Fəttah Heydərov:
“Heydər Əliyev
olmasaydı, Azərbaycan
parçalanacaqdı”
Azərbaycan
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
deputatı
Fəttah Heydərovun APA TV-yə müsahibəsi
-
Heydər Əliyevi necə xatırlayırsınız?
- Ümummilli lider mənim xatirəmdə,
dünyanın insanlarından biri kimi, işıqlı
dünyanın ilahi tərəfindən yaradılmış ən
gözəl, qədd-qamətli boy-buxunlu, fiziki cəhətdən
çox sağlam, həmişə yadda qalan və gözəl
insan kimi yadda qalıb. Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işlədiyim üçün onu şəxsi
keyfiyyətlərini, onun iki
mənada-rəhbərlik sahəsindəki çox
böyük yüksək keyfiyyətlərini
bu gün də xatirəmdə
canlandırıram və hesab edirəm ki, o nadir
insanlardan biri idi ki, onda böyük
uzaqgörənlik, məxsus olduğu insanlara, xalqa, torpağa böyük sədaqət
hisslər var idi. Və
o hisslər tamamilə onun
vücudunda idi,
varlığında idi. Eyni
zamanda Allah-taala Heydər
Əliyevi çox böyük
işıqlı şəxsiyyət kimi
yaratmışdı. O işıq ilk dəfə
görəndən bu günə qədər
də gözümün qabağından getmir. Heydər Əliyev yüksək insani keyfiyyətlərə malik
bir şəxsiyyət idi.
Ədaləti, düzlüyü, səmimiyyəti,
insani keyfiyyətləri xüsusilə
qiymətləndirən, ona məna verən
bir böyük şəxsiyyət
idi. Heydər Əliyevdə müqəddəs
ideyalar, əməllər ətrafında
insanları ətrafına yığmaq, öz
arxasınca aparmaq qabiliyyəti var idi. Ona
məxsus olan ən böyük
keyfiyyətlərdən biri də səmimi
olmaq idi. Ona görə də Heydər Əliyev ilk baxışda onunla təmasda,
ünsiyyətdə olan insanları
inandırır və onları doğru yola, düz yola istiqamətləndirməyi bacarırdı.
O, çox
böyük bir ağsaqqal idi. 1969-cu ilin iyununda Azərbaycanda rəhbərliyə
gələndə onun hələ 46
yaşı var idi. Ancaq o qədər müdrik idi, o qədər təkmil
zəkaya, biliyə, ağla sahib idi ki,
o zaman Azərbaycanda
gedən prosesləri istiqamətləndirməyi bacardı.
Heydər Əliyev Azərbaycan kəndlisinə torpaqdan istifadə etməyi, becərməyi, məhsul
almağı öyrətdi. Azərbaycan kəndlisinə
özünə ev-eşik tikməyi, ev-eşik sahibi
olmağı, həyət-baca sahibi
olmağı Heydər Əliyev təlqin elədi. Azərbaycan insanına öz
övladlarını oxutmasına, təhsil verməsinə, irəli
çəkməsinə, orta məktəb
məzunlarının Azərbaycandan kənara
çıxmasına, o zaman
ünlü olan təhsil
müəssisələrində təhsil almasına Heydər
Əliyev şərait yaratdı. Bunların hamısı bir yol idi,
bir istiqamət idi
və həmin dövrdə, SSRİ dövründə, Heydər
Əliyev Azərbaycanın müstəqilliyinin əsasını
qoyurdu. Onda bir müstəqil fəaliyyət keyfiyyəti var idi. O vaxt
biz ittifaqın respublikası idik və Moskvadan idarə
olunurduq. Belə bir kəskin
vəziyyətdə Heydər Əliyev Azərbaycanın
müstəqilliyini təmin etdi. O Azərbaycan
xalqı, insanı üçün nə
düşündüsə, onu həyata
keçirməyi bacardı. Bunun nəticəsində
Azərbaycan torpağı varlı, bərəkətli torpağa çevrildi. Susuz torpaqlara su çəkdi, susuz kəndlərə
içməli su verdi.
Azərbaycanda o zaman mövcud olmayan yollar inşa elədi. Həmin
dövrdə Azərbaycanda
pambıqçılığı, üzümçülüyü,
taxılçılığı inkişaf
etdirməklə respublikamızı bir
xeyir-bərəkət respublikasına çevirdi.
Bunlar hamısı mənim gözümün qabağında baş verib və ulu öndərə aid olan xatirələrdir.
Heydər Əliyev
1969-cu ildə hakimiyyətə gələndə
ayrı-ayrı qüvvələrin, xüsusilə bədnam
qonşuların Azərbaycandan olan ərazi
iddialarının qarşısını tamamilə aldı. Heç kəs cəsarət edib
bu mövzuda
danışa bilmədi. Heydər Əliyev həmin dövrdə
Azərbaycan dilini Konstitusiyada
daxil etməklə dövlət dili elan etdi.
Bu, bizim bugünkü müstəqilliyimizin fundamenti idi.
Mən Ordubadda çalışmışam. Ordubad meyvəçilik rayonudur.
Onun hakimiyyəti dövründə Ordubad çox böyük meyvəçilik rayonuna
çevrildi. On min tonlarla ərik, şaftalı,
heyva və digər dadlı, ləzzətli
meyvələr istehsal olundu.
Konserv zavodları tikildi,
həmin konserv məhsulları o zaman SSRİ ərazindəki
ölkələrə vaqonlarla göndərilirdi.
Eyni zamanda, mədəniyyət
evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin
tikintisi başlandı. Bu
gün həmin yol davam edir. Hörmətli Prezidentimiz cənab İlham
Əliyev bu yolu davam etdirir. Artıq Azərbaycanda
daha böyük
sürətlə, daha müasir,
daha gözəl, daha dünya miqyaslı məktəblər, səhiyyə
müəssisələri, yollar, idman kompleksləri və insana
xidmət edən nə varsa, hamısı
tikilir. Bunun
başlanğıcını Heydər Əliyev hələ o zaman qoymuşdu.
Heydər Əliyev bir daşı bir daşın üstünə qoyanda çox sevinirdi. Sevinirdi ki, Azərbaycan xalqına xidmət edən bu işlər var. Mənim
yaxşı yadımdadır, ulu öndəri
bizim ağır günlərimizdə,
Sovetlər İttifaqının dağılması prosesində
hakimiyyətdən kənarlaşdırdılar. Hətta o Azərbaycanda da
özünə yer tapa
bilmədi və Naxçıvana gəldi. Belə bir vaxtda
Naxçıvanı işğaldan
qurtardı. Həmin dövrdə mən ulu
öndərin hər zaman yanında olmuşam. O, hər gecə səhərə kimi blokadada olan Naxçıvanı çörəklə
təmin etmək üçün qonşu ölkələrdən şəxsi nüfuzundan, hörmətindən istifadə
edərək aldığı ərzaqların yolunu
gözləyib. Yuxusuz gecələr keçirirdi, soyuq kabinetlərdə cəmiyyətə zidd olan qüvvələrin,
parçalanmış, hissələrə bölünmüş
qüvvələrin bir yerə
yığılması, ayrı-ayrı silahlı qrupların
bir-birinə qarşı yox, düşmənə
qarşı yönəldilməsi üçün
yuxusuz gecələr keçirirdi.
Onlara izah etmək,
onları başa salmaq,
onları bir yerə yığmaq üçün öz müdrik xüsusiyyətlərindən istifadə
etdi və Naxçıvanı bəladan
qurtardı. Çox cəsarətli bir kişi idi
Heydər Əliyev. Heç nədən qorxmurdu. Mənim yadımdadır, blokada dövrü idi, sərhədlərdə döyüşlər
gedirdi. Belə bir vaxtda Ermənistanda sərhəddə olan Sədərək məntəqəsinə
getdik. Mən orada gördüm ki, Ermənistan
tərəfdə qəbiristanlıqdakı qəbir
daşlarının arxasından avtomat
lülələrə bizə tərəf yönəlib. Mən
müraciət etdim ki,
Heydər Əliyev, ora getmək olmaz, orada silahlı adamlar var, hamısı da silahlarını bizə doğru
tutublar. O heç nədən
qorxmadı. Dedi, qoy vursunlar məni. Mən gedib
görməliyəm ki, orada
vəziyyət necədir. Doğrudan da cəsarət edib getdi. Biz də ürəklənib
onunla getdik. Məndə
belə xatirələri qalıb. O qorxmaz insan idi, heç
nədən qorxmurdu. İradəli idi, öz taleyinin
sahibi idi. Buna görə
də istər siyasi mübarizədə,
istər o cür fəlakətli
anlarda heç nədən
qorxmandan, yalnız və yalnız
xalqı blokadadan, işğaldan
qurtarmaqdan ötrü
çox cəsarətli hərəkət
etdi. Çox mülayim və yumşaq
ürəyə malik idi.
İlk dəfə Naxçıvanda hakimiyyətlə
gələndə hər dəfə sərhədlərdən
şəhidlər gəlirdi. Heydər Əliyev onların hər
birinin yasına gedir,
dəfnində iştirak edir,
onlara ürək-dirək verirdi.
Deyirdi ki, belə qalmayacaq, biz qalib gələcəyik. Biz
bu məsələni həll edəcəyik.
Doğrudan da Naxçıvanı o bəlalardan Heydər Əliyev qurtardı. Azərbaycan
xalqı o zaman müdriklik göstərdi, öz
xilaskarını gördü, ulu öndəri Azərbaycana dəvət etdi və Heydər Əliyev Azərbaycanı da işğaldan
qurtardı. Heydər Əliyev Azərbaycana rəhbərliyə
gəlməsəydi, bugünkü müstəqil Azərbaycanımız yox idi.
- Heydər Əliyev hakimiyyətə gəldikdən sonra görülən işləri necə qiymətləndirirsiniz?
- O xalqın təkidi
və tələbi ilə Azərbaycan gələndən sonra aldanmış, guya Azərbaycanın
müstəqilliyi uğrunda mübarizə
aparan o mənfur
qüvvələr yenə də öz
ambisiyalarından əl çəkmirdilər. Azərbaycanda
ayrı-ayrı silahlı dəstələr əmələ gəlmişdi.
Azərbaycanda regionçuluq mübahisələri
yaranmışdı. Azərbaycanı didmək, parçalamaq istəyirdilər. Bu həmin insanların öz
proqramı deyildi, onlar
tələyə düşmüş adamlar idilər. Onlar xaricdən,
kənardan yazılmış ssenarinin
icraçıları idilər. Bu
ağır, çətin vəziyyəti yalnız Heydər
Əliyev dühası dərk edə, anlaya
bilərdi. Çünki o
hər şeyi bilirdi.
Heydər Əliyevin özünün
içərisində bir ilahi
vergi var idi. Ona görə də həmin
dövrdə silahlı dəstələrin
qarşısının alınması, onlarının öz yerinə oturdulması, çevriliş
cəhdlərinin qarşısının alınması böyük ağıl, cəsarət, təmkin
tələb edirdi. Heydər Əliyev
xalqı ətrafına yığmaqla Azərbaycanı onlardan xilas elədi, Azərbaycanın
müstəqilliyi təmin olundu. Elə bir zaman, dövr
, saat gəlib çatdı ki, artıq o qüvvələr
öz ssenarilərini həyata keçirmək,
niyyətlərinə nail olmaq
ərəfəsində idilər. Belə bir
vaxtda Heydər Əliyev sevdiyi,
onun arxasında olan,
ürəyində olan və ona inanan xalqı səslədi.
O zaman prezident
iqamətgahının ətrafına bütün
Azərbaycan yığışdı, xalq
yığışdı, millət yığışdı.
Onun səsinə səs verdilər və
Azərbaycan bu fəlakətlərdən
qurtardı. Mənə elə gəlir ki
Heydər Əliyev müdrikliyi onun sağlığında bunların
qarşısını nə qədər almışdısa,
zaman-zaman İlham
Əliyev dövründə bunların qarşısı
alındı. Çünki xalqa arxalanan, xalqı hər
zaman öz
arxasında görən, qəlbində Azərbaycan
insanına məhəbbət olan rəhbər
həmişə qalib olur.
Bir daha təkrar edirəm ki, sonuncu prezident seçkiləri
10 il müddətində xalqın həmrəylik
səsi ilə Heydər Əliyev yolunu daha 5 il də davam etdirmək imkanı yarandı. Hörmətli
prezidentimiz Azərbaycan üçün,
onun beynəlxalq aləmdə yerini möhkəmlətmək üçün
imkan əldə etdi.
- Heydər Əliyevlə son görüşünüzü necə xatırlayırsınız?
- Ulu öndərin 70 illiyini Naxçıvanda qeyd etdik. Özünün çox da razılığı olmadan kiçik bir məclisdə, Azərbaycanın da bir çox yerlərindən gəlmiş qonaqlarla birlikdə Naxçıvanda qeyd etdik. Bu, mənim xatirəmdədir. Ulu öndər məhz həmin kiçik məclisdə də öz sözlərini demişdi, öz fikirlərini demişdi. Azərbaycanın bu gününün görərək dediyi sözlər mənim xatirəmdədir. O dedi ki, Azərbaycan xalqının yaxşı yaşamaq haqqı var. Azərbaycan dövlətinin dünyanın ən gözəl dövləti olması haqqı var. Bu haqqı da özü yaratdı. Bu görüşlərdən biri xüsusilə yadımdadır. Məmməd Arazla bağlı bir məsələ var idi. Bu barədə mən məruzə etdim və dərhal göstəriş verdi, Məmməd Arazın həyat şəraiti yaxşılaşdı, ev şəraiti yaxşılaşdı, nə arzusu vardısa, yerinə yetdi. O zaman mənə dedi ki, “bilirsiniz, adamlara qayğı göstərmək lazımdır. Bəzi adamlar bu cür şəxslərə laqeydlik göstərirlər, fikir vermirlər. Xahiş edirəm ki, həmişə belə məsələlər olanda mənim xəbərim olsun”.
- Heydər Əliyev olmasaydı, Azərbaycanın bu gün vəziyyəti necə olardı?
- Ümummilli
lider olmasaydı, müxtəlif qruplaşmalar Azərbaycanı
parçalayacaqdı. Azərbaycanın bir
hissəsi Şərqə, bir hissəsi Qərbə,
bir hissəsi Şimala,
bir hissəsi də Cənuba parçalanacaqdı. Müstəqil Azərbaycan, bugünkü Azərbaycan olmayacaqdı. Allah böyük, Azərbaycan
xalqı müdrik xalqdır. Azərbaycan
xalqının münbit torpaqları,
yaradıcı insanları, Füzulisi, Nizamisi var. Azərbaycanda Vaqif, Vidadi nəsli
yaşayır. Səməd Vurğun nəsli
yaşayır. Azərbaycan elə-belə Azərbaycan deyil. Bu xalqın möhtəşəm
bir dövlət kimi yaşamağa haqqı var.
Azərbaycan dünyada tanınır, Avropada tanınır, okeanın o tayında tanınır, Şərqdə
tanınır, Afrikada tanınır.
Dünyanın bütün qitələrində
Azərbaycan insanı var, Azərbaycan sözü var. Azərbaycan
məfhumu var. Azərbaycan mədəniyyəti,
Azərbaycan incəsənəti bizim
hörmətli prezidentimizin rəhbərliyi
sayəsində, onun hamı tərəfindən
sevilən xanımının fəaliyyəti, Heydər
Əliyev Fondunun fəaliyyəti sayəsində
artıq daha geniş miqyasda tanınır. Azərbaycan var, yaşayır, əbədi olaraq
yaşayacaq.
İki sahil.- 2013.- 17 dekabr.- S.9.