Neftlə çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası davam edir

 

Ölkədə həyata keçirilən uğurlu enerji siyasətinin əsas icraçılarından olan Azərbaycan Respublikası Dövlət  Neft Şirkəti (ARDNŞ) bu gün ətraf mühitin qorunması, ekoloji  tarazlığın bərpası məsələlərini xüsusi olaraq diqqət mərkəzində saxlayır. Mədən sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi, həmin ərazilərdə geniş yaşıllıqların salınması sürətlə davam etdirilir. Dövlət Neft Şirkətinin ekoloji layihərin həyata keçirilməsi istiqamətində öz fəaliyyəti ilə seçilən müəssisələrindən biri də “Ekol Mühəndislik Xidmətləri” QSC-dir. Ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində əhəmiyyətli layihələr həyata keçirən QSC ötən il öz işini uğurla davam etdirib.

 

Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyevin “İki sahil” qəzetinə verdiyi məlumata görə, 2012-ci ildə QSC-nin aparıcı departamentləri ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsi sahəsində uğurlu nəticələr əldə ediblər: QSC-ninEkoloji Monitorinq Departamenti” (EMD) müəssisənin ekoloji siyasətinin həyata keçirilməsini, müqavilələr əsasında sifarişçi təşkilatların istehsalat sahələrində monitorinqanalitik tədqiqat işlərinin aparılmasını, eləcə də ekoloji texniki normativ sənədlərin işlənib hazırlanmasını yüksək səviyyədə yerinə yetirib. Ötən il ərzində “Azneftİstehsalat Birliyi, “Kompleks  Qazma  İşləri” TrestiQaz Emalı Zavodunun (QEZ) istehsalat sahələrində ekoloji monitorinq işləri təqvim planına uyğun  keyfiyyətlə həyata keçirilib.”

R.Əliyev bildirdi ki, müvafiq dövrdə EMD-in Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) istehsalat sahələrində istismar olunan təmizləyici qurğuların optimal rejimdə işləməsini təmin etmək məqsədilə, mütəmadi olaraq qurğuların  giriş və çıxışından götürülmüş nümunələr üzərində analitik təhlillər aparıb və səmərəli  təkliflər verib: “KTL tərəfindən sifarişçi təşkilatların istehsalat sahələrində keçirdiyi monitorinqlər zamanı götürülmüş nümunələrin fiziki-kimyəvi və kimyəvi analizləri aparılıb və müvafiq  hesabatlar  hazırlanaraq sifarişçilərə təqdim edilib. KTL neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamqazma şlamının emalı sahəsində yeni üsulların axtarılması istiqamətində tədqiqatlarını davam etdirib, yerlixarici şirkətlərin təqdim etdiyi müxtəlif bioloji və kimyəvi preparatlar üzərində sınaq təcrübələri keçirib.”

Öz fəaliyyətinin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması istiqamətində daimi məqsədli tədbirlər həyata keçirən, 2007-ci ildən TSE-İSO-14001 standartlarını qəbul edən və sertifikat alanEkol Mühəndislik Xidmətləri” QSC, 2012-ci ildə TSE-İSO-9001 və TSE-İSG-OHSAS-18001 standartlarını qəbul edibuyğunluq sertifikatlarına layiq görülüb.

R.Əliyevin sözlərinə görə, QSC-nin əsas fəaliyyət sahələrindən olan, tullantıların emal edilməsi və zərərsizləşdirilməsi layihələrini həyata keçirən Tullantıların Emalı Departamenti (TED) də 2012-ci ili uğurla başa vurub: QSC-nin sifarişçi təşkilatlarının müqavilə öhdəliklərini layiqincə yerinə yetirən TED ötən il 6-cı sahəsində BNEZ-dən mexaniki təmizləyici qurğulara daxil olan 10 milyon 419 min kubmetrdən çox sənaye çirkab suyunu təmizləyib və texnoloji proseslər nəticəsində formalaşan  28 min 352 tona qədər neftşlam müasir texniki vasitələrlə emal edilərək  zərərsizləşdirilib. TED-in 7-ci sahəsində isə 11 milyon 861 min kubmetrə qədər sənaye çirkab suları təmizlənib, 5 min tondan çox isə neftşlam emal olunaraq zərərsizləşdirilib. İl ərzində TED-in 8-ci sahəsində “AAS-Ekol” MMC-dən müqavilə əsasında daxil  olan 138 tondan çox ərsin parafini sudanmexaniki qarışıqlardan ayrılıb. 2012-ci ildə QSC-nin ayrı-ayrı sifarişçi təşkilatla bağladığı müqavilələrə əsasən qəbul edilmiş 62 min 423 ton/m3 çox  müxtəlif növ tullantı TED tərəfindən texnoloji reqlamentə uyğun emal edilərək zərərsizləşdirilib.”

2012-ci ildə TED-in icra etdiyi prioritet ekoloji layihələrdən biri də “Ekol Mühəndislik Xidmətləri” QSC ilə ARDNŞ-in Sosial İnkişaf İdarəsi arasında bağlanmış müqaviləyə əsasən, “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların  kənarlaşdırılması” layihəsi olub. Ötən il TED-in operativ fəaliyyəti nəticəsində layihə yüksək templə icra edilib, il ərzində  ərazidən 738 min kubmetrdən çox fekal suları kənarlaşdırılıb. Hazırda layihənin icrası uğurla davam etdirilir. Departamentin 6-cı və 7-ci sahələrində mexaniki təmizləyici qurğularda profilaktiki təmir işləri aparılıb, yeni texnologiyaların tətbiqinə diqqət artırılıb. Ötən il ARDNŞ-in dəstəyi ilə TED-in  çənlər parkında 4 ədəd 1000 tonluq çən inşa edilib. Hazırda Bakı Şəhər layihəsi ərazisindəki gölməçələrin qurudulması və çirkab suların nəqli istiqamətində də işlər aparılır.

Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru qeyd etdi ki, ARDNŞ-in fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi, torpaqların rekultivasiyası, bioremediasiyası və yaşıllaşdırma layihələrinin həyata keçirilməsi QSC-nin əsas fəaliyyət istiqamətlərindən biridir: Bu layihələri icra edən QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) ötən il H.Z.Tağıyev adına NQÇİ-nin 4-cü mədən ərazisində, 25 hektar sahədə rekultivasiya işləri aparıb və qısa müddətdə layihənin icrasını uğurla başa çatdırıb. İcra müddətində layihə sahəsinə 205 min kubmetrə qədər ştiftorpaq daşınıb, ərazinin ekoloji vəziyyəti  xeyli dərəcədə yaxşılaşıb.”

TRD-in həyata keçirdiyi layihələrdən biri də Ə.Əmirov adına NQÇİ-nin mədən ərazisində neftşlamın bioremediasiya layihəsi olub. Bioremediasiya prosesləri 5 hektar sahədə texnoloji reqlamentə uyğun aparılmış və landşaftın bərpası təmin edilərək sifarişçiyə təhvil verilib. Eyni zamanda, TRD 2012-ci ilin I rübündə Ə.Əmirov adına NQÇİ-nin 3-cü mədən ərazisində qrunt sularının qalxması nəticəsində 25 ədəd neft quyusunun su basmış ərazilərinin torpaqlanması işlərini də vaxtında və keyfiyyətlə yerinə yetirib. Əraziyə 19 min m3-ə qədər torpaq daşınaraq quyuların ətrafının əvvəlki vəziyyəti bərpa edilib.

2012-ci ildə TRD-in həyata keçirdiyi prioritet layihələrdən biri də Bakı Şəhər proyektinin “Yaşıl ada” bölgəsində köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların daşınması” layihəsidir. 2010-cu ildən icrasına başlanmış bu layihə ötən ildə də yüksək templə icra edilib, bir il müddətində ərazidən 631 min kubmetrə qədər neftlə çirklənmiş torpaq daşınıb. Hazırda  layihə üzrə işlər davam etdirilir. Ümumilikdə isə ötən dövr ərzində bu ərazidən 1 milyon 500 min m3-ə qədər neft məhsulları ilə çirklənmiş torpaq daşınıb.

TRD 2012-ci il ərzində “Bibiheybətneft”, H.Z.Tağıyev adına, “Abşeronneft” NQÇİ-lərin mədən ərazilərində və QEZ-in ərazisində yaşıllıq sahələrinə aqrotexniki xidmətlər göstərib. Ötən il H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində 11 min 330 ədəddən çox ağackol bitkisinə qulluq edilib, il ərzində bu sahədə bitkilər lazım olan ehtiyat qida maddələri, üzvimineral gübrələr, münbit torpaqsu ilə mütəmadi olaraq təmin olunub, quruyan ağaclar yenisi ilə əvəz edilib. Bu sahəyə il ərzində 1600 ədəd müxtəlif növ ağackol bitkisi əkilib.

TRD-in xidmət göstərdiyi və geniş əraziyə malik olan digər sahə “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisindəki 3-cü yaşıllaşdırma sahəsidir.  Bu sahədə 49 min 243 ədəd ağackol bitkisinə qulluq göstərilib, yaşıllıq sahəsi lazımi gübrələrlə və damcı suvarma sistemləri ilə təmin edilib. Ərazidə sahəsi 320 kvadratmetr olan yeni istixana kompleksi tikilərək istifadəyə verilib. Hazırda  istixanaya 11 minə qədər müxtəlif bitki növü əkilib. Yaz mövsümündə bu sahəyə TRD-in istixanasında yetişdirilmiş  650 ədədə qədər müxtəlif növ ağac çıxarılaraq əkilib. Cari ildə QEZ-in ərazisinin yaşıllaşdırma sahəsində də ağackol bitkilərinə yüksək səviyyəli aqrotexniki xidmətlər göstərilib. Hazırda bu sahədə 8 min 900 ədədə qədər müxtəlif bitki növünə qulluq edilir. Sahədə yeni damcı suvarma sistemi quraşdırılıb.

R.Əliyev əlavə etdi ki, neftlə çirklənmiş torpaqların və sənaye-çirkab suların təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi istehsalat sahələrinə yeni texnika və texnologiyaların tətbiqinin reallaşdırılması məqsədilə 2012-ci ildə qarşılıqlı əməkdaşlıq çərçivəsində dünyanın bir çox analoji şirkətləri ilə geniş əlaqələr yaradılıb: Ötən il Almaniya, ABŞ, İtaliya, Norveç, Latviya, İspaniyanın bir sıra şirkətləri ilə işgüzar görüşlər keçirilib. 2012-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin və Hollandiyanın “AA Servicess” şirkətinin təsisçiliyi ilə yaradılmış “AAS-EKOL” MMC də  tullantıların idarə olunması sahəsində üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib. Ötən il QSC-də texnoloji proseslərin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, istehsalat obyektlərində və inzibati binalarda əsaslı təmir-tikinti işlərinin aparılması da diqqət mərkəzində olubbu sahədə məqsədyönlü tədbirlər görülüb.”

 

 

Nail Rəhimzadə

 

İki sahil.- 2013.- 19 aprel.- S.25.