Fərid Abasov: Bizim əsas

qələbələrimiz hələ qabaqdadır

 

Biz istəyirik ki, hər kəs bilsin ki, Azərbaycan bu gün sürətlə inkişaf edir, bizim Prezidentimiz İlham Əliyev Azərbaycan gənclərinə hər cür kömək və dəstəyini göstərir

 

Azərbaycan istedadlar torpağıdır, istedadlı insan isə hər şeydə istedadlıdır. Müasir Azərbaycan gəncliyinin parlaq və fəal nümayəndəlirndən biri Fərid Abasovu məhz bu cür təqdim etmək olar. Onun bütün fəaliyyəti quruculuq, yaradıcılıq və qələbələrə yönəldib. Bu gün o, bütün gücü və səyini öz vətənini şöhrətləndirmək üçün sərf edir. Fəridin özü etiraf etdiyi kimi, Azərbaycanın hər bir qələbəsi - istər idman yarışları, mədəni və ya intellektual hadisə onu fərəhləndirir. Lakin bu gün o, özüdə bu qələbələrin bir hissəsini ölkəmizə qazandırır. Bubaşqa təfərrüatlar haqqında Fərid Abasovİki sahil”ə danışır:

 

- Bir çox hallarda uğur yaxşı təhsildən başlayır. Təhsilinizi harada almısınız?

- 141 saylı Bakı orta məktəbini bitirdikdən sonra mən Əl Əzhar Misir universitetinə daxil oldumburada ərəb dili və ədəbiyyatını öyrəndim. Daha sonra mən Bakı Dövlət Universiteti (BDU) “Şərqşünaslıq” fakültəsini və İqtisad Universitetində magistraturanı fərqlənmə ilə bitirdim. 2001-ci ildən Bakı Karqo Terminalında (VST) əmək fəaliyyətinə başladım. 2006-cı ildən 2007-ci ilə qədər İqtisadi İnkişaf Nazirliyində işlədim. 2007-ci ildən mənim Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) fəaliyyətim başladı. Ekologiya İdarəsində, “Azəriqaz”-da işlədim, hal-hazırda Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığı Təşkili Mərkəzinin əməkdaşıyam. Eyni zamanda bu təşkilatın həmkarlar ittifaqı komitəsi sədriyəm. Bundan başqa, “Bakı yığması” Şən və hazırcavablar klubu (ŞHK) komandasının direktoruyam.

- Şən və hazırcavablar klubu sizin həyatınıza necə daxil oldu ?

- ŞHK mənim həyatıma təsadüf nəticəsində daxil oldu, bəlkə də hər şey qabaqcadan həll olunmuşdu. Ehtimal ki, ŞHK-nun bizim nəsil gənclər üçün sadə oyundan daha çox ifadə etmə faktı səbəb olmuşdu. Bizim üçün bir yerdə yığışmaq, zarafat etmək və həmfikirlər-intellektual və şən uşaqlar əhatəsində vaxtını xoş keçirmək üçün bir imkan idi. İllər keçdi. Və uzun fasilədən sonra köhnə dostlar - Anar Sultanov və Rəşad Əzizov ilə təsadüfi görüş gözlənilmədən mənim həyatımda hər şeyi dəyişdi.

- Maraqlıdır, hər şey dəyişdi dediz. Nə baş verdi?

- Komandanı yığmaq, bu işdə kömək edəcək sponsor, insanları tapmaq qərarı, öz-özünə yaranan, bəlkə də hardasa düşünülməmiş qərar. Əvvəlcə bizə elə gəlirdi ki, bu çox çətin olacaq. Lakin bizim səylərimiz, eləcə də bizim uğurumuza inanan mənim atam - Mirkazım Abasovun inamı və xeyir-duası nəticəsində bizdə hər şey alındı. Xüsusi minnətdarlığı mən Fuad Süleymanova bildirmək istəyirəm.

- Sizin ilk addımınız oldu?

- 2012-ci ilin dekabr ayındaBakı yığması” ŞHK komandası yaradıldı. Artıq yanvar ayında biz Soçidə keçirilən Beynəlxalq festivala dəvət aldıq, və bura milli şən və hazırcavablar klubunda 10 ildən artıq sürən sükutdan sonra Azərbaycan yumoru ilə ŞHK zirvəsini yenidən fəth etməyə yollandıq. Soçidə uğurlu çıxışdan sonra komanda ŞHK-nin Mərkəzi Krasnodar Liqasına dəvət, eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyindən və SOCAR - Dövlət Neft Şirkətindən dəstək aldı. Onların diqqəti və bizim qələbəmizə inamı sayəsində biz bütün görülmüş işlərin əhəmiyyətini dərk etdik və Azərbaycan ŞHK-nin yeni qələbələrinə daha ciddi hazırlaşmağa başladıq. Paralel olaraq ŞHK Azərbaycan Liqası yaranır və Anar Sultanov onun rəhbəri olur, Rəşad Əzizov isə “Bakı yığması” komandasının yaradıcı rəhbəri təyin olunur. Yeni yaradılmış Liqanın birinci vəzifəsi - ŞHK-nin 1-ci Azərbaycan Festivalının keçirilməsi oldu. Burada ölkənin bütün ali məktəblərindən 14 komanda iştirak edirdi. Uğurla keçirilmiş festival “Bakı yığması” komandasının tərkibini daha da möhkəmləndirən istedadlı uşaqlar qazandırdı. Nəticədə 2012-ci ildə “Bakı yığması” ŞHK komandası Anapada keçirilən ŞHK Beynəlxalq İttifaq Birliyi Kubokunda qalib oldu, “Kuban qubernatoru kuboku - 2012” ŞHK komandalarının beynəlxal festivalında kiçik Kuban qubernatoru kubokuna layiq görüldü. Anapada keçirilən Mərkəzi Krasnodar liqasının finalına, Elets şəhərində “Start ŞHK” Mərkəzi liqasının (Voronej liqası) yarımfinalına keçdi, Astanada keçirilən “Jas StaR Kanatı” ŞHK komandalarının Beynəlxalq müsuqi festivalında ikinci yeri tutdu. Bu yaxınlarda isə “Bakı yığması” Mərkəzi Voronej liqasının qalibi olduindi Soçidə Çempionlar kubokunda iştirak edəcək. Bizi bu qələbəyə noyabrda ilk dəfə Bakı şəhərində keçirilən Azrəbaycan Prezidenti Kuboku üzrə ŞHK beynəlxalq turniri həvəsləndirdi. Bildiyiniz kimi, bu turnirdə ŞHK Beynəlxalq ittifaqının Ali liqasında çıxış edən çox məşhur komandalar iştirak etmişdi: “Raisı” (İrkutsk), “Dnepr” (Dnepropetrovsk vilayətinin yığması), “Parapaparam” (MQİMO, Moskva), ŞHK üzrə Kamızyakski vilayətinin yığması (Astraxan vilayəti), “TriodDiod” (Smolensk). Gecənin aparıcısı isə Aleksandr Maslyakov idi.

- Gələcək planlarınız nədir?

- Bu yaxınlarda “Bakı yığması” Soçidə keçirilən Ənənəvi Beynəlxalq Festivalına yollanacaq, burada çempionlar ranqında çıxış edəcək. Bizim komandamız çox güclüdür, və mən inanıram ki, bizim əsas qələbələrimiz hələ qabaqdadır. Həmçinin biz yaxın gələcəkkdə 2-ci ŞHK Respublika festivalını keçirməyi planlaşdırırıq. Bizim məqsədimiz - cavan, vətənpərvər, istedadlı, kreativ, şən uşaqları bizə qoşulmağa cəlb etmək, Azərbaycanda ŞHK hərəkatının bir hissəsi olmaq, bizim ölkəmizi beynəlxalq ŞHK səhnəsində təmsil etmək şansını əldə etməkdir. Biz istəyirik ki, Azərbaycanın bu gün inkişaf etdiyini hər kəs görsün, hər kəs bilsin ki, bizim gənclərimiz kreativdir.

- Deməli, hələ hər şey qabaqdadır?

- Qələbə mənim həyatımın əsas məqsədi olub. Mən xöşbəxtəm və fəxr edirəm ki, öz vətənimi təmsil etmək şansını əldə etmişəm və bu məni yeni-yeni nailiyyətlərə sövq edir. Mən əminəm ki, çox tezliklə Azərbaycan ŞHK özünü hələ göstərəcək. Axı biz Yuli Qusmanın “Bakılı oğlanlar” komandasının möhtəşəm qələbələrinin, Anar Məmmədxanovun “Bakılı oğlanlar” komandasının tarixi qələbəsinin şahidi olmuşuqbiz “Bakı yığması” komandasının Azərbaycan ŞHK tarixində qalib kimi olması və qalması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Mən Azərbaycan Gənclər və İdman Nazirliyi və şəxsən Azad Rəhimova, eləcə də Rövnəq Abdullayevin şəxsində Dövlət Neft Şirkətinə “Bakı yığması” komandasına göstərdikləri köməyə görə qəzetiniz vasitəsilə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2013.- 13 dekabr.- S.18.