunan hissəsində böyük artımlar baş verib. Xüsusən, son dörd ildə ARDNŞ-in böyük diqqət və qayğısı hesabına “Azəriqaz”da maddi-texniki təchizatın səviyyəsi yüksəlib. Bu isə işin səmərəli və keyfiyyətli aparılmasına şərait yaradır.

- “Azəriqaz” İstehsalat Birliyinin digər xidmət sahələrindən fərqli olaraq işinin mürəkkəbliyi bir reallıqdır. Bu çətin və mürəkkəb xidmət sahəsində xüsusi texnika və nəqliyyat təminatı hansı səviyyədədir?

-Birlik ARDNŞ-in tərkibinə verildikdən sonra digər sahələr kimi burada nəqliyyat və xüsusi texnika sahəsində də  genişmiqyaslı yenidənqurma və təmir işlərinə başlanıldı. Bu iş indi də davam etməkdədir. Belə ki, istismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunur. Yeni qaz xətləri cəkilir, əvvəllər təbii qaz almayan yaşayış məntəqələri qazlaşdırılır. Belə mürəkkəb və çətin işlərin nəqliyyatsız və xüsusi texnikasız həyata keçirilməsi sadəcə mümkün deyil. Ona görə də nəqliyyat və xüsusi texnika daim yenilənməli və müasir tələblərə cavab verməlidir.

“Azəriqaz” İB  ARDNŞ-in tabeliyinə veriləndən sonra Birlik tərəfindən 566 yeni nəqliyyat və xüsusi texnika (o cümlədən 153 minik, 90 pikap, 13 avtobus, 1 mikroavtobus, 157 yük, 20 xüsusi təyinatlı, 110 traktor, 20 qoşqu) alınaraq nəqliyyat parkı yenilənmişdir ki, bu da bölgələrdə yeni qazlaşmanın sürətlə aparılmasında müstəsna rol oynayır. Hal-hazırda yeni alınmış nəqliyyat və xüsusi texnikaların ümumi sayı balansda olan nəqliyyat vasitələrinin 71 %-dən çoxunu təşkil edir. Təbii ki, bu fakt  “Azəriqaz” üzrə qazanılan uğurların, görülən işlərin məhsuldarlığının və səmərəliliyinin göstəricisidir. Eyni zamanda, qeyd olunan dövr ərzində istismar müddəti keçmiş, yararsız vəziyyətdə olan 437 ədəd  nəqliyyat və xüsusi texnika (o cümlədən 136 minik, 10 avtobus, 6 mikroavtobus, 161 yük, 57 xüsusi təyinatlı, 49 traktor, 18 qoşqu) balansdan silinmişdir. Birlik tərəfindən yeni nəqliyyat vasitələrinin alınması və istismar müddəti keçmiş, yararsız nəqliyyatların silinməsi işi zərurət yarandıqca davam etdirilir.

İB-nin nəqliyyat və xüsusi texnika idarəsinin tərkibindəki nəqliyyat sexləri  Birliyinin idarəetmə aparatına, Bakı şəhərinin on bir rayon qaz istismar sahəsinə, Layihə Konstruktor Bürosuna, Təmir-Tikinti İdarəsinə, Anbar təsərrüfatı idarəsinə, Abşeron, Sumqayıt və regionlardakı qaz istismar sahələrində xidmət göstərir. Xüsusi texnikaların, yəni  manipulyator, evakuator, borudaşıyan, laboratoriya, kran, ekskovator, süxurkəsən, frontal yükləyici və s. nəqliyyat vasitələrinin təyinatı üzrə bölgələrə ezam olunması, bəzi xüsusi texnikaların qoşqu ilə daşınması Birliyin nəqliyyat və xüsusi texnika şöbəsi tərəfindən operativ şəkildə sənədləşdirilərək, nəqliyyat idarəsinin sexləri tərəfindən icra olunur. Son 4 ilə yaxın müddət ərzində sexlərdə tam yenidənqurma işləri aparılmış, müxtəliftipli nəqliyyat vasitələrinin kompleks şəkildə texniki qulluğu və  təmiri üçün müasir  avadanlıqlarla təchiz edilmiş texniki-təmir sahələri tikilmişdir. Qeyd edim ki, nəqliyyat və xüsusi texnika idarəsi üçün 3 mərtəbəli inzibati binanın tikintisi başa çatmaq üzrədir, may ayının ortalarında tam olaraq istifadəyə veriləcəkdir.

-Dövlət proqramına uyğun olaraq hazırda ölkə ərazisində genişmiqyaslı qazlaşdırma işləri aparılır. Bu mənada, deyə bilərsinizmi Birliyin maddi-texniki bazasının zənginləşməsi istiqamətində hansı işlər görülür və ümumiyyətlə, QİS-lərin mal və materialla təminatı normal səviyyədə icra olunurmu?

-İB-nin Maddi Texniki Təchizat şöbəsi təşkilatların istehsal proqramlarını yerinə yetirmələri üçün lazım olan mal-materialla təminatını vaxtında təşkil edir, həmçinin əsaslı tikinti obyektlərinin lazımi avadanlıqlarla komplektləşdirilməsini yerinə yetirir. Birliyin müvafiq bölmələrinin və onun təşkilatlarının iştirakı ilə materiallara, avadanlıqlara və onların ehtiyat hissələrinə olan tələbat ilin əvvəlinə müəyyən edilir, tələbnamə hazırlanır, satınalmaların təşkili şöbəsi tərəfindən həmin material qiymətliləri alınaraq Anbar Təsərrüfatı İdarəsinə təhvil verilir. Bir sözlə, maddi-texniki resurs ehtiyatı yaradılır.  Çalışırıq ki, alınan mal və matierial keyfiyyət etibarı ilə bütün standart və normativlərə cavab versin.Eyni zamanda idarə və təşkilatlarda işçilərin xüsusi geyim və mühafizə vasitələrinə olan tələbatları müvafiq şöbələrlə dəqiqləşdirilir və mütəmadi şəkildə təmin edilir. Maddi-Texniki Təchizat şöbəsinin mühəndisləri mütəmadi olaraq Birliyin idarə və təşkilatlarına ezam olunur, təşkilatlara ayrılmış mal-material, avadanlıq, xüsusi geyimlərin uçotunun aparılması və saxlanılma şəraiti ilə yerindəcə tanış olurlar, öz tövsiyə və göstərişlərini verirlər. “Azəriqaz” İB-nin idarə və təşkilatlarında iş şəraitinin yaxşılaşdırılması, işin səmərəliliyinin artırılması üçün bütün işçi heyəti (tutduğu vəzifədən asılı olaraq) müasir mebel və kompyuter avadanlıqları ilə təmin olunmuşlar.

- ARDNŞ- insan amili prioritet elan edilibdir. Ona görə şirkət rəhbərliyi üçün işçilərin sosial şəraitinin yaxşılaşdırılması plan-tapşırıqların, proqramların təməl prinsipləridir. Bəs İB- sosial sahədə hansı işlər həyata keçirilir?

-Çoxminli qaz təsərrüfatı  əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması, onların müasir tələblərə uyğun şəraiti ilə, həmçinin işdənkənar asudə vaxtlarının istirahətlərinin təşkili, sağlamlıqlarının qorunması məqsədilə davamlı tədbirlər görülür. Cari ildə işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə sosial obyektlərin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün xeyli səmərəli işlər görülmüşdür. ARDNŞ-in Azərbaycan Neft Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə müvafiq əmr-qərarına uyğun olaraq şirkətin qurumlarında çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2011-2015-ci illər üçün Sosial İnkişaf Proqramı mövcuddur. Həmin proqramaAzəriqaz” İB üzrə 37 bənddən ibarət geniş tədbirlər planı daxil edilmişdir. Proqrama uyğun olaraq, yerinə yetirilməsi nəzərdə tutulmuş tədbirlərdən 7 bənd üzrə işlər tam, 28 bənd üzrə işlər qismən yerinə yetirilmiş, 2 bəndin icrası üzrə işlərin başlanması üçün hazırlıq işləri aparılır. Ümumilikdə proqramda nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilir.

İşçilərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində onların məişət problemlərinin həlli istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda  idarə təşkilatlarda 34 duşxana, 30 soyunub-geyinmə otağı, 6 istirahət guşəsi, 18 köşk fəaliyyət göstərir. Təkcə 2012-ci il ərzində 14 duşxana, 14 soyunub-geyinmə otağı, 3 istirahət guşəsi, 8 köşk tikilib istifadəyə verilmişdir. İş şəraitinin müasir tələblərə cavab verən standartlar səviyyəsində qurulması üçün yeni inzibati binaların tikintisi mövcud binaların təmiri diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Kürdəmir, Oğuz, Xəzər, Nizami, Ağdam, Füzuli QİS-ləri üçün yeni inzibati binalar tikilmiş, Şamaxı, Goranboy, Şabran, Siyəzən, Lənkəran QİS-lərinin isə yeni inzibati binalarında son tamamlanma işləri aparılır. İstifadəyə verilmiş binalar müasir avadanlıq ofis mebelləri ilə təchiz olunmuşlar. İş yerlərində keyfiyyətli qidalanmanın təşkili məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Belə ki, 5 Qaz İstismar Sahəsində (Ağstafa, Goranboy, Lənkəran, Abşeron, Xəzər QİS-lərində), Təmir Tikinti İdarəsində, Anbar Təsərrüfatında, Layihə Konstruktor Bürosunda yeni yeməkxana binaları təmir olunaraq lazımi avadanlıqlarla   təchiz olunaraq istifadəyə verilmişdir. 2013-cü ilin aprel ayında isəAzəriqaz” İB-nin baş ofisində, Şabran, Nizami Qaradağ QİS-lərdə yeni yeməkxana binaları tikilmiş   avadanlıqlarla təchiz olunmuşdur.

İşçilərin yerlərinə rahat aparılıb gətirilməsi məqsədilə 6 ədəd ortatutumlu avtobus alınaraq işçilərin istifadəsinə verilmişdir. Onların ailə üzvlərinin istirahətlərinin səmərəli keçirilməsi Azəriqaz” İB-nin sosial siyasətinin tərkib hissəsini təşkil edir. Belə ki, İB üzrə 2012-ci ilin yay mövsümündəGeofizik”,  Nabran”, “Qubek Hotel” istirahət zonalarında işçiləri onların ailə üzvlərinin 2 5 günlük (ümumilikdə 434 nəfərin) istirahətləri təşkil edilmişdir. Aztəminatlı ailələr daim diqqət mərkəzində saxlanılır, bu işçilərin qarşılaşdıqları problemlərin  aradan qaldırılması məqsədilə onlara müvafiq yardımlar göstərilir. 2012-ci il ərzində “ARDNŞ-in işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 358 nəfər aztəminatlı işçiyə 501545.25 min  manat maddi yardım göstərilmişdir. Bu ilin Yeni il  Novruz bayramlarında 50 işçi ailə üzvlərinəQubek Hotel” istirahət zonasına göndəriş vərəqəsi verilmişdir.

Təbii ki, gələcəkdə bu istiqamətdə daha geniş məzmunlu istirahət şəraitinin yaradılmasına çalışacağıq. Ona görə ki, sizin qeyd etdiyiniz kimi, ən çətin mürəkkəb xidmət sahəsi hesab edilən qaz təsərrüfatı işçilərinin sağlamlığı, yüksək əhval-ruhiyyəsi onlara göstərilən qayğı diqqətdən asılıdır. Necə deyərlər-yaxşı işin haqqı, yaxşı istirahət yaxşı yaşamaqdır.

 

 

Elçin Zaman

 

İki sahil.- 2013.- 17 aprel.- S.22.