Ömrü
xalqın, vətənin taleyinə yazılmış
müdrik insan
Xalqımız
Azərbaycanın ən yeni tarixinin yaradıcısı,
müasir Azərbaycan dövlətçiliyinin banisi,
ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının
90 illiyini, onun əziz xatirəsini
böyük ehtiram və hörmətlə yad etməklə
qeyd edir.
Ulu öndərimiz Heydər Əliyevin
müdrik dövlətçilik siyasətinin bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməsi nəticəsində Respublikamız
dünya dövlətləri birliyində öz layiqli yerini
tutmuş, dünyəvi dəyərlərə söykənən
demokratik, hüquqi və sivil bir dövlət qurulmuşdur.
Ölkəmizdə dönməz və dayanıqlı
ictimai-siyasi sabitlik qanunçuluq təmin edilməklə vətəndaş
cəmiyyəti, demokratik bir cəmiyyət
formalaşdırmışdır.
Müstəqil dövlətimiz son 20 ildə
dövlət idarəetməsinin elmi prinsiplərinə və
demokratik ənənələrə uyğun inkişaf
etmiş, böyük nüfuza sahib olmuşdur. Azərbaycanın
müstəqil inkişaf yolunda inamlı addımlarla irəliləməsi
təbii ki, hər bir azərbaycanlının inam, güvənc
ünvanı olan fenomenal şəxsiyyət, müdrik insan Heydər Əliyevin
adı ilə bağlıdır.
O əbəs yerə demirdi ki
:
“Xalqın, Vətənin taleyi hər bir
insanın taleyinə çevrilməlidir!”.
Azərbaycanın da taleyi həqiqətən də
Heydər Əliyevin taleyinə çevrilmişdi.
Ulu öndər XX əsrin II
yarısından başlayaraq Azərbaycanın müstəqil
azad dövlətçiliyi uğrunda əməli mübarizə
aparmış və onun sosial-iqtisadi əsaslarını
yaratmağa nail olmuşdur. O, fəaliyyətinin hər bir
dövründə hüquqa, qanuna üstünlük
vermiş, onun bütün yaradıcılığı və
fəaliyyəti qanuna söykənmişdir. Demək
olar ki, idarəçilikdə qanunçuluq və hüquq ulu
öndərin ən çox üstünlük verdiyi prinsip
olmuşdur. Hələ sovet dövründə
Respublikaya rəhbərlik edərkən onun atdığı
ilkin addımlar respublikada qanun pozuntularına, korrupsiyaya
qarşı mübarizə olmuşdur. Bu
istiqamətdə həyata keçirilən tədbirlər
respublikanın sosial-iqtisadi inkişafında böyük
nailiyyətlər qazanılmasına öz müsbət təsirini
göstərmişdir. Bu nailiyyətlər
müstəqillik dövründə ölkəmiz
üçün çox əhəmiyyətli olmuşdur.
Hamımıza məlumdur ki, ulu öndərin
respublikamıza 1993-cü ildə rəhbərliyə gəlməsi
çox ağır bir dövrə təsadüf edirdi. Bu dövrdə ölkədə qanunsuzluq,
hüquqsuzluq, bir sözlə, hakimiyyətsizlik baş alıb
gedirdi.
Ulu öndərin bir kəlamı həmişə
bizim üçün örnək olaraq qalacaqdır.
O deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi
bizim tarixi nailiyyətimizdir. Xalqımızın
əsrlər boyu həsrətində olduğu müstəqilliyi
və əldə etdiyi tarixi, milli azadlıq hüququnu,
haqqını qoruyub saxlamaq bizim ən başlıca əsas vəzifəmizdir”.
“... Müstəqilliyin əldə olunması
nə qədər çətindirsə, onun
saxlanılması, daimi, əbədi olması bundan da çətindir...”
“Azərbaycan Respublikası bundan sonra onun
başına nə gəlirsə-gəlsin, müstəqilliyini
itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə
daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti
altına düşməyəcək...”
“...Bizim böyük məsuliyyətimiz
var. Biz müstəqil Azərbaycan dövləti
yaradırıq və onu elə yaratmalıyıq ki, daim
yaşasın, heç bir qüvvə onu heç bir yana əyə
bilməsin, heç bir böyük dövlət gəlib
bizim, Azərbaycan xalqının milli azadlığını,
müstəqilliyini əlindən ala bilməsin. Bunun
üçün də hər kəs bu müstəqilliyi
qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini
milli mənafedən aşağı tutmalıdır...”
Ümummilli liderimizin bu dövrdə irəli
sürdüyü qanunçuluq prinsiplərində əsas məqsədi
ondan ibarət idi ki, biz hüquqi dövlət qurmalıyıq
və bu dövlət xalqa xidmət etməlidir.
“Yaxşı hökumət o hökumətdir ki,
o insanları xoşbəxt etmək istəyir, bunu hansı
yolla həyata keçirəcəyini bilir”. Bu yoldan ən əsası ulu öndərin həyata
keçirdiyi qanunçuluq yolu idi.
Hüquqi dövlətimizin möhkəmləndirilməsi,
ulu öndərin hüquqa, qanuna həmişə
üstünlük verməsi onun hüquqi dövlət nəzəriyyəsini
mükəmməl bilməsindən irəli gəlirdi.
O, çox dəqiq bilirdi ki, hüquqilik əlaməti
hüquqi dövlət nəzəriyyəsindən irəli gəlir.
Hansı ki, dünya da mövcud olan
konstitusiyalarda əks olunan hüquq nəzəriyyəsi əsasən
dövlət və şəxsiyyət arasındakı əlaqələrin
məzmununu nəzərdə tutur. Çünki
bu nəzəriyyə bu günün, bu əsrin nəzəriyyəsi
deyil, onun kökü çox qədim tarixlərə təsadüf
edir. Öz millətinə olan böyük
sevgisinə və müstəqil dövlətinə əbədi
bağlılığına söykənən ulu öndər
vətəndaşların hüquq və
azadlıqlarının tanınmasına, onun qorunmasına,
onun müstəqilliyinə zəmanət verilməsinə
xüsusi diqqət verirdi. O, dəqiq bilirdi ki, şəxsiyyət
və dövlət arasında bu formada
qarşılıqlı münasibət və əlaqələrin
qurulması və bunların qanunla tənzimlənməsi ona əsaslanır
ki, müasir dövrdə həm dövlət, həm vətəndaşlar
bir-birilərindən qarşılıqlı əsasda
asılıdırlar və onların bir-birilərinə
münasibəti son nəticədə hər ikisinin
inkişafına əsaslı təsir edir. Bəllidir
ki, insan resurslarının inkişafı dövlətin
özünün inkişafı deməkdir. İnsanların inkişafdan qalması hansı ki, bu
hal qanunsuzluq, hakimiyyətsizlik şəraitində daha
çox baş verir, belə hal cəmiyyətin sabitliyinin
pozulmasına və dövlət üçün ağır
problemin yaranmasına səbəb olur. Bunları söyləməklə
bir daha o qənaətə gəlmək olur ki, ulu öndərin
xalqla hökumət münasibətləri barədə
söylədiyi müdrik kəlamı həm böyük təcrübəyə,
həm də elmi
nəzəriyyəyə söykənirdi.
O, həmçinin xalq hökumət
münasibətləri ilə yanaşı insan
hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq
normaların daxili hüquq sisteminin birbaşa tətbiqi məsələsini
incəliklərinə qədər bilirdi. Məlumdur
ki, dövlətlərin qarşısında duran məsələlərin
biri də insan hüquq və azadlıqları sahəsində
beynəlxalq hüquq normalarının tətbiqi və
uyğunlaşdırılması üçün zəruri
şərait yaradılmasıdır. İnsan
hüquq və azadlıqları sahəsində beynəlxalq
hüquq normalarının tanınması və
konstitusiyanın tətbiqi ilə yanaşı onların
faktiki tədqiqi də çox zəruridir. Beynəlxalq hüququn normalarının dövlət
daxili hüquq sistemində tətbiqi qaydaları dövlətlərin
qanunvericiliyi ilə müəyyən edilir. Bu qayda Azərbaycanın dövlətçiliyinin
möhkəmləndiyi və Azərbaycanın müstəqil
dövlət kimi dünyaya tanıdıldığı ilk illərdə
çox önəmli və əhəmiyyətli olmuşdur.
Ulu öndərin beynəlxalq hüququ, dövlətdaxili
hüquq sisteminə tətbiqi qaydalarını müdrikcəsinə
tətbiqi ilə 1994-cü ildə “Əsrin müqaviləsi”
imzalanarkən onun Azərbaycan qanunları ilə təsdiqi və
qanunun qüvvəyə minməsi ölkəmizi xaricdən
gözlənilən çox təzyiq və müdaxilələrdən
xilas etdi. Bu təkcə Azərbaycanın
bir müstəqil dövlət olaraq öz müstəqil
daxili və xarici iqtisadi siyasət yeritməsinin göstərici
olmaqla yanaşı, eyni zamanda Azərbaycan millətinin öz
təbii sərvətlərinə sahiblik və istifadə etmək
hüququnun qorunması üçün çox əhəmiyyətli
bir tarixi hadisə idi. Digər tərəfdən
Azərbaycanın hüquqi dövlət olduğunu bir daha
dünya ictimaiyyətinə tanıtdırması idi.
Heydər Əliyev bu barədə deyirdi:
“... Bizim bütün təbii sərvətimiz xalqa məxsusdur
və bu sərvətlərdən istifadə olunmasında
heç kəsin müstəsna haqqı yoxdur... “. Həqiqətən də bu gün Azərbaycanın
təbii sərvətlərindən yalnız Azərbaycan
xalqı istifadə edir, millətin, dövlətin
inkişafı naminə sərvətlərimizdən səmərəli
və düzgün istifadə olunur.
Ulu öndərin dövlətçiliyimizə
olan böyük tükənməyən sevgisi vətəndaşlara
olan dərin hörmət və məhəbbəti, onun
doğma torpağımıza bağlılığı, nəhayət,
qəlbində yaşatdığı bu nəhayətsiz
duyğuları konstitusiyanın təməl prinsipindəki nəzəriyyələrində
əks olunmuşdur. Belə ki,
konstitusiyada bəyan edilir:
- Qanunun aliliyini təşkil edən
dövlətin qurulması
Bu gün respublikada həyata
keçirilmiş hüquqi islahatlar nəticəsində
bütünlüklə hüquq sistemi təkmilləşdirilmiş,
müasirləşmiş, beynəlxalq sistemlərə
uyğunlaşdırılmış, xalqın iradəsinin
ifadəsinə real, demokratik şərait yaranmış,
qanunun aliliyi tam təşkil olunmuşdur. Qanun pozuntularına
qarşı aparılan mübarizə hüququn qorunması
şəraitində aparılır.
-
Demokratik quruluşa təminat vermək və vətəndaş
cəmiyyətinin bərqərar edilməsinə nail olmaq.
Heydər
Əliyev Azərbaycanda demokratiyanın tam bərqərar
olması, ölkənin bütün sahələrində
hüquq, demokratik islahatların həyata keçirilməsinin
vacibliyini bir dövlət başçısı kimi, ölkənin
inkişafında həlledici amil sayaraq bu yolu Azərbaycanın
dövlətçiliyinin möhkəmləndirilməsi, dünya birliyində
layiqli yer tutmasında əsas şərt kimi dəyərləndirirdi. Demokratik cəmiyyətin
və müasir dövlətçiliyin qurulmasında əsas
şərtlər - insanlara
hüquq və azadlıqlarının qorunması, vətəndaşların
- kollektivlərin və insan birliklərinin, azad
yaradıcısı həyat sferasına həm qanuni, həm də
əməli olaraq şəraitin yaradılmasıdır.
Ölkənin
ümumi və sosial-iqtisadi inkişafının nəticəsinə
görə regionun lideri sayılan dövlətimiz ədalətli
iqtisadi və sosial qaydalara uyğun olaraq inkişaf etmiş və
hamının layiqli həyat səviyyəsinin təmin
olunması reallaşmışdır.
Göründüyü
kimi bu ülvi niyyətlər,
prinsiplər hamının qəlbindən gələn hisslərdir
ki, bu duyğuları yaşamaq insana kifayət etmir. Əsas məsələ
bu duyğuları, prinsipləri
reallığa çevirməkdir. Ulu öndərin tarixi
fəaliyyətini və xalq vətəndaş
qarşısında xidmətlərinin ən bariz forması bu
duyğularla, prinsiplərlə yaşayaraq onu reallığa
çevirmiş və xalqına, dövlətinə ərməğan
etməsi olmuşdur.
Ulu
öndər bu prinsipləri və islahatları həyata
keçirərkən xalqının maraqları çərçivəsində
çıxış edirdi və O, deyirdi: “Biz ölkədə
demokratiyanı ona görə inkişaf etdirmirik ki, bunu bizdən
Avropa Şurası tələb edir. Biz demokratiyanı ona
görə inkişaf etdiririk ki, ölkəmiz demokratik,
hüquqi dövlət quruculuğunu özü
üçün inkişaf yolu seçmişdir”.
Qanunçuluq,
qanunauyğunluq təkcə cəmiyyətə aid deyil. Cəmiyyətlə
yanaşı təbiətin, insan təfəkkürünün
və nəhayət tanrının bütün varlıqları
üçün yaratdığı qanunauyğunluqlar da
mövcuddur. Göründüyü kimi hansı formada qanun
pozularsa onun nəticəsi fəlakətlə nəticələnə
bilər. Qanunçuluğun qorunması insanlar
üçün ictimai həyatın bütün sahələrində
inkişaf etməyə imkan verir.
Məlumdur
ki, hakimiyyət funksiyalarının həyata keçirilməsində
vətəndaşların bilavasitə iştirakının ən
səmərəli forması hesab olunan real yerli
özünüidarəetmə olmadan güclü və
demokratik hakimiyyət təsəvvür etmək mümkün
deyildir.
Məşhur
filosoflardan birinin söylədiyi kimi: “Bələdiyyə idarələri
azad millətlərin gücünü təşkil edir. Millət
azad idarəetmə sistemi yarada bilər, lakin institutları
olmadan azadlıq ruhunu qoruyub saxlaya bilməz”.
Yerli
özünüidarəetmə vətəndaş cəmiyyəti
institutlarından və onun formalaşdırma mexanizmlərindən
biridir ki, bu da özünü ilk növbədə yerli əhəmiyyətli
məsələlərin əhalinin özü tərəfindən
müstəqil həll edilməsində göstərir.
Qeyd
etmək lazımdır ki, hər bir ölkədə xüsusən
də demokratik ölkələrdə ən yüksək
sosial təşkilat tipi kimi tanınan vətəndaş cəmiyyətinin
formalaşması, ilk növbədə burada yerli
özünüidarəetmənin hərtərəfli və məqsədyönlü
inkişafını
tələb edir. Çünki yerli özünüidarəetmə
demokratik dövlətin və inkişaf etmiş vətəndaş
cəmiyyətinin ayrılmaz əlamətlərindən
biridir. Azərbaycanda həqiqi vətəndaş cəmiyyəti
quruculuğu prosesinə yeni başlanılmasına baxmayaraq,
inkişaf etmiş demokratik ölkələrdə o, öz
inkişafının yüksək pilləsindədir. Bu ölkələrdə vətəndaş cəmiyyəti
ümumdövlət əhəmiyyəti daşıyan strateji
məsələlər (təhlükəsizlik, müdafiə,
xarici siyasət və s) istisna olmaqla, demək olar ki, ölkənin
bütün həyati məsələlərinin həllində
yaxından iştirak edir.
Belə
ki, demokratik dövlətlərin qazandıqları
uğurların əsas səbəblərindən biri də məhz
burada olan möhkəm qanunçuluq vətəndaş cəmiyyətinin
(özünü təşkil və özünüidarənin)
yüksək səviyyəsidir. Qeyd edək ki, vətəndaşların
özünütəşkil forması kimi yerli
özünüidarəetmə ictimai institutların
bütün əlamətlərinə malikdir.
Hələ
XIX əsrdə bir çox mütəfəkkirlər və
plüralist demokratiya nəzəriyyəçiləri
güclü və mərkəzləşdirilmiş dövlət
problemini müəyyənləşdirilmiş və dövlət
hakimiyyətinin əksmərkəzləşdirilməsi sxeminə
əsaslanan yerli özünüidarəetmənin zəruriliyini
qeyd etmişlər.
Ölkəmizdə
yerli özünüidarəetmə institutunun inkişafı
daima ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində
olmuşdur.
Bu
qayğı ulu öndərimizin dediyi bu fikirlərdə bir
daha özünü aydın şəkildə göstərir:
“Yerli
özünüidarəetmənin yaradılması Azərbaycanda
gedən demokratiya prosesinin öyük bir hissəsi,
böyük bir qoludur. Demokratik, hüquqi dövlət,
dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir.
Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə
orqanları yaradırıq. Bu həm demokratiyanın
inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə
vətəndaşlarımıza imkanlar
yaradılmasının göstəricisidir”.
Ulu
öndərin ideyalarına və qanunçuluq prinsipinə
sadiq qalan və onu sədaqətlə həyata keçirən
möhtərəm Prezidentimiz İlham Əliyev
qanunçuluğun respublikanın gələcək
inkişafı üçün ən önəmli şərtlərdən
biri olduğunu qeyd edərək bir daha deyir ki: “Azərbaycanda
qayda-qanun var və hər bir vətəndaş qanunlara tabe
olmalıdır. Azərbaycanda sabitliyin qorunması gələcək
inkişafımız üçün ən önəmli
şərtlərdən biridir.”
Mehdi
Səlimzadə
İki
sahil.- 2013.- 26 aprel.- S.25.